Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-10/2021 06.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi və həmin evin açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 13007.55 ABŞ dolları əsas borcu, 4522.66 ABŞ dolları faiz borcunu, 10743.42 ABŞ dolları cərimə borcunu, cəmi 28273.63 ABŞ dolları kredit borcu, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh4 xüsusi müılkiyyətində olan ünvan 1 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən qeyri yaşayış 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı AccessBank QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 08.05.2012-ci il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 27.08.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2 faiz olmaqla 36 ay müddətinə 15.500 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 ilə AccessBank QSC arasında 08.05.2012-ci il tarixdə tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə mərhum Cavabdeh4 arasında 08.05.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh4 özünə məxsus dövlət istifadəsində olan Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaçayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit razılaşması üzrə cəmi 28273.63 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, AccessBank QSC-dən kredit razılaşmasına əsasən 15.500 ABŞ dolları kredit götürmüşdür. ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə yüksəldiyinə görə banka olan borcunu qaytara bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 08.05.2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 27.08.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 15.500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 08.05.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 08.05.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, AccessBank” QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 15.500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh5 bankla zaminlik müqaviləsi bağlamış,bundan başqa Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh4 Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Lazur-A MMC tərəfindən verilmiş 29.07.2021 il tarixli rəydən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 55.000, likvid dəyəri isə 50.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 22.09.2017-ci il tarixli 7989 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 10.10.2016-cı il tarixə əsas kredit borcu 13303.53 ABŞ dolları, faiz borcu 4244.11 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmidir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində nəzərdə tutulmuş və iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə, faiz borcu isə ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 10743.42 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 43.42 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 50 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda mərhum Cavabdeh4 xüsusi mülkiyyətində olan 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 13007.55 ABŞ dolları əsas borcu, 4244.11 ABŞ dolları faiz borcu, 43.42 ABŞ dolları cərimə borcu, cəmi 17295.08 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş mərhum X3 məxsus Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat, likvid dəyəri 50.000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 13007.55 ABŞ dolları əsas borcu, 4244.11 ABŞ dolları faiz borcu, 43.42 ABŞ dolları cərimə borcu, cəmi 17295.08 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş mərhum X3 məxsus Göyçay şəhəri R.Rza küçəsi 129 ünvanda, 0.0494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış eviaçıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 55.000 manat, likvid dəyəri 50.000 manat məbləğində müəyyən edilsin və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-10/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-10/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver