Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-57/2025 29.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 96 m2 hissəsindən çıxarılması və Cavabdeh tərəfindən həmin zəbt edilmiş 96 m2 torpaq sahəsində aparılmış qanunsuz tikililərin cavabdehin öz hesabına sökülüb ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iş üzrə olan cavabdehləri tanıyır və indiyənə kimi münasibətləri yaxşı olmuşdur. Onun mülkiyyətində Goranboy rayonunun Sarovlu kəndi ərazisində 0.189734 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi vardır. İstər torpaq sahəsi istərsə də, Əmlak Kompleksi onun tam mülkiyyətindədir. Bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-12301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2011 olan Seriya MA №0200985 saylı çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Cavabdehlərdən X2 torpaq sahəsidə onun mülkiyyətində olan torpaq sahəsi və Əmlak Kompleksi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. Cavabdehlərdən X5 öz torpaq sahəsini xeyli müddətdir ki, digər Cavabdeh qeyri-rəsmi vermiş və Cavabdeh həmin torpaq sahəsində tikinti aparmağa başlamışdır. Ancaq, Cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinə girərək və onun mülkiyyətində olan torpaq sahəsinin 96 kv.m hissəsinidə zəbt edərək orada qanunsuz və özbaşına tikinti aparmışdır. Həmin vaxt onunla cavabdehlər arasında mübahisə olmuşdur. Həmin vaxt cavabdehlərdən Cavabdeh ilə onun arasında şifahi razılaşma olmaqla Cavabdeh zəbt etdiyi 96 kv.m torpaq sahəsinə görə ona 10.000 manat pul vermiş və o da daha onun zəbt edib tikinti apardığı 96 kv.m torpaq sahəsindən çıxmasını tələb etməmişdir. Həmin vaxtıda cavabdehlərlə aralarında şifahi olaraq belə bir razılaşma olmuşdur ki, daha 96 kv.m torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsinə girib, zəbt edib orda qanunsuz tikinti aparmasınlar. Əgər bu şərt pozularsa o, aldığı pulu geri qaytarmaqla mülkiyyətində olan 96 kv.m torpaq sahəsini geri tələb edəcəkdir. Ancaq, 1-2 ay bundan əvvəl görmüşdür ki, cavabdehlərdən Cavabdeh şərti pozaraq yenidən onun mülkiyyətində olan 144 kv.m torpaq sahəsinə girərək qanunsuz zəbt edib orda özbaşına qanunsuz tikinti aparır. Yenidən onunla cavabdehlər arasında mübahisə olmuş və onun mülkiyyətində olan zəbt edilmiş 240 kv.m torpaq sahəsindən çıxmalarını və orda aparılan özbaşına tikintilərin sökülməsini tələb etmişdir. Cavabdehlərdən X5 bildirmişdir ki, guya Cavabdeh tikinti apardığı torpaq sahəsi ona məxsus olan torpaq sahəsidir, onun heç bir torpaq sahəsini zəbt edib orda tikinti aparılmamışdır. Cavabdehlərin bu qanunsuz hərəkəti barədə o DİN-nin 102 xidmətinə də, zəng edərək şikayət etmiş və onun şikayəti ilə bağlı Goranboy rayonu X6 bölməsində təhqiqat aparılmışdır. Ancaq, şikayəti ilə bağlı 11 iyul 2024-cü il tarixli Qərarla cinayət işi başlanması rədd edilməklə ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilmişdir. Odur ki, o, məcbur olaraq mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 240 kv.m torpaq sahəsi hissəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin öz hesabına sökülməsi barədə məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin ediməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Sarovlu kəndində yerləşən 0.189734 ha torpaq sahəsi və üzərində yerləşən 387.2 m2 əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində müraciətdə cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı mülki tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur; Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 10/2626 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Sarov kəndində yerləşən torpaq sahəsinin (0.189734 ha) və əmlak kompleksinin (387.2 kv.m) kontur, koordinat və parametrləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışında göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir, lakin 60 kv.m hissəsin digər şəxs istifadə etdiyi müəyyən edilmilşdir, Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin 60 kv.m hissəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur, rəyə sxem əlavə edilmişdir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.189734 ha torpaq sahəsinin 60 kv.m hissəsini Cavabdeh istifadə edir və hal-hazırda üzərində yarımçıq tikili mövcudur. Ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа qismən təmin еdilməlidir. Belə ki, Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışla Goranboy rayonu Sarovlu kəndində yerləşən 0.189734 ha torpaq sahəsi və üzərində yerləşən 387.2 kv.m əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin, hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən və üzərində yerləşən əmlak kompleksindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 96 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Aparılmış məhkəmə araşdırması zamanı tikinti-texniki ekspertizası təyin edilmişdir. Аzərbаycаn Rеspublikаsının Torpaq Məcəlləsinin: 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki, mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertizanın rəyi ilə müəyyən edilir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 60 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 81-ci mаddəsinə əsаsən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır; 107-ci mаddəsinə əsаsən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115-ci mаddəsinə əsаsən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia qismən təmin edilməli, İddiaçı Bayram oğluna **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 m2 hissəsindən (xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) Cavabdeh çıxarılmalı, aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bayram oğluna **********68-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 m2 hissəsindən (xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) Cavabdeh çıxarılsın, aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülsün və ərazi boşaldılaraq iddiaçıya təhvil verilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-57/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-57/2025
29.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver