Məhkəmə qərarları › İş №2(107)-132/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-132/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-132/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmentinə yönəldilməsi kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcunun ödənilməsi və ipoteka predmentinə yönəldilməsi kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmentinə yönəldilməsi kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 müştərək qaydada 10518.02 ABŞ Dolları məbləğində kredit borcu, 1311.25 ABŞ Dolları məbləğində faiz borcu və 3662.61 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15491.88 ABŞ Dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 02 faiz olmaqla 36 ay müddətinə 12.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əsgərov Muğan Sədrəddin oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 15491.88 ABŞ dolları borcu vardır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər xx.xx.2014-cü il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsi (hakim İbrahim Fəttahov) ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 müştərək qaydada 10518.02 ABŞ Dolları məbləğində kredit borcu, 1311.25 ABŞ Dolları məbləğində faiz borcu və 62.61 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11891.88 ABŞ Dolları kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqının tutularaq iddiaçı AccessBank QSC-yə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat, likvid dəyərinin 35.000 manat məbləğində müəyyən edilməsi, torpaq sahəsi və fərdi yaşayış evinin hərracda satılaraq iddiaçıya olan borc ödənilməsi və fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evinin boşaldılması, iş üzrə ekspertiza xərci olan 80 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; AccessBank” QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 12.500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 bankla zaminlik müqaviləsi bağlamış, bundan başqa Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını, eləcə də kredit borcunun zaminlərdən müştərək qaydada tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 3662.62 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 62.61 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 50 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 müştərək qaydada 10518.02 ABŞ Dolları məbləğində kredit borcu, 1311.25 ABŞ Dolları məbləğində faiz borcu və 3662.61 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15491.88 ABŞ Dolları kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq iddiaçı AccessBank QSC-yə verilməli, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1,mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat, likvid dəyəri 35.000 manat məbləğində müəyyən edilməli, torpaq sahəsi və fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 319.1, 385.1-ci, 445.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin likvid qiyməti təxminən 80000 manat olsa da məhkəmənin qərardadına əsasən həmin ev 35000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, Göyçay şəhərində torpaq sahəsinin 1 sotunun qiyməti orta hesabla 7000-8000 manatdır. Həmçinin ev ipotekaya qoyulandan sonra onun tərəfindən əsaslı təmir işləri aparılmışdır. Bu səbəbdən də torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti ilə razı deyil. Məhkəmə onun mərhum anasının miras payına tutma yönəldərkən qanun üzrə birinci növbə vərəsələr olan bacıları Məhəbbət Ələsgərova və Kəmalə İsmayılovanı işə cəlb etməmişdir. Məhkəmə ipoteka predmeti olan daşınmaz əmlaka az qiymət qoyulduğu halda Lazur- A MMC tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli rəyini sübut kimi nəzərə almışdır. O, 27 oktyabr 2004-cü il tarixdən vergi ödəyicisi olduğu halda məhkəmə onunla bank arasında olan kredit münasibətləri üzrə işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməli idi. Lakin məhkəmə aidiyyət qaydalarını pozaraq işə özü baxmışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, hakim ipoteka predmetinin ilkin satış qiymətini 35000 manat göstərsə də evin əmlakın real qiyməti 80000 manatdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsinin ləğv edilməsini və işin aidiyyatı üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək səhhəti və ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, qiymətləndirmə rəyi ilə razı olmadığını və Göyçay şəhərində onun evinə bənzər evlərin qiyməti 70 min manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsinin ləğv edilməsini və işin aidiyyatı üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş etməklə bərabər, şikayətin məzmununda ipoteka pedmetinin ilkin satış qiyməti ilə razı olmadığını qeyd etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması zamanı ilkin satış qiymətinin müəyyən olunması hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması hissəsi, ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Şikayətin ilk dəlili ondan ibarədir ki, mülki iş kommersiya mübahisəsidir və iş aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməlidir. Kollegiya apellyasiya şikayətinin işin kommersiya məhkəməsində baxılmalı olması barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə əsassızdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndlərində göstərilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2020-ci ilədək, yəni xx.xx.2016-ci ildə verildiyindən həmin işin kommersiya məhkəməsinə aidiyyatı ilə bağlı apellyasiya şikayətində göstərilənlər əsassızdır və işə ümumi məhkəmədə baxılması qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinin digər hissəsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı olduğundan məhkəmə kollegiyası tərəfindən ipotekа predmetlərinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş və qiymətləndirmə rəyi alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin 35000 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Nəzərə alınmalıdır ki, bu dəyəri müəyyən edərkən məhkəmə müvafiq qiymətləndirmə rəyi almış, həmin qiymət, ipoteka müqaviləsində müəyyən edilmiş olan qiymət və işdə olan digər sübutların qarşılıqlı qiymətləndirilməsindən sonra likvid qiyməti müəyyən etmişdir. Bu baxımdan ipoteka predmetinin dəyərinin daha artıq məbləğdə olması ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsaslı deyildir. "xxxx" MMC-nin 18 iyul 2023-cü il tarixli 118/AB/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 40.000, likvid qiyməti isə 30.000 manat təşkil edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat, likvid dəyəri isə 35000 manat məbləğində müəyyən edilən hissəsində gəldiyi nəticəni düzgün ifadə etməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Bu qiymət isə özlüyündə həmin qanunun 1.0.9-cu maddəsi də göstərildiyi kimi likvid qiymət hesab olunur. Göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Ona görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Buna baxmayaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin məzmunu və gəldiyi nəticəsindən aydın olmur ki, ipoteka predmeti üzrə hərrac proseduru başlandığı zaman ilkin satış qiymətini hansı məbləğ təşkil etməlidir. Yaranmış belə anlaşılmazlıq isə hərrac prosedurunu mümkünsüz etmiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsi ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması hissəsi, yəni ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 ( otuz beş min) manat olmaqla açıq hərracdan satılması şəklində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ipoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsində dəyişdirilsin. İpoteka predmeti olan cavabdehlər Cavabdeh1, mərhum X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 2 ünvanda, 0.0510 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 ( otuz beş min) manat müəyyən edilsin. Göyçay Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(046)-04/2022 saylı qətnaməsi apellyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə rəylərinin dəyəri olaraq 300 manat cavabdehlər X5 və X3 tutularaq "XXXX" MMC-nin hesabına keçirilsin. (AZ 52İBAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar