Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-727/2023 26.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X*9 qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd olunması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx *940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx *940-ci ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd qəsəbə İnzibati Ərazi Darəsi üzrə nümayədəliyinin *9 yanvar 2023-cü il tarixli *5 nömrəli arayışından görünür ki, o, hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində daimi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd qəsəbəsi İnzibati Ərazi Darəsi üzrə nümayədəliyinin arayışından görünür ki, atası-X3 Vətən Müharibəsində iştirak etmiş və itkin düşmüşdür. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs *2 yanvar 2023-cü il tarixli 05/Q-*9/*5 nömrəli arayışından məlum olur ki, atası X*5 ölümü akt qeydiyyatı kitabında tapılmamışdır. X* 09 may 2003-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində vəfat etmişdir və Balakürd kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə olan *2 yanvar 2023-cü il tarixli AZ-İİ seriyalı 322387 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim edir. Məhkəməyə təqdim etdiyi nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, *8 aprel *980-ci il tarixdə nikahı rəsmi qeyd edilməklə X7 ilə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə üç uşağı olmuşdur. X6- *9.09.*980-ci il təvəllüdlü, X*2-22.04.*983-cü il təvəllüdlü, X8-08.09.*88*-ci il təvəllüdlü. Məhkəməyə təqdim etdiyi 04 iyun 20*9-cu il tarixli AZ-İİ seryalıı 0*4648 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həyat yoldaşı X7 0* iyun 20*9-cu il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində vəfat etmişdir. Onun şəxsiyyət vəsiqəsi və digər bütün sənədləri olsa da doğum haqqında şəhadətnaməmin olmaması ona problemlər yaradır. Ona görə də, o, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, onun xx xxx *940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğulmasını və hazırda da yuxarıda qeyd etdiyi ünvanda yaşadığı nəzərə alınaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsinə köməklik olunsun. Lakin, həmin orqan ona məktubla cavab vermişdir ki, bu mümkün deyildir bunun üçün məhkəməyə müraciət etsin. Həmin məktubu məhkəməyə təqdim edir və istəyir ki, onun xx xxx *940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X8 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı onun atasıdır, məlum səbəblərdən atası keçmiş Ermənistan SSR-nin X2* kəndindən qaçqın düşmüş və o zaman doğumunu təsdiq edən sənədləri özü ilə Azərbaycan Respublikasına gətirə bilməmişdir. Hazırda doğumunu təsdiq edən sənədlər əgər qalıbsa, Ermənistan Respublikasının arxivindədir ki, onu da əldə etmək hamıya məlum olduğu kimi mümkün deyildir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X*3 ifadəsində bildirdi ki, Ərizəçi uzun illərdir ki, tanıyır, həmkəndlisidi, keçmiş Ermənistan SSR-nin X2* kəndində qonşu olmuşlar. Ərizəçi yaşca ondan böyük olsa da, o, həqiqətən xx xxx *940-ci ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində anadan olmuşdur. Sadəcə məlum səbəblərdən keçmiş Ermənistan SSR-nin X2* kəndindən qaçqın düşdükləri üçün doğumunu təsdiq edən sənədlər də orada qalmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ-СЛ seriyalı, 434545 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah *8 aprel *980-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əzizova” soyadı verilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə sovetliyi tərəfindən verilmiş XVİ-ЖГ seriyalı 359459 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 08 oktyabr *99*-ci ildə Goranboy rayonunun, Qızılhacılı qəsəbəsində doğulmuş, atası Ərizəçi, anası X5r; İV-СЛ seriyalı 3428*9 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*2 22 aprel *983-cü ildə Vardenis rayonunun, Göyçə kəndində doğulmuş, atası Ərizəçi, anası X5r; İİİ-СЛ seriyalı 3*32*0 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 *9 sentyabr *980-ci ildə Vardenis rayonunun, Göyçə kəndində doğulmuş, atası Ərizəçi, anası X5r; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 0*4648 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 0*.06.20*9-cu ildə “şəkərli diabet” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş *2.0*.2023-cü il tarixli, 05/Q-20/*5 nömrəli məktubdan görünür ki, onun Ermənistan Respublikasının Basarkeçər rayonunda doğum haqqında akt qeydi kitabları şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir; Goranboy rayon Aşağı Ağcakənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş *45 nömrəli, 25 may 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Valeh oğlu həqiqətən xx.xx.*940-cı ildə Ermənistan Respublikasının Vardenis rayonun Göysu kəndində anadan olmuş, hal-hazırdada Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yaşayaır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının doğulduğu yer keçmiş Ermənistan SSR-nin X2* kəndi olmuş və həmin ərazidən də kütləvi şəkildə deportasiya olunub qaçqın düşdükləri üçün özünə aid müəyyən sənədləri (doğum haqqında şəhadətnamə və digər sənədlər) itirməsi və ya özü ilə götürməməsi ağlabatan səbəbdir. Odur ki, ərizəçinin doğum qeydləri saxlanılan arxivin hazırda Azərbaycan Respublikasının hər hansı diplomatik və qonşuluq əlaqələri olmayan Ermənistan Respublikasında yerləşdiyini nəzərə alsaq, məhkəmə qətnaməsi olmadan ərizəçinin doğum qeydinin bərpası mümkün deyildir. Ona görə də, ərizəçi tələbində haqlıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.*940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğulmuşdur, atası X*7, X*dır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Valeh oğlunun xx.xx.*940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X*7, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X**, milliyyəti qrafasında azərbaycanlı qeyd edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Valeh oğlunun xx.xx.*940-cı ildə keçmiş Ermənistan SSR-nin X2* kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X*7, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X**, milliyyəti qrafasında azərbaycanlı qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-727/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-727/2023
26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver