Məhkəmə qərarları › İş №2(045)-620/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-620/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-620/2024 02.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsinə verilməsi, sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatandək əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşa qədər saxlanılması üçün hər ay 50 manat məbləğində xərcin, ödədiyi 50 manat mediasiya xərcinin yarısının 25 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehlə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu münasibətdən onların iki övladı dünyaya gəlmişdir: xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Cavabdeh ailəsinə baxmır, evdə qaynanası və qaynatası tərəfindən daimi şiddət görür. Buna görə də xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anasının yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşa qədər saxlanılması üçün hər ay 50 manat məbləğində xərcin, ödədiyi 50 manat mediasiya xərcinin yarısının 25 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, uşaqların cavabdehlə qalmasına etirazı yoxdur. Lakin hazırda heç bir yerdə işləmir. İki uşaq üçün 150 manat aliement ödəməyə imkanı çatır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər 2018-ci il tarixdə faktiki nikaha daxil olmuşlar. Onların faktiki nikah münasibətlərindən iki övladı olmuşdur: xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5. Uşaqlar hazırda anası İddiaçı yanında qalır. Cavabdeh aliment ödənilməsi hissəsində iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı 29 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının valideynlərindən hansının yanında qalmaq məsələsinin də həll edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2023-cü il tarixdə doğulmuş X5 anası İddiaçı yanında qalır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə uşaqların yaşını, hazırda anasının yanında olmasını nəzərə alaraq qeyd edir ki, uşağın anasının himayəsinə verilməsi onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddia qismən təmin edilməli, uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay hər uşaq üçün 150 manat (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddiaçı həmçinin iddia tələbində xx.xx.2023-cü il tarixdə doğulmuş X2 03 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsini istəmişdir. Məhkəmə hesab edir ki, iddianın bu hissəsi təmin edilməli, xx.xx.2023-cü il tarixdə doğulmuş X2 03 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin mənasına görə qadının hamiləliyi dövründə və uşaq üç yaçına çatana qədər arvad ərindən maddi kömək üçün aliment tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2023-cü il tarixdə doğulmuş X5 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2023-cü il tarixdə doğulmuş X5 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməli, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdə doğulmuş X3 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh xx.xx.2023-cü il tarixdə doğulmuş X2 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin İddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar