Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-88/2023 28.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Peşə Məktəbində ixtisası üzrə müəllimə vəzifəsinə bərpa olunması və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildən Cavabdehndə istehsalat təlimi ustası vəzifəsində işə başlamış, işdə nizam intizam qaydalarına əməl edilməklə iş rejiminə əməl etmiş və əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. xx.xx.2005-ci ildən isə həmin məktəbdə ixtisası üzrə müəllimə vəzifəsinə təyin edilmiş və işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin, son dövrdə heç bir əsas olmadan 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrlə razı deyil, hesab edir ki, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrin verilməsinə səbəb illik dərs yükünün az olması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə onun müraciəti olmuşdur. Çünki, həmin ərizədən sonra Cavabdeh direktor səlahiyyətlərini icra edən şəxs Elçin Abışov onunla prinsip aparmağa başlamış, işdə ola-ola ona tabelə qol çəkməyinə imkan verməmiş, tələbələr və müəllimlərin yanında onunla pis rəftar etmiş və onu görəndə “sənə verilən əmək haqqını kəsəcəyəm” sözlərini demişdir. Baxmayaraq ki, direktor Elçin Abışov onun övladlarının döyüş iştirakçısı olması və maddi cəhətdən vəziyyətinin ağır olması barədə məlumatlı idi. Həmçinin qeyd edir ki, hüquqi cəhətdən savadsız olduğu üçün və qanunvericiliyinə edilən dəyişikliklərdən məlumatı olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadı aldıqdan sonra ona məlum olmuşdur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq mediasiya təşkilatına müraciət etməli idi və ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bundan sonra o, Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışı aldıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qərar qəbul edərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, o, 2005-ci il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbində müəllimə vəzifəsinə təyin edilmiş və işlədiyi müddət ərzində heç bir nöqsanı olmamışdır. Məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda əmək müqaviləsinə xitam verilməsinin səbəbi isə onun tərəfindən işə davamiyyət qaydalarının pozulması olmuşdur. Lakin, onun belə bir nöqsana yol vermədiyi davamiyyət cədvəlində əks olunmuşdur. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmamağı səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş davamiyyət cədvəlindən göründüyü kimi o, həmin müddətdə bəzi vaxtlarda işə gəlmiş və cədvələ qol çəkmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, işçilərin işə davamiyyət jurnalında onun imzası olan yerdə sonradan, yəni o, davamiyyət jurnalını imzaladıqdan sonra xətt çəkilmişdir. Hətta, həmin davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzalar ona aid deyil və həmin imzalar X21 tərəfindən çəkilmişdir. O, qəbul edir ki, iş günlərində iş vaxtının sonunadək iş yerində olmamışdır. Belə ki, o, dərsini bitirdikdən sonra məktəbdən çıxıb getmişdir. Onun işdə olmaması məsələsi məktəbin həmkarlar ittifaqının iclasında müzakirə olunan zaman onu da dəvət etmişlər və o, həmin iclasda iştirak etmişdir. Lakin, iclas başladıqdan bir qədər sonra o, əsəbiləşərək həmin iclası tərk etmiş və izahat verməkdən imtina etmişdir. Əsəbiləşməsinə səbəb iclasda məktəbin kollektivindən olan, direktor X14 yaxın adamların da iştirak etməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin nümayəndəsi X21 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı işlədiyi müddət ərzində məktəbdə bir neçə dəfə nöqsanlara yol vermiş, müəssisənin normal iş ahəngini pozmuşdur. İddiaçı ailə və maddi vəziyyətini nəzərə alaraq ilkin vaxtlarda o, güzəştə getmişdir. Lakin, sonradan İddiaçı hərəkətləri dözülməz həddə çatmışdır. Bu səbəbdən də İddiaçı yol verdiyi nöqsanlara görə bir neçə dəfə töhmət verilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı ümumiyyətlə işə gəlməmiş və bu hallar rəsmiləşdirilmişdir. Daha sonra müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqına müraciət olunmuş və İddiaçı izahat verməsi xahiş olunmuşdur. Buna baxmayaraq İddiaçı izahat verməkdən imtina etmiş və həmkarlar təşkilatının iclasını tərk etmişdir. Daha sonra müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının rəyi alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ümumiyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə gəlməmişdir. Bu onun tərəfindən məhkəməyə təqdim edilmiş davamiyyət jurnalından da görünür. Həmçinin, davamiyyət jurnalından əlavə İddiaçı işdə olmaması məsələsi müxtəlif tarixlərdə aktlaşdırılmışdır ki, həmin aktlar da tərəfindən məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə İddiaçı işə gəlmədiyindən davamiyyət jurnalında onun adının qarşısında xətt çəkilmiş və sonradan İddiaçı həmin xəttin üzərindən imza etmişdir. İddiaçının dedikləri yalandır, belə ki, o, davamiyyət jurnalında İddiaçı yerinə imza atmamışdır. Ümumiyyətlə, İddiaçı işə gəlmədiyi günlərdə onun yerinə davamiyyət jurnalına qol çəkməsi məntiqli də deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatına müraciət olunmuş və bununla bağlı iclas keçirilmişdir. İzahatı alınması üçün həmin iclasa İddiaçı da dəvət olunsa da, sonuncu iclas başladıqdan bir qədər sonra iclası tərk etmiş və izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbində müəllim işləyir. Məktəbin işçiləri hər gün səhər saat 09:00-dək işə gələrək davamiyyət jurnalının “Gəldi” qrafasına imza edir və sonra həmin jurnal yığışdırılır. Həmçinin, işçilər işdən çıxarkən də davamiyyət jurnalında “Getdi” qrafasına imza edir. İşçilər işə gəlmədikdə və davamiyyət jurnalına imza etmədikdə həmin gün üçün qrafalarda onların adının qarşısında düz xətt çəkilir. İddiaçı dərs saatı və əmək haqqı az olduğuna görə narazılıq etmiş və istədiyi vaxt işə gəlib getmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə isə İddiaçı ümumiyyətlə işə gəlməmişdir. Həmin müddətdə də İddiaçı adının qarşısında olan qrafalarda xətt çəkilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı işdə olmaması məsələsi məktəbin həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli iclasında müzakirə olunmuş və sonuncu da həmin iclasa dəvət edilmişdir. Buna baxmayaraq iclas başladıqdan bir müddət sonra İddiaçı iclası tərk etmiş və izahat verməkdən imtina etmişdir. Məktəbin kollektivi İddiaçı iclasa qayıtmasını xahiş etsələr də, sonuncu buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbində müəllim işləyir. Eyni zamanda həmin məktəbin azad həmkarlar təşkilatının sədridir. İddiaçı işə vaxtlı-vaxtında gəlməmişdir. Bu hallar rəsmiləşdirilərək müvafiq akt tərtib edilmiş və o da həmin aktı imzalamışdır. Bununla bağlı İddiaçı ilə dəfələrlə şifahi söhbət etdikdə, sonuncu iş saatının və əmək haqqının az olmasını əsas gətirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı işdə olmaması məsələsi ilə bağlı məktəbin həmkarlar təşkilatına müraciət olunmuş və xx.xx.2022-ci il tarixli iclasda bu məsələ müzakirə olunmuşdur. İddiaçı həmin iclasa dəvət olunmuş, lakin iclas başladıqdan bir qədər sonra İddiaçı iclası tərk etmiş və izahat verməkdən imtina etmişdir. İclas katibi Sevinc Ağakişiyeva İddiaçı iclasa qayıtmasını xahiş etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. İclasın yekununda İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair həmkarlar təşkilatı tərəfindən razılıq verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı məxsus, ПТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Cavabdehndə istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə həmin məktəbdə müəllim vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin direktor səlahiyyətlərini icra edən E.İ.Abışov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrdən görünür ki, Cavabdehndə ixtisas fənn müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq 07 iyun 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 03 noyabr 2021-ci il tarixli, Ə-260/25 nömrəli məktubundan görünür ki, İddiaçı illik dərs yükünün az olması ilə bağlı ərizəsinə baxılmışdır. Cavabdeh 2021-2022-ci tədris ili üzrə illik dərs yükünə və tarifləşmə cədvəlinə baxılması və mövcud hüquqi aktların tələblərinə uyğun olaraq aparılmasının məlum olması müraciət müəllifinə bildirilmişdir; Cavabdeh 23 may 2022-ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı hansı səbəbdən işdə olmaması ilə müəssisəyə məlumat verməsi ilə bağlı müraciət olunmuş və sonuncu, bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Həmçinin, xəbərnamənin surətindən göründüyü kimi həmin məktub xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir; xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Goranboy Peşə müəssisəsinə müəllim vəzifəsinə təyin edilmişdir; Cavabdeh direkoru X3 ilə İddiaçı arasında bağlanmış 26 avqust 2009-cu il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu həmin məktəbə müəllim vəzifəsinə təyin edilmişdir; Cavabdeh direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin ilk həmkarlar təşkilatının sədri B.F.Abdullayev, məktəbin kadrlar üzrə müfəttişi N.C.Məmmədov, məktəbin kargüzarı Ş.F.Ağayeva tərəfindən tərtib edilmiş və imzalanmış 12 may 2022-ci il tarixli aktdan görünür ki, 12 may 2022-ci il tarixdə məktəbin pedoqoji heyətinin və digər işçilərinin məktəbə davamiyyətini yoxlayarkən məktəbin ixtisas fənn müəllimi İddiaçı saat 09:00-da tabelə qol çəkərək iş yerindən özbaşına çıxıb getmişdir. Bir saatdan sonra onun işdə olub olmaması məqsədilə iş yerinə bir də baxış keçirilmiş və onun iş yoldaşlarından İddiaçı soruşduqda onun tabelə imza edib çıxıb getdiyini söyləmişlər; Cavabdeh direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin psixoloqu X4, məktəbin ingilis dili müəlliməsi X2 tərəfindən tərtib edilmiş və imzalanmış 18 may 2022-ci il tarixli aktdan görünür ki, 18 may 2022-ci il tarixdə məktəbin direktoru tabelə nəzarət edərkən məktəbin ixtisas fənn müəllimi İddiaçı iş tabelinə qol çəkmədiyi üçün onun işdə olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, o, işdə yoxdur. Məktəbin rəhbərliyi müəllimlər otağına girərək İddiaçı müəllimlərdən soruşmuş, lakin onu iş yerində heç kəsin görmədiyi məlum olmuşdur; Cavabdeh ixtisas fənn müəlliməsi X8, məktəbin müəllimi X5, məktəbin müəllimi X6 tərəfindən tərtib edilmiş və imzalanmış 20 may 2022-ci il tarixli aktdan görünür ki, məktəbin ixtisas fənn müəllimi İddiaçı 20 may 2022-ci il tarixdə bütöv gün ərzində işdə olmamışdır; Cavabdeh direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin ilk həmkarlar təşkilatının sədri B.F.Abdullayev, məktəbin kadrlar üzrə müfəttişi N.C.Məmmədov tərəfindən tərtib edilmiş və imzalanmış 25 may 2022-ci il tarixli aktdan görünür ki, 25 may 2022-ci il tarixdə məktəbin ixtisas fənn müəllimi İddiaçı iş yerində olmadığından onun qarşısında tabeldə xətt çəkilmişdir. Sonra o, iş yoldaşının toyuna işçilərlə birgə getmək üçün məktəbə gələrək tabelin “Getdi” yazılmış qrafasına gizli olaraq xətlənmiş yerin üzərindən imza etmişdir; Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli iclas protokolundan görünür ki, sözügedən iclasa İddiaçı dəvət edilsə də, iclas başladıqdan 15 dəqiqə sonra sonuncu iclası tərk etmişdir. İclas iştirakçılarının təkidinə baxmayaraq İddiaçı iclasa qayıtmamışdır. İclas zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində üzrsüz səbəbdən işdə olmaması məsələsi müzakirə olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzrlü səbəb gətirmədən əmək qanunvericiliyini kobud şəkildə pozduğu üçün aldığı töhmətlərdən nəticə çıxarmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və qərar səsə qoyularaq həmkarlar təşkilatının üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdir; Cavabdeh işçilərinin işə davamiyyət jurnalından görünür ki, İddiaçı sözlərinin qarşısındakı “Gəldi” və “Getdi” qrafalarında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində xətt çəkilmişdir. Həmçinin, İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”-“Getdi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Getdi” qrafalarında xətt və imza vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 4/1917-5/63-5/64 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 84-cü vərəqində olan Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 85-ci vərəqində olan Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza və 85-ci vərəqində olan Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “getdi” qrafasındakı imza - eyni bir şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” və “getdi” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, X21 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş davamiyyət jurnalının 7-ci və 8-ci səhifələrində olan xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə aid İddiaçı adının qarşısında düz xətt əvvəl icra edilmiş, sonra isə imzalar çəkilmişdir. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “4. iş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkilmiş düz xətt və həmin tarixlərdə olan imzaların icra olunma müddəti necədir (yəni, hansı daha əvvəl icra olunmuşdur: imza, yoxsa düz xətt)?” və “5. İş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən çəkilmiş düz xətt eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda çəkilmişdir?” sualları üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 125 (yüz iyirmi beş) manatdır. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunduğu kimi İddiaçı xx.xx.2000-ci il tarixdə Cavabdehndə istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə həmin məktəbdə müəllim vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin nümayəndəsi X21 iddi tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a)” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli olan məlumatlar sadalanmışdır ki, bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 186-cı madəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi intizam tənbehini verə bilər; 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə riayət olunmuşdur. Yəni, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilmişdir. Nəzərə alınmalıdır ki, həmin məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, işəgötürən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması nəticəsinə gələrkən sonuncunun üzrlü səbəb olmadan 12.05-xx.xx.2022-ci il tarixlərdə işə gəlməməsini əsas götürmüş və bu halları aktlaşdırmışdır. Nəzərə alınmaldır ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi üçün əsasdır. Bundan başqa işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80 və 187-ci maddələrinin tələblərinə uyğun olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır. Həmçinin, işçidən izahat verilməsi tələb olunsa da İddiaçı bundan imtina etmiş və müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının iclasını tərk etmişdir (əsas: iş materiallarında olan Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli iclas protokolu). Məhkəmə, İddiaçı izahatında göstərdiyi xüsusatlara, yəni işçilərin işə davamiyyət jurnalında onun imzası olan yerdə sonradan, yəni o, davamiyyət jurnalını imzaladıqdan sonra xətt çəkilməsi, həmin davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzaların ona aid olmaması və həmin imzaların X21 tərəfindən çəkilməsi məsələsinə də münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyi ilə İddiaçı izahatında göstərdiyi xüsusatlar tam təkzib olunur. Belə ki, ekspert tədqiqatının gəldiyi nəticəyə uyğun olaraq: - Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza və xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “getdi” qrafasındakı imza - eyni bir şəxs, İddiaçı tərəfindən icra olunmuşdur (bununla İddiaçı izahatında göstərdiyi davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzaların ona aid olmaması məsələsi təkzib olunur); - Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” və “getdi” qrafalarındakı imzalar X21 tərəfindən icra olunmamışdır (bununla İddiaçı izahatında göstərdiyi davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzaların X21 tərəfindən çəkilməsi məsələsi təkzib olunur); - Cavabdehn müəllimlərinin işə davamiyyət jurnalının 7-ci və 8-ci səhifələrində olan xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə aid İddiaçı adının qarşısında düz xətt əvvəl icra edilmiş, sonra isə imzalar çəkilmişdir (bununla İddiaçı izahatında göstərdiyi işçilərin işə davamiyyət jurnalında onun imzası olan yerdə sonradan, yəni o, davamiyyət jurnalını imzaladıqdan sonra xətt çəkilməsi məsələsi təkzib olunur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməməli, həmçinin iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir (MPM-in 124.2-ci maddəsinə əsasən). Qeyd olanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-88/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-88/2023
28.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver