Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-65/2025 24.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçılar İddiaçı2 (eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi), İddiaçı3 və İddiaçı5 iştiraklı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi məhkəməyə müraciət edərək, Goranboy rayonu Faxralı kəndində yerləşən və onların xüsusi mülkiyyətində olan 2.62 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, torpaq sahəsinin onlara barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 ( eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi kimi) məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı3 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı5 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********* saylı qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 (eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi), İddiaçı3 və İddiaçı5 geri qaytarma barədə ərizələri təmin edilməli, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin əsli və ödənilmiş 100 (bir yüz) manat məbləğindədövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat vəsait iddiaçılar İddiaçı2 (eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi), İddiaçı3 və İddiaçı5 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməlidir. Göstərilənlərə əsasən MPM-in 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin əsli və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat vəsait iddiaçılar İddiaçı2 (eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi), İddiaçı3 və İddiaçı5 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-65/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-65/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver