Məhkəmə qərarları › İş №2(046)-1005/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1005/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1005/2020 23.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli qərarı ilə xx xxxxxx 2010-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş AN 284891 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.1963-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli, 50 №-li qərarı ilə mərhum anası X3 Göyçay şəhərində 723.15 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Anasının adına olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ əldə etmək istəyir. Buna görə də həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reysterindən çıxarışın və texniki pasportun alınması üçün DƏDRX-nın 16 saylı ərazi idarəsinə müraciət etmiş, həmin vaxt ona məlum olmuşdur ki, torpaq sahəsinin planı və ölçü sənədində mərhum anasının ata adı səhvən Abdul kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Buna görə də Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli qərarı ilə xx xxxxxx 2010-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş AN 284891 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndənin iştirak olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X12 xx.xx.1959-cu il tarixdə nikah bağlamışlar. Nikahdan sonra X5 ərinin soyadını, Rüstəmova soyadını götürmüşdür. Məhkəməyə təqdim olunmuş Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş, AN 244891 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X11 (Əsədulla) qızına Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli, qərarı ilə 723.15 kv.m torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, mərhum X2 ata adı səhvən Abdul qızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli qərarı ilə xx xxxxxx 2010-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən X6 adına verilmiş AN 284891 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Göyçay rayon X8 xx.xx.1999-cu il tarixli qərarı ilə xx xxxxxx 2010-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən X6 adına verilmiş AN 284891 nömrəli torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planının X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar