Məhkəmə qərarları › İş №2(102)-2267/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2267/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldirilməsi” Açar sözlər: kredit borcu və tutmanın ipoteka predmetinə yönəldirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-593/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2011-ci il tarixli, 06L000003109 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətə 400.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 15 iyul 2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 168 (bir yüz al tmış səkkiz) ay müəyyən edilmişdir (15.07.2015-ci il tarixli saziş). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 iyun 2011ci il tarixli, 06R000006216 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,3333 % hesablanmaqla 60 aylıq müddətə 292.000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15 noyabr 2012-ci il tarixli, 6216 saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (15.11.2012-ci il tarixli 6216 saylı saziş). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planı na dəyişiklik edilməsi haqqında 17 yanvar 2013-cü il tarixli, 6216 (A) saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (17.01.2013-cü il tarixli 6216 (A) saylı saziş). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15 iyul 2013-cü il tarixli, 6216 (B) saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (15.07.2013-cü il tarixli 6216 (B) saylı saziş). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15 avqust 2013-cü il tarixli, 6216 (B saylı ) sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (15.08.2013-cü il tarixli 6216 (B saylı saziş). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 28 avqust 2015-ci il tarixli sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür (28.08.2015-ci il tarixli saziş). Cavabdeh2 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür (20 may 2011-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndi). -İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 ar asında bağlanmış 24 may 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m. ümumi, 714 kv.m. əsas, 104.1 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 271.412 manat 40 qəpik məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında 23 noyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə dair saziş bağlanmışdır (06.08.2015-ci il tarixli saziş). -Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 24.11.2009). -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (əlavə qeydiyyat tarixi 13.08.2015). -Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (əlavə qeydiyyat tarixi 25.05.2011). -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 13.08.2015). -İddia çı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 27.12.2016-cı il tarixli ərizə ünvanlayaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 16.12.2016-cı il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və 26.12.2016-cı il tarixdə bildiriş alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmetinə olan X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş 28.12.2016-cı il tarixdə qeydə alınmışdır. -Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımı nca icra etməməsi nəticəsində bank qarşısında 07.09.2018-ci il tarixə 169157 ABŞ dolları 97 sent əsas, 49684 ABŞ dolları 10 sent faiz borcu və 439513 ABŞ dolları 29 sent cərimə olmaqla, cəmi 658355 ABŞ dolları 36 sent borcu yaranmışdır (07.09.2018-ci il tarixli maliyyə arayışı). -Məhkəmə ekspertiza mərkəzinin 09.10.2017-ci il tarixli, 13495 nömrəli rəyinə əsasən Cavabdeh1 27 dekabr 2016-cı il tarixinə banka olan borcu 164184 ABŞ dolları 61 sent əsas, 17751 ABŞ dolları 94 sent faiz borcu olmaqla, cəmi 181936 ABŞ dolları 55 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. -Аzərbаycаn Respublikаsı Xаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Xidməti Tərəqqi MMC tərəfindən verilmiş 27.11.2017-ci il tarixli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının 27.11.2017-ci il tarixinə bazar qiyməti 780.000 manat təşkil edir. -“xxxx” MMC tərəfindən verilmiş 20.06.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının 20.06.2019-cu il tarixinə bazar qiyməti 370.000 manat təşkil edir. -“xxxx” MMC tərəfindən verilmiş 07.10.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının 07.10.2019-cu il tarixinə bazar qiyməti 820.000 manat təşkil edir. -“xxxx” MMC tərəfindən verilmiş 29.09.2020-ci il tarixli, LF 09 nömrəli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı real bazar qiymət 530000 manat, likv id qiyməti isə 430000 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi və sonra iddia tələbinin həcminin artılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01.06.2011-ci il tarixli, 06R000006216 saylı kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 39017 ABŞ dolları 75 sent faiz borcu və 401118 ABŞ dolları 92 sent cərimə olmaqla, cəmi 609294 ABŞ dolları 64 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin X. ünvanında mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m. ümumi, 714 kv.m.əsas, 104.1 k v.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 609294 ABŞ dolları 64 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m. ümumi, 714 kv.m. əsas, 104.1 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyri-yaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi daha sonra iddia tələbinin həcminin artılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01.06.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 169157 ABŞ dolları 97 sent əsas, 49684 ABŞ dolları 10 sent faiz borcu və 439513 ABŞ dolları 29 sent cərimə olmaqla, cəmi 658355 ABŞ dolları 36 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m. ümumi, 714 kv.m. əsas, 104.1 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 658355 ABŞ dolları 36 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Göyçay şəhəri Natəvan küçəsində mülkiyyətdə olan 65 nömrəli 3 girişli, 818.1 kv.m. ümumi, 714 kv.m. əsas, 104.1 kv.m. kö məkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, qeyriyaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia tələbi qismən təmin edilərək, 01.06.2011-ci il tarixli 06R000006216 saylı kredit razılaşması üzrə 164184 (bir yüz altmış dörd min bir yüz səksən dörd) ABŞ dolları 61 (altmış bir) sent əsas, 49684 (qırx doqquz min altı yüz səksən dörd) ABŞ dolları 10 (on) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 214868 (iki yüz on dörd min səkkiz yüz almış səkkiz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 820.000 (səkkiz yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən 214868 (iki yüz on dörd min səkkiz yüz almış səkkiz) ABŞ dolları 71 (yetmiş bir) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 (iyirmi beş) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində Cavabdeh1 məxsus X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının İddiaçı QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatının Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair hissədə və qalan hissədə təmin olunmam ası qət edilmişdir. Qətnamədən İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-593/2020 saylı qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsinin “ipoteka predmeti olan X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 820.000 (səkkiz yüz iyirmi min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipot eka predmeti olan X. ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı vəziyyətdə likvid dəyərinin 430.000 (dörd yüz otuz min) manat həddində müəyyən edilməsi qət edilmiş, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tаrixli, 2(046)-46/2019 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəm ə instansiyası qiymətləndiricinin rəyinə düzgün hüquqi qiymət verməmiş, qiymətləndirici tərəfindən daşınmaz əmlakın səthi təhlillə qiymətləndirilməsini nəzərə almamış, daşınmaz xxxx ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kas sasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. -739.2-ci mаdəsinə görə borc müqаviləsinin predmeti pul məbləği old uqdа,o, kredit müqаviləsi аdlаnır. -442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. -445.2.1-ci mаdəsinə əsasən öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. -448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. -448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (h ərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilə r. -297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). -298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. -319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdi rdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. -39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. -39.3. və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda o lan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. -59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Аzərbаycаn Respublikаsı Xаmmаl və Əmtəə Birjаsı qiymətləndirmə Xidməti Tərəqqi MMC tərəfindən verilmiş 27.11.2017-ci il tarixli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının 27.11.2017-ci il tarixinə bazar qiyməti 780.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 20.06.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının 20.06.2019-cu il tarixinə bazar qiyməti 370.000 m anat təşkil edir. İş materiallarında olan apellyasiya icraatı zamanı təyin edilmiş “xxxx” MMC-nin 29 sentyabr 2020-ci il tarixli, LF 09 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus X. ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının hazırkı real bazar qiymət 530.000 manat, likvid dəyəri isə 430.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka pre dmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin düzgün tətbiq edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-593/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar