Məhkəmə qərarları › İş №2(045)-486/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-486/2023

13.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-486/2023 13.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “təsisçi hüququnun həyata keçirilməsi, maneənin aradan qaldırılması, işə bərpa və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “təsisçi hüququnun həyata keçirilməsi, maneənin aradan qaldırılması, işə bərpa və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun təsisçi sürücü hüququnun həyata keçirilməsinə, Goranboy-Naftalan-Tapqaraqoyunlu marşurutunda öz avtobusu ilə sürücü kimi işləməyinə yaradılmış maneənin aradan qaldırılmasına, həmin mürşurutda işə bərpa edilməyinə, cavabdehin qanunsuz hərəkətlərinə son və qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh kimi yalnız Cavabdeh göstərmiş, həmçinin onun tələbi sonuncuya qarşı yönəlmişdir. İş materiallarından olan cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. MPM-in: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36-cı maddəsində aidiyyətin iddiaçının seçməsinə görə nəzərdə tutulmuş hallar qeyd edilmişdir. Həmin maddənin tələblərinə əsasən də hazırkı tələb üzrə iddiaçıya aidiyyətlə bağlı seçim hüququ verilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. MPM-in: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər işə ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “təsisçi hüququnun həyata keçirilməsi, maneənin aradan qaldırılması, işə bərpa və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar