Məhkəmə qərarları › İş №2(046)-1011/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1011/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1011/2021 07.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, aliment və müalicə xərci tələbinə dair mülki işə Göyçay şəhərində 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment və bir uşağın müalicə olunması üçün hər ay 100 manat müalicə xərcinin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 01.12.2007-ci il tarixdə X7 və 07.11.2009-cu il tarixdə X8 anadan olmuşdur. Cavabdeh ilə aralarında olan narazılıqlara görə hazırda ayrı yaşayırlar. Faktiki ayrıldıqları vaxtdan cavabdeh azyaşlı Fazilin müalicəsində və digər tələbatların ödənilməsində ona heç bir maddi köməklik göstərməmişdir. X15 (konner sindromu) əqli gerilik, nitq və davranış pozğunluğu diaqnozu ilə xəstədir. Uşağın saxlanmasında əziyyət çəkir. Oğlu Fazil sağlamlıq imkanları məhdud hesab edilmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat məbləğində aliment və oğlu X3 müalicə olunması üçün hər ay 100 manat müalicə xərcinin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan iki uşaqları anadan olmuşdur. Böyük oğlu konner sindromundan əziyyət çəkir. İddiaçının ondan tələb etdiyi iki uşağın saxlanması üçün hər uşağa görə 170 manat aliment tələbini və xəstə uşağın müalicəsi üçün 100 manat müalicə xərcini ödəmək iqtidarında deyildir. Ona görə ki, DOST MMC-də sosial işçi işləyir, aylıq gəliri 236 manatdır. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 görünür ki, tərəflərin birgə nikahdan 01.12.2007-ci il tarixdə X7 və 07.11.2009-cu il tarixdə X8 anadan olmuşdur. Azərbaycan Respublikası Bakı Baş Səhiyyə İdarəsinin X6 381 nömrəli epikriz kağızından görünür ki, X9 Pre-perinatal ensefalopatiyanın nəticəsi sinir-psixi (əsasən əqli) inkşafın kobud geriliyi nitqin inkşaf etməməsi kanner autizimi diaqnozu ilə dispanser qeydiyyatındadır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh X16 MMC-də sosial işçi vəzifəsində işləyir, ayda 250 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcələnin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, azyaşlı uşaqlar İddiaçı yanında qalır, cavabdeh uşaqların saxlanması üçün könüllü olaraq aliment ödəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin və X3 müalicəsi üçün 100 manat məbləğində müalicə xərcinin tutularaq onun xeyrinə ödənilməsinə əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Autizim (konner sindromu) xəstəliyindən müalicəyə ehtiyacı olan azyaşlı Fazilin müalicəsi üçün Cavabdeh əlavə xərclərə cəlb olunması üçün əsas vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.04.2021-ci il tarixdən başlayaraq 01.12.2007-ci il tarixdə anadan olmuş X3 və 07.11.2009-cu il tarixdə anadan olmuş X5in yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment və X3 müalicəsi üçün hər ay 50 manat məbləğində müalicə xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə dövlət rüsumu tutulmalıdır . Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13.04.2021-ci il tarixdən başlayaraq 01.12.2007-ci il tarixdə anadan olmuş X3 və 07.11.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment və X3 müalicəsi üçün hər ay 50 manat məbləğində müalicə xərci tutularaq İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar