Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-991/2025 01.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X23 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X4 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun 05 noyabr *96*-ci ildə Naftalan şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X*3 onun atası, X5 isə anasıdır. Həmçinin, *9 dekabr 2004-cü il tarixli Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışla müəyyən edilmişdir ki, X3 *8 dekabr 2004-cü il tarixdə, Bakı şəhəri Xəzər rayonunda ağciyər vərəmi xəstəliyindən, anası X5 *8 noyabr *992-ci ildə üçüncü dərəcəli pnevmoniya xəstəliyindən vəfat etmişdir. Atası vəfat etməmişdən qabaq şəxsiyyət vəsiqəsi və digər sənədləri olsa da, doğum haqqında şəhadətnaməsi olmamışdır. Yaranmış zərurətlə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdu. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X7 bildirdi ki, ərizəçi tərəfindən mərhum X3nun 05 noyabr *96*-ci ildə Naftalan doğum faktının müəyyən edilməsi üçün şöbəyə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində X6 doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir. Odur ki, ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*989-cu il tarixdə anadan olmuşdur. Goranboy RİHB-nın Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 5-45*/2-M-489/25 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy şəhəri 58-ci kvartalda qeydiyyatsız yaşayır. XİV-ЖГ №34439 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx *989-cu il tarixdə Qasım İsmayılov rayonun Qasımbəyli kəndində anadan olmuşdur. X3, anası isə X2r. XVİ-ЖГ №423374 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 mart *987-ci il tarixdə Qasım İsmayılov rayonun Qasımbəyli kəndində anadan olmuşdur. X3, anası isə X2r. İV-ЖГ №276426 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 05 noyabr *96*-ci ildə doğulmuş X*0 ilə X9 *3 mart *986-cı il tarixdə ** saylı akt qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, № 80 saylı arayışdan görünür ki, X*3 *8 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunda ölmüşdür. Ölüm haqqında “*9” dekabr 2004-cü ildə 07 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: ağciyər vərəmi. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, № **6 saylı arayışdan görünür ki, X5 *8 noyabr *992-ci ildə ölmüşdür. Ölüm haqqında 20 noyabr *992-ci ildə 84 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: üçüncü dərəcəli pnevmoniya. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, № 82 saylı arayışdan görünür ki, X** ilə X*2 arasında nikah haqqında 02 yanvar *960-cı il tarixdə * №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, № 8* saylı arayışdan görünür ki, X** 2* dekabr 2008-ci Naftalan şəhərində ölmüşdür. Ölüm haqqında “2*” dekabr 2008-ci ildə 27 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: kəskin infarkt. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-*57/2025 nömrəli məktubdan görünür ki, 05.**.*96*-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydi şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir; Kapital Bank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, *7665 nömrəli qəbzdən görünür ki, ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi mərhum X3 05 noyabr *96*-ci ildə Naftalan şəhərində doğulmuşdur. Ərizəçinin atası vəfat etməmişdən qabaq şəxsiyyət vəsiqəsi və digər sənədləri olsa da, doğum haqqında şəhadətnaməsi olmamışdır. Bu səbəbdən doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmişdir. Lakin dövlət orqanında doğumu qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-nin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi, Ərizəçi mərhum X3 05 noyabr *96*-ci ildə Naftalan şəhərində doğulmuş və bu fakt dövlət orqanında qeydə alınmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Odur ki, Ərizəçi mərhum X3nun 05 noyabr *96*-ci ildə Naftalan şəhərində doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-n/in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 05 noyabr *96*-ci ildə anadan olmuş X6 Naftalan şəhərində doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-nin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 noyabr *96*-ci ildə anadan olmuş X6 Naftalan şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-991/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-991/2025
01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver