Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-525/2024 09.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X* 27 iyul *942-ci ildə Gədəbəy rayonu Əmiraslanlı kəndində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların və onları təsdiq edən sübutlarda, yəni sənədlərdə atasının soyadı üç formada, yəni “Yusubov”, “Yusibov” və “Yusifov” kimi qeyd edilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində atasının soyadı “Yusibov” kimi qeyd edilsə də, ərizədə doğum faktının müəyyən edilməsi xahiş olunan şəxsin, yəni ərizəçinin atasının soyadı “Yusifov” kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarxili, *0350 saylı qəbzdən görünür ki, Ərizəçi *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in *49, *52, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. İddiaçı Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-525/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-525/2024
09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver