Məhkəmə qərarları › İş №2(046)-8/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-8/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-8/2022 18.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı TuranBank QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə, kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı TuranBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 146.996.85 manat kredit borcu, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində yerləşən əmlak kompleksinə (bazar) yönəldilməsi, həmin əmlak kompleksinin açıq hərraca çıxarılaraq satışdan əldə edilmiş gəlirin cavabdehlərin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı TuranBank QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 15.05.2015-ci il tarixdə TuranBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 07 faiz olmaqla, 60 ay müddətinə 200.000 manat kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 arasında 15.05.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 özünə məxsus istifadəsində olan Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazar) ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit müqaviləsi üzrə cəmi 146.996.85 manat kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayənədisinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 15.05.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında illik 7 faiz olmaqla 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 15.05.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, TuranBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazar) ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazar) iddiaçı TuranBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, TuranBank” QSC ilə Cavabdeh1 arasında aylıq illik 7 faiz olmaqla 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksini (bazar) TuranBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, TuranBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2nın Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin (bazar) açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Heba Consulting MMC tərəfindən verilmiş 14.06.2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksininin (bazar) bazar dəyəri 1.150.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 10.06.2019-cu il tarixli 28517 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 14.08.2018-ci il tarixə əsas kredit borcu 197.390.99 ABŞ dolları, faiz borcu 19.161.58 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Lazur-A MMC tərəfindən verilmiş 04.02.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh2mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksininin bazar dəyəri 4.500.000, likvid dəyəri isə 4000.000 manat təşkil edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçıya ödənilməli, 200 manat ekspertiza xərci cavabdehlərdən alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 kredit müqaviləsi üzrə 146996.85 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumu tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh2 məxsus Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksininə yönəldilməli, əmlak kompleksinin ilkin satış qiyməti 4.500.000 manat, likvid dəyəri 4.000.000 manat məbləğində müəyyən edilməli, əmlak kompleksi hərracda satılaraq iddiaçıya olan borc ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 146.996.85 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 90 manat dövlət rüsumu tutularaq TuranBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Nizami küçəsində 1.10 ha torpaq sahəsində yerləşən 509 kv.m ümumi sahədən ibarət əmlak kompleksininin yönəldilsin, əmlak kompleksi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 4.500.000 manat, likvid dəyəri 4.000.000 manat məbləğində müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar