Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-819/2024 07.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbdu Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 sentyabr 2021-ci il təvəllüdlü X2 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun alınaraq ona verilməsi, uşaqları Hüseyn və Nazim yetkinlik yaşlarına çatana kimi hər birinə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 avqust 2020-ci ildə ailə qurmuşdur. Lakin, cavabdehin təqsiri uçbatından nikahı rəsmi qeyd etdirməmişdir. Hər dəfə nikahı rəsmiləşdirək deyəndə müxtəlif bəhanələr gətirərk bundan yayınırdı. Birgə yaşadığı müddətdə 09 sentyabr 2021-ci il təvəllüdlü X2 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun adlı iki uşağı olmuşdur. Cavabdehlə ilk gündən münasibətləri pis olmuşdur. Belə ki, cavabdeh spirtli işkilər içir, sərxoşluq edirdi. Sərxoş vəziyyətdə demək olar ki, hər gün evə gəlirdi, onu əsassız olaraq təhqir edirdi, hətta döyürdüdə. Qaynanası da onun tərəfini saxlayırdı. Bu hər ikisinin ikinci evliliyi olduğu üçün ailəsi dağlmasın deyən bir müddət dözürdü. Lakin, cavabdehin hərəkətləri dözülməz olurdu. 26 fevral 2024-cü il tarixdə yenə də onu əsassız döyərək, uşaqları da ondan alaraq evdən qovmuşdur. Cavabdehin təqsiri uçbatındandır ki, o bu günə kimi azyaşlı uşaqlarından ayrı düşmüş, onlara ana nəvazişi, ana qayğısı göstərə bilmir. Çünki, cavabdeh, onun valideyinləri buna maneə olurlar, ona icazə vermirlər ki, o uşağı ilə görüşsün, ona qayğı göstərsin, problemlərini həll etsin. O belə düşünür ki, cavabdehin uşağı ona verməməkdə məqsədi aliment verməkdən yayınmaq istəməsidir. Bunu ona özü deyirdi. Təqdim etdiyi uşaqların doğumu barədə Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, uşaqları çox körpədirlər, onların ana qayğısına daha çox ehtiyacları var. İndi istəyir ki, uşaqları məhkəmə qaydasında cavabdehdən alınaraq onun özünə verilsin. Çünki, cavabdeh onun uşaqlarına ana nəvazişini və qayğını verə bilməz. Cavabdeh onun analıq, valideyinlik hüquqlarını həyata keçirməyə maneə olduğu üçün məcbur olub məhkəməyə müraciət etməli olur. Cavabdeh könüllü olaraq azyaşlı uşaqlarını ona vermək istəmir. Eyni zamanda istəyir ki, uşaqları alınaraq ona veriləndə cavabdehdən uşaqlarını saxlamaq üçün aliment də alınıb ona verilsin. Lakin, cavabdeh elə alimentdən yayınmaq istədiyi üçün uşaqlarını ona vermək istəmir. “Mediasiya haqqında” AR-nın xx.xx.2019-cu il tarixli qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın əslini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı özü uşaqları evdə qoyub çıxıb getmiş, hazırda uşaqlara onun anası baxır. Uşaqlar iddiaçıya verildiyi təqdirdə aliment ödəməyə maddi imkanı çatmayacaqdır, çünki o, gündəlik fəhlə işləyir, az qazanc əldə edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 429141 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 449693 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş Nümayəndə Ülvi oğlunun atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 840235 nömrəli arayışdan görünür ki, Nümayəndə Ülvi oğlu xx.xx.2022-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 685629 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2021-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 09 sentyabr 2021-ci il təvəllüdlü X2 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun anaları İddiaçı yanında qalmaları və himayələrinə verilmələri məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin arasında 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun valideynlərindən hansının yanında saxlanılması ilə mübahisə mövcuddur. Uşaqlar faktiki olaraq hazırda iş üzrə cavabdehin yanında qalmışdır. İddiaçı cavabdehin hazırkı vəziyyətdə uşaqlarını onun himayəsinə vermək istəməməsini alimenti ödəməkdən yayınmaq istəyi ilə bağlı olamsıdır. Həmçinin, iddiaçı uşaqlarının onun yanında qalmaqla normal şəraitdə yaşadığını, uşaqların normal böyüməsi üçün lazımi qayğı göstərəcəyini bildirmişdir. Cavabdeh isə buna etiraz edərək uşaqların onun yanında və himayəsində qalmasını bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz h:üquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 60-cı maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu, BMT-in "Uşaq hüquqları Haqqında” Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində şərh edilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyi tam nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı hər bir qayğı ilə təmin etməlidir. Həmin Konvensiyanın 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları bəyənnaməsi»nin Preambulasının 9-u Prinsində göstərilmişdir ki, uşaq laqeyd münasibət, qəddarlıq və istismarın bütün formalarından müdafiə edilməlidir. O, hər hansı bi formada alver obyekti olmamalıdır. Yuxarıda qeyd olunan işin halları və normativ hüquqi sənədlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin arasında faktiki ailə münasibətləri olmadığından və yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən kimin yanında qalmasının müəyyən edilməməsindən asılı olmayaraq hər bir valideyn (ata və ya ana) öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onun rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın ananın himayəsinə verilməsi məsələsinə dair qeyd edir ki, tərəflərin birgə yaşadığı müddətdə doğulmuş 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun 10 yaşının olmaması səbəbindən onun fikri məhkəmədə öyrənilməsə də, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası da 09 sentyabr 2021-ci il təvəllüdlü X2 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun anasının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə bir daha vurğulayır ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir və bu proses müddətlə bağlı deyildir, şəxslərin ayrı yaşamasından asılı olmayaraq formalaşan bir hissdir. Belə olduğu təqdirdə, məhkəmə, xx.xx.2008-ci il təvəllüdlü X1 atası X3 qarşı bağlılığının, yəni qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirməsinin, daim ünsiyyətdə olmaq və vasitəsiz münasibət qurmaq arzusunun, əlaqələrin azalmasından narahat olmasının ötəri olmaması qənaətinə gəlir. Bu halda, uşağın bağlı olduğu mühitdən, atadan ayrılması isə azyaşlının fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağın mənafeyi baxımından, onun tərbiyəsi və inkişafı üçün şərait yaradılması baxımından, onun valideyn himayəsindən kənar şəraitdə yaşamasının qarşısının alınması baxımından, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından, artıq vərdiş etdikləri şəraitdə yaşamalarının təmin olunması baxımından və digər diqqətəlayiq halları nəzərə alaraq qeyd edir ki, 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun İddiaçı himayəsinə verilməsi onların maraqlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Bundan başqa məhkəmə iddia tələbinin alimentin tutulması hissəsinə dair qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırda Azərbaycan Respublikasında “2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, iddiaçı əvvəla cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlu Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməli, Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqlar iddiaçının himayəsinə verildiyi vaxtdan başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlu Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2021-ci il təvəllüdlü X4 və 27 dekabr 2022-ci il təvəllüdü Nümayəndə Ülvi oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqlar iddiaçının himayəsinə verildiyi vaxtdan başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-819/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-819/2024
07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver