Məhkəmə qərarları › İş №2(045)-932/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-932/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-932/2023 24.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə müraciət edərək, onun və azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2013-cü təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə cavabdehin mükiyyətində olan ünvan 2 yaşayış evinə istifadə hüququ tanınmaqla, həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə 04 yanvar 2005-cı il tarixdə ilə ailə qurmuş, lakin nikah rəsmi qeyd edilməmişdir. Birgə yaşadığı müddətdə dörd uşağı olmuşdur. X5 16 noyabr 2005-ci il təvəllüdlü, X10 23 may 2007-ci il təvəllüdlü, X6 06 iyun 2013-cü il təvəllüdlü və X7 08 iyun 2015-ci il təvəllüdlü. Cavbdehlə arasında baş verən münaqişədən sonra ayrılaraq uşaqları ilə birlikdə atası evinə getmişdir. Hazırda azyaşlı uşaqları ilə birlikdə atası evində yaşayır. Həmin evdə ona, uşaqlarına rahatlıq yoxdur, çünki həmin evdə ata-anasından başqa qardaşı da ailəsi ilə birlikdə yaşayır. O, gəlin kimi cavabdehə məxsus Goranboy şəhəri, E.Bağırov küçəsində yerləşən ümumi sahəsi 248.60 kv.m. olan 5 otaqlı evə köçürülmüş və orada azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. Bütün cehiz əşyaları da hazırda həmin evdədir. Hesab edir ki, həmin evdə onun və azyaşlı uşaqlarının yaşayış sahəsindən istifadə hüquqları əmələ gəlmişdir. Çünki onların başqa yerdə yaşayış sahəsi yoxdur. İndi istəyir ki, o və azyaşlı uşaqlar ilə birlikdə gəlin gəldiyi evə köçürülsün və orada yaşasın. O, hesab edir ki, azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus evə köçürülməli və onların həmin evdə hüququ tanınmalıdır. “Mediasiya haqqında” AR-nın xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl hər ikisi mediasiya prosesində iştirak etmiş, bu barədə mediatorun 11 aprel 2023-cü il tarixli Barışıq sazişini məhkəməyə təqdim edir. Mediasiya prosesində razılaşdığı Barışıq sazişinə görə cavabdeh onun və uşaqlarının cavabdehin mülkiyyətində olan, ünvan 2 fərdi yaşayış evinin birinci mərtəbəsində yaşamağına razılıq vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək bildirdi ki, o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh ilə Mediasiya prsesində barışıq sazişi bağlamış və cavabdeh onun azyaşlı uşaqları ilə birlikdə sözügedən evə köçməyinə və istifadə hüququnun tanınmasına razılıq vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əmalkın Dövlət Kadastrı Və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********4-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.28 ha torpaq sahəsinin və üzərində olan 248.60 kv.m fərdi yaşayış evi Cavabdeh adına rəsmiləşdirilmişdir; Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli “barışıq saziş”indən görünür ki, tərəflər yaşamaq hüququnun verilməsi barərə ümumi razılığa gəlmişlər, Cavabdeh İddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2013-cü təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları ilə birlikdə ünvan 2 ünvanında olan fərdi yaşayış evinin birinco mərtəbəsində yaşamaq hüququnun verilməsində razılığa gəlmişlər; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 226197 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 066356 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2005-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 275246 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-1 seriyalı, 095809 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 23 may 2007-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 694293 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 940144 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 23 may 2004-cü ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 113532 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 06 iyun 2013-cü ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 559879 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 08 iyun 2015-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər 04 yanvar 2005-cı il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyati qurmuşlar, bu nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2013-cü təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı dörd övladı doğulmuşdur. İddiaçı 2005-ci il tarixdə Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçüb və etibarlı ailə münasibətlərində yaşamışlar. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş və iddiaçı birgə təsərrüfatda idarə etdiyi mübahisəli evi tərk etməyə məcbur qalmışdır. Hazırda cavabdeh İddiaçı uşaqları ilə birlikdə həmin evə köçərək yaşamasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, etirafın məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsaslar yoxdur. Ona görə də, iddiaçının tələbi təmin edilməlidir. Beləliklə, məhkəməninn gəldiyi nəticəyə görə İddiaçı və azyaşlı uşaqları-xx.xx.2005ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2013-cü təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə cavabdehin mükiyyətində olan ünvan 2 yaşayış evinə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və azyaşlı uşaqları-xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2013-cü təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə cavabdehin mükiyyətində olan ünvan 2 yaşayış evinə istifadə hüquqları tanınsın və onlar həmin evə köçürülsünlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar