Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-796/2023 20.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi X* iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “nikahın qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində *935-ci ildə doğulmuş X2 ilə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində xx.xx.*938-ci il tarixdə doğulmuş Ərizəçi Bəhmən qızının *5 may *958-ci il tarixdə nikahlarını bağlamaları, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *958-ci ilin may ayının *5 günündə nikahın qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24795 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırki tələb üzrə *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizəçi işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və maraqlı şəxsin nümayəndəsi xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “nikahın qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. *00 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-796/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-796/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver