Məhkəmə qərarları › İş №2(045)-54/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-54/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-54/2025 17.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zəbt olunmuş torpaq sahəsindəm çıxarılma tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilən hissəsinin boşaldılaraq ona qaytarılması və orada tikinti işi aparmağına maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində dəqiqləşdirmə apararaq onun mülkiyyətində olan tikinti hasarının sökülməsi və həmin hissədə tikinti aparmağına maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 26 oktyabr 2024-cü il tarixdə Goranboy şəhərində 50-ci kvartalda V.Bayramov küçəsində 300 kv. m. torpaq sahəsi Goranboy şəhər Bələdiyyəsi tərəfindən ona satılmışdır. Cavabdeh ona aid olan torpaq sahəsindən 100 metr məsafədə qaz paylayıcı stansiyanın hasarını uzadaraq, ona məxsus oilan torpaq sahəsinin bir hissəsini hasarlamışlar. O Cavabdehnə torpaq sahəsinin ona məxsus olmasını bildirsə də cavabdeh təşkilat buna məhəl qoymamışdır. Beləliklə Cavabdeh ona məxus olan torpaq sahəsinin xeyli hissəsini qanunsuz olaraq hasarlanmışdır. Buna görə də onun mülkiyyətində olan Goranboy şəhərində 50-ci kvartalda V.Bayramov küçəsində 300 kv. m. torpaq sahəsində tikinti hasarının sökülməsi və həmin hissədə tikinti aparmağına maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş torpağın alğı-satqısına dair aktdan görünür ki, Goranboy şəhərində 50-ci kvartalda V.Bayramov küçəsində 300 kv. m. torpaq sahəsi Goranboy şəhər Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 95 manat mütəxəssis xərci İddiaçı tərəfindən ödənilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1412/2024 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 yanvar 2025-ci il tarixli 10/49 saylı rəyindən görünür ki, Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi olduğu müəyyən edilir. TEKUİS-ə əsasən 234 kv. m. bələdiyyə mülkiyyətinə, 66 kv. m. dövlət mülkiyyətinə düşmədiyi müəyyən edilir. Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsindən 0,0086 ha hissəsindən Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanaraq istifadə edildiyi müəyyən edilir. Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsindən İddiaçı hazırda istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə tikinti texnik ekspertiza tədqiqatının 100 (yüz) manat məbləğində dəyəri dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi olduğu müəyyən edilmiş, Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsindən 0,0086 ha hissəsindən Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanaraq istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, ekspert və mütəxəssis rəyi, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu, onun özünə aid edilməlidir. Cavabdehndan iş üzrə məhkəmə xərclərinə aid edilən 100 (yüz) manat ekspertiza xərci tutulub dövlət büdcəsinin hesabına köçürülməlidir. İş üzə İddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərci tələb edilmədiyindən iddiçının özünə aid edilməli, İddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 100 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsinin 0,0086 ha hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə tikilmiş hasar sökülməli, həmin hissədə iddiaçının tikinti aparmağına hansı maneənin törədilməsi əsaslandırılımadığından və tələb qeyri-müəyyən olduğundan, tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Goranboy şəhər Bələdiyyəsinin 26 oktyabr 2004-cü il tarixli qərarına əsasən İddiaçı verilmiş 300 kv. m. torpaq sahəsinin 0,0086 ha hissəsində Cavabdeh tərəfindən mişar daşı ilə tikilmiş hasar sökülsün. İş üzə İddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərci iddiçının özünə aid edilsin, iddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 100 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdehndən iş üzrə məhkəmə xərclərinə aid edilən 100 (yüz) manat ekspertiza xərci tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 ABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE **********0002088501 hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar