Məhkəmə qərarları › İş №2(045)-84/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-84/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-84/2023 18.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmməd oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin (“KATV1”) Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC (“KATV1”) Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 263 manat 67 qəpik məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 444 manat 07 qəpik məbləğində vurulmuş ziyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC (“KATV1”) iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC-ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televizyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7689 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 7689 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televizyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 7689 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2017-ci il tarixdən qanunsuz qoşulma barədə faktın aşkar edildiyi xx.xx.2019-cu il tarixədək olan müddət 799 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesabamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsindı iddiaçıya vurulmuş zərərin məbləği 263 manat 67 qəpik təşkil edir. İddiaçı "xxxx" MMC (“KATV1”)–nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" hüquq şirkəti və 7689 nömrəli xx.xx.2019-cu il tarixli "xxxx" MMC (“KATV1”)nin kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktdan görünür ki, "xxxx" MMC –yə hüquqi xidmət göstərən hüquq firması və "xxxx" MMC–nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktda Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 36 ünvanda yaşayan sakininin iştirakını təmin etməkdən ötrü evin qapısı döyülmüş, içəridən qadın cavab verərək mənzilin qapısını açmaqdan imtian etmişdir və tərtib olunmuş akt mənzilin qapısına qoyulmuşdur; 33 saylı MKİS-in xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 3 mkr, Hüseynbala Əliyev küçəsi 36 saylı evin 4 №-li mənzilin sahibidir və qeydiyyatı yoxdur; DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Hacıyeva X1 şəhəri, Vaqif küçəsi ev 60 ünvanında qeydiyyatdadır; "xxxx" MMC (“KATV1”)-nin 17 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2016-cı il tarixinədək isə son ödəməsini edib, xx.xx.2017-ci il tarixində 27 manat borc ilə şəbəkədən ayrılıb. "xxxx" MMC (“KATV1”) -nin 17 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında 7689 N nömrəli akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2017-ci il tarixində həmin binaya baxış keçirilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC hüquq firmasının hesabına hüquqi xidmətə görə 150 manat məbləğində vəsait ödənilmişdir. Hökümət ödəniş portalının ********* nömrəli, xx.xx.2022-ci tarixli mədaxil ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhərində kabel şəbəkəsi yayımı xidmətləri göstərilir. Nəsimi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş Nəsimi rayonu 33 saylı MKİS tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 1086 №-li arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 36 saylı evin 4 №-li mənzil həmin vaxtı Cavabdeh məxsus olmuşdur. ünvan 5 ünvanına 7689 N akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2017-ci il tarixində həmin binaya baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7689 N nömrəli akt tərtib olunmuş və həmin aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana sonuncu baxış keçirildiyi xx.xx.2017-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2019-cu ilədək olan müddət 799 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 263 manat 67 qəpik təşkil edir. İşin göstərilən halları iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutla tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.29-cu maddəsinə əsasən kabel yayımı – müxtəlif növ kabel və (və ya) hibrid infrastruktur (efir-kabel, peykkabel və s.) vasitəsilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan audiovizual yayımdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 221 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. İddiaçı MMC həmçinin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC–yə ödənilmiş 150 (yüz əlli) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddianın tələbi 263 manat 67 qəpik məbləğində abunə haqqı qismində vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı olmasına baxmayaraq hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC–yə ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, qeyd edilən hissədə tələb qismən təmin edilməli, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC–yə ödənilmiş 150 manat məbləğində vəsaitdən, iddia tələbinin həcmindən artıq olmamaq şərtilə, 50 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin xeyrinə 263 manat 67 qəpik məbləğində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 vəsaitin 50 manat hissəsi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi olmaqla, ümumilikdə 344,07 manat məbləğində vəsait tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 263 manat 67 qəpik məbləğində vurulmuş maddi zərər, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 150 manat vəsaitin 50 manat hissəsi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi olmaqla, ümumilikdə 344,07 manat məbləğində vəsait tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar