Məhkəmə qərarları › İş №2(045)-925/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-925/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-925/2025 13.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X*5 Məhəmməd oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qızı X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışında izahat verən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, onun X8 ilə nikahı *3.04.2025-ci il tarixdə 2 saylı X*9 Xidmət Mərkəzində 292 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. X6 adlı övladı xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində ev şəraitində doğulmuşdur. Bu səbəbdən də o övladına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Maraqlı şəxs *4.04.2025-ci il tarixli məktubunda ona X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktının müəyyən edilməsi ona qızı üçün doğum haqqında şəhadətnamə alınması üçün lazımdır. Buna görə də qızı X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *85.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X*3 bildirmişdir ki, o, ərizəçinin nənəsidir. 30 oktyabr *983-cü ildə doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktını təsdiq edir. Məhkəmə baxışında şahid qismində ifadə verən X9 bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktını təsdiq edir. Məhkəmə baxışında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o, ərizəçinin anasıdır. X2 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktını təsdiq edir. Məhkəmə baxışında şahid qismində ifadə verən X8 bildirmişdir ki, o, ərizəçinin əridir. X3 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİ 648247 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında nikah *3.04.2025-ci il tarixdə 2 saylı X*9 Xidmət Mərkəzində 292 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs *4.04.2025ci il tarixli məktubundan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktı Ədliyyə Nazirliyinin “X* Sistemi”ndə aşkar edilməmişdir. X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktının müəyyən edilməsi üçün məhkəmyə müraciət etrməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan *5.04.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etməkdən ötrü *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulmuşdur. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahidlərin ifadəsi və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsində qeyd olunur ki, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsində qeyd olunur ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *59.* və *59.2-ci maddələrində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3**-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçinin övladı - X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Alpout kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə "Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar