Məhkəmə qərarları › İş №2(045)-590/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-590/2024

18.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-590/2024 18.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, cavabeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə icra nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Goranboy şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 0* may 2006-cı il tarixdən Goranboy Rayonu Alpout kənd İcra nümayəndəliyində xadimə vəzifəsində işləmişdir. Onun, qanunsuz olaraq işdən azad olunmağına səbəb qaynı olan cavabdeh Goranboy rayon X7 Ərazi dairəsi üzrə İcra nümayəndəsi Nümayəndə ailə münaqişəyə görə yəni öz qardaşı olan onun həyat yoldaşı ilə şəxsi ədavəti olduğu üçün onu işdən azad etmişdir. Həmçinin qanunsuz olaraq ona əmək kitabçasını təqdim edərkən əmək kitabçasına onun işdən azad olunmağı barədə heç bir qeyd olunmamışdır və cavabdeh idarənin nümayəndəliyi tərəfindən birbaşa qanun pozuntusuna yol verilmişdir. Cavabdeh onun guya tabeli imzalamamağını səbəb göstərsə də, şəxsi ədavət səbəbindən Nümayəndə özü müavini Əlövsət Yolçuyevə tapşırıq vermişdir və tabeli gizlətmişlər. O hər gün işə getsə də, tabeli ona verməmişlər və imzalamağına maneələr yaratmışlar. Cavabdehin nümayəndəsi olan Nümayəndə onu 20*9-cu ildən hədələməyə başlamışdır ki, onu işdən azad edəcək yaxud da ki, qarşılığında ona 500 manat pul verməlidir ki, onu işdən azad etməsin. Lakin onun oğlu X3 doğma əmisi olan cavabdehin nümayəndəsi olan Nümayəndə 400 manat verərək onun işdə qalmağı üçün xahiş etmişdir. Həmin dövrdən 2023-cü ilin yayına qədər işləməyə davam etmişdir. Lakin 2023-cü ilin yayında cavabdeh orqanın nümayəndəsinin müavini X* yenidən ondan barama almaq üçün 200 AZN manat pul istəmişdir, o isə o pulu vermək istədikdə həyat yoldaşı Yolçuyev Əlövsət buna mane olmuş və pulu geri götürmüşdür. Həmin gündən etibarən cavabdeh və onun müavini sözügedən tabeli ona hər gün işə davamiyyətini qeyd etmək üçün verməmişdirlər. Odur ki, cavabdeh olan Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə nümayəndəsinin imzaladığı 07 saylı əmrdən çıxarış əsasında 3* iyul 2023-cü il tarixdə ona məlumat belə vermədən, əmək kitabçasına heç bir qeyd etmədən onu işdən azad etmişdir. Buna görə də Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd etdiklərini təsdiq edərək izahatında göstərdi ki, onu qanunsuz olaraq işdən azad etmişlər. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəsi Nümayəndə ondan 200 manat pul tələb etmiş, sonradan isə ona barama gətirməsini, əks halda işdən azad ediləcəyini bildirmişdir. O barama gətirmədiyi üçün onu işdən azad etmiş, ona xəbər belə verilməmişdir. Buna görə də Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o işçini qardaşının qanunsuz hərəkələrinə görə işdən azad etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 0* may 2006-cı il tarixdən Goranboy Rayonu Alpout kənd İcra nümayəndəliyində xadimə vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmrinə əsasən İddiaçı işdən azad edilmişdir. Əmrdə göstərilmişdir ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmrindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Azərbaycan Dövlət İdarələri və İcimai Xidmət İşçiləri X2 rayon Komitəsinin *7.04.2024-cü il tarixli 08 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyindən İddiaçı işdən çıxarılması ilə bağlı Azərbaycan Dövlət İdarələri və İvimai Xidmət İşçiləri X2 rayon Komitəsinə rəsmi məkub daxil olmamışdır. Həmkarlar təşkilatının razılığı olmadığı üçün əsaslandırılmış yazılı qərar işəgötürənə təqdim edilməmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyətinin *5 aprel 2024-cü il tarixli mıktubuna əlavə edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin arayışından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı işdən azad edilməsi zamanı nümayəndəlik tərəfindən Goranboy rayon Həmkarlar İttifaqına zəng edildiyi qeyd edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilmiş Goranboy * saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında işitrak edilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən qanunverciliyin tələblərinə əməl edilməmiş, qanunvercilikdə nəzərdə tutulan tələblərə riayət olunmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmri qüsurlu tərtib edilmiş, işçinin işdən azad edilməsinə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı norması qeyd edilməmişdir. Faktiki olaraq əmrdən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi müəyyən olunsa da, işçi İddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmuş, işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsində qeyd edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Bu maddədə təsbit olunmuş hər kəsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 0* fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin *3 dekabr 2005-ci il tarixli qərarı) Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi baxımından etibarsız olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadığından Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmri qanunsuz hesab olunmaqla ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə icra nümayəndəliyində xadimə vəzifəsinə işə bərpa olunmalı və 3*.07.2023-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin *24.*-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.*.*4-cü maddəsinə əsasən cavabdeh büdcə təşkilatı olmaqla dövlət rüsumundan azad edilmişlər siyahısında olduğundan dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının X7 Ərazi dairəsi üzrə İcra nümayəndəliyində xadimə vəzifəsinə işə bərpa olunsun və 3*.07.2023-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar