Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-794/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X28 Məhəmməd oğlunun sədrliyi, X29 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndində 06 iyun 2002ci il tarixdə ölmüş X8, 23.02.20*2-ci il tarixdə ölmüş X* qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndi olmasının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *96*-ci il tarixdə Goranboy rayonunun Şəmmədli kəndində doğulmuş, hal-hazırda həmin ünvanda yaşayır. Atası - X*9 06 iyun 2002-ci il tarixdə, anası X9 23 fevral 20*2-ci il tarixdə Goranboy rayonunun Şahməmmədli kəndində ölmüşdür. Ata və anasının ölümündən sonra vərəsəlik açılmışdır, vərəsəliyin açılma yeri Goranboy rayonunun Şahməmmədli kəndi olmuşdur. Atasının Goranboy rayonunun Şahməmmədli kəndində 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin texniki pasportu X4nun adınadır, lakin qeydiyyat sənədi onda yoxdur, həmin evdə doğulmuş, hal-hazırda da həmin evdə yaşayır. Atası öləndən sonra ondan miras qalan bütün ev əşyaları, fərdi yaşayış evini, torpaq sahəsini vərəsə kimi qəbul etmiş, onları idarə etmiş və hal-hazırda da sahiblik etməklə, istifadə edir. Anası - X9 23 fevral 20*2-ci il tarixdə vəfat edəndən sonra X3 29 mart 20*2-ci il tarixdə ona notariusa sənəd imzası üçün getməyi təklif etmişdir. X3 və o Maraqlı şəxsnə gəlmiş , hazır sənədi oxumadan, yeni hərifləri tanımadığı üçün imza etmiş, soyadını adını və ata adını kiril həriflərlə yazmış və onlar evə qayıtmışlar. İndi bilmişdir ki, imza etdiyi sənəddə - ərizədə yazılıbmış: "Mən Ərizəçi bildirirəm ki, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum atam- X*0 adına qalmış bütün miras əmlaklardan mənə çatası miras payımı rəsmi olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağam. O latın əlifbası ilə yazıb, oxuya bilmədiyinə görə ərizədə nə yazıldığını bilməmişdir. O mirasdan imtina barədə ərizəni geri götürür. Buna görə də Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndində 06 iyun 2002-ci il tarixdə ölmüş X8, 23.02.20*2-ci il tarixdə ölmüş X* qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndi olmasının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs və üçüncü şəxslər məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmələrinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 29.03.20*2-ci il tarixdə 7E-*460 reyestrdə rəsmiləşdirilmiş Ərizəçi tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o mərhum X4nun adına miras qalmış əmlaklardan ona çatası miras payını rəsmi olıaraq qəbul etməmiş, qəbul etmir və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ölüm haqqında AZ-İ 5*9*9* saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X*9 06 iyun 2022-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci il 06 iyun ayının 08 günündə 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ölüm haqqında AZ-İ 5*9*87 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 23 fevral 20*2-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20*2-ci il 02 iyun ayının 27 günündə *5 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy şəhər İƏD nümayəndəliyinin *4.04.2022-ci il tarixli arayışından görünür ki, X*9 06.06.202-ci ildə vəfat etmiş, mərhumun sağ qalmış vərəsələri qızı - X*3, Ərizəçi, X20, oğlu – X27, X22, X**, X*7r. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş AZ 3333*6 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx *96*-ci ildə doğulmuşdur. X4, anası X5r. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş evlənmə haqqında İ-İE 3486** saylı şəhadətnamədən görünür ki, X*9 ilə X*4 arasında olan nikah 20 aprel *063-cü ildə 30 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş torpağa mülkiyyət hüququna dair JN-0080 kod 5090*028 saylı dövlət aktından görünür ki, *,93 ha torpaq sahəsi Goranboy rayon Aqrar İslahat komissiyasının *998-ci il tarixli 40 saylı qərarı ilə X*5, X6, Ərizəçi, X*6 verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 026F kod 5090*028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0,28 ha torpaq sahəsi Aqrar İslahat komissiyasının 200*-ci il tarixli 28 saylı qərarı ilə X*8, X7, Ərizəçi, X2, X*6 verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş 2*.**.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndində 06 iyun 2002ci il tarixdə ölmüş X8, 23.02.20*2-ci il tarixdə ölmüş X* qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin ərizəçinin X4 06 iyun 2002-ci il tarixdə ölmüş, anası X*2 23.02.20*2-ci il tarixdə ölmüş, bundan bir ay müddət keçdikdən sonra, 29.03.20*2-ci il tarixdə 7E-*460 reyestrdə rəsmiləşdirilmiş Ərizəçi tərəfindən notarial qaydada yazılmış ərizəsinə əsasən mərhum X4nun adına miras qalmış əmlaklardan ona çatası miras payından imtina etmişdir. Ərizəçi 29.03.20*2-ci il tarixdə 7E-*460 reyestrdə rəsmiləşdirilmiş ərizəni oxumadan imza etdiyini iddia etdsə də, ərizəçi fəaliyyət qabiliyyətli olmuş, mirasdan imtina barədə ərizəsi notrial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *268.*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Ərizəçinin anası X*2 23.02.20*2-ci il tarixdə ölmüş, ərizəçi miras payından 29.03.20*2-ci il tarixdə 7E-*460 reyestrdə rəsmiləşdirilmiş notarial qaydada ərizə ilə imtina etmişdir. Ərizəçi ərizəni geri götürdüyünü iddia etsə də, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, məhkjəmə hesab edir ki, mirasın qəbul edilməsi faktı üzrə tələb təmin edilmədiyindən, vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbi də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Ərizəçi tərəfindən ödənilmiş dövət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş dövət rüsumu özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-794/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-794/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver