Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər X4, Cavabdeh2, Cavabdeh6 Ələkbər qızına, X2, Cavabdeh7, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmentinə yönəldimləsi tələbinə dair mülki işin materiallarına baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə mrüaciət edərək cavabdehlər X6 və Cavabdeh2 29986.25 ABŞ dolları əsas kredit borcunun, 5177.41 ABŞ dolları faiz borcunun, 1686.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 36850.6 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, 19.99 ABŞ dolları gündəlik faizin, 19.99 ABŞ dolları gündəlik cərimə borcunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh6 Ələkbər qızına məxsus Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin satılması, satışdan əldə olunan vəsaitin kredit müqaviləsi üzrə borcun əvəzinə ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətinə cavabdehlər X6, Cavabdeh6 Ələkbər qızı, X5, Cavabdeh7, Cavabdeh3, X3 və Cavabdeh5 yaşayış evinə istifadə hüququnun itirilməsi, onların yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO Dəmirbank ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO Dəmirbank ASC tələbi belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı kimi Cavabdeh6 Ələbkər qızı ilə bank arasında xx.xx.2024-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh6 Ələbkər qızı xüsusi mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evini bank bank qarşısında yüklü etmişdir. xx.xx.2014-cü il tarixdə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi, Cavabdeh1 öhdəliyinin icrası üçün zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Dəmirbank ASC ilə Cavabdeh1 arasında 30 ay müddətinə illik 24% olmaqla 45.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Dəmir Bank ASC ilə Cavabdeh2 oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Dəmirbank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh6 Ələbkər qızı ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh6 Ələbkər qızı mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evi mülkiyyət hüququ üzrə Dəmirbank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Göyçay RİHB-nın İƏDÜ-nün nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh6 Ələbkər qızının aşağıdakı ailə üzvləri vardır: Cavabdeh1, X2, Cavabdeh7, Cavabdeh3, X1 və Cavabdeh5. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh2 və Cavabdeh6 Ələkbər qızı vəfat etmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 45.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh6 Ələkbər qızı arasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh6 Ələbkər qızı xüsusi mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evini bank qarşısında yüklü etmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixdə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi, Cavabdeh1 öhdəliyinin icrası üçün zamin durmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcu ödəmədiyindən LPO Dəmirbank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh6 Ələbkər qızının mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinə yönəldilməsini, həmin evin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin evin boşaldılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh2 vəfat etdiyindən onunla bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Buna görə də iddiaçı kredit borcunun Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Eləcə də məhkəmə hesab edir ki, iddiaçının mərhum Cavabdeh6 Ələbkər qızının Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X5, Cavabdeh7, Cavabdeh3, X3 və Cavabdeh5 həmin evdən çıxarılması tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Heba Consulting MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Cavabdeh6 Ələkbər qızının mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinin bazar dəyəri 50.000 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Cavabdeh6 Ələkbər qızının mülkiyyətində olan Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinin bazar dəyəri 38.000 manat, likvid dəyəri isə 30.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 8755 saylı ekspert rəyindən görünür ki,Cavabdeh1 banka əsas borcu 29986.25 ABŞ dolları, faiz borcu 5177.41 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın dəyəri 50 manatdır. Məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehdən kedit müqaviləsi üzrə 1686.94 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 86.94 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqada ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 29986.25 ABŞ dolları əsas kredit borcunun, 5177.41 ABŞ dolları faiz borcunun, 86.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 35250.6 ABŞ dolları kredit borcunun, 19.99 ABŞ dolları gündəlik faizin, 19.99 ABŞ dolları gündəlik cərimə borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO Dəmirbank ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh6 Ələkbər qızına məxsus Göyçay şəhəri 8 Mart küçəsi dalan 3də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinə yönəldilməli, evin ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyən edilməli, ev açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, ev açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin ev boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 29986.25 ABŞ dolları əsas kredit borcunun, 5177.41 ABŞ dolları faiz borcunun, 86.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 35250.6 ABŞ dolları kredit borcunun, 19.99 ABŞ dolları gündəlik faizin, 19.99 ABŞ dolları gündəlik cərimə borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumunun tutularaq Dəmirbank ASCnin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş tutma ipoteka ilə yüklü edilmiş mərhum Cavabdeh6 Ələkbər qızına məxsus Göyçay şəhəri 8 Mart küçəsi dalan 3-də 0.0563 ha torpaq sahəsində yerləşən 41.3 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqdan ibarət fəri yaşayış evinə yönəldilməli, evin ilkin satış qiyməti 30.000 manat məbləğində müəyyən edilsin və ev açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia cavabdehlər Cavabdeh2, X2, Cavabdeh7, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver