Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-105/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 nümayəndəsi X5 və Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2871.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X2 nümayəndəsi X7 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 17.03.2020-ci il tarixdə Azəriqaz” X4 RQİİ-nin Gövcav Xidmət Sahəsinin əməkdaşlar. Göyçay rayonu,Ulaşlı-Şıxlı kəndində yaşayan cavabdehlərə məxsus fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş, bununla bağlı 17.03.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ- nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 mart 2020-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh1 Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 24192 m3- 4838.40 (dörd min səkkiz yüz otuz səkkiz) manat 40 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdehlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı şifahi və yazılı bildirişlər göndərilmiş, cavabdeh dəymiş ziyanın bir hissəsini ödəmişdir. 31.05.2020-ci il tarixdə cavabdehlərə rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmiş, lakin cavabdehlər borcu tam ödəməmişlər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qismən qəbul edərək göstərmişlər ki, atalarına məxsus qaz sayğacına gedən xəttdən kənar xətt quraşdırmışlar. Həmin kənar xətt vasitəsi ilə həyətyanı torpaq sahəsində quraşdırdıqları istixanaları təbii qaz ilə təmin etmişlər. Kənar xəttdən 15 gün müddətinə istifadə etmişlər. Bundan başqa hesab edirlər ki, dəymiş ziyan səhv hesablanmışdır. Belə ki, itirilmiş qazın həcmi 0.10 manat əvəzinə 0.20 manata vurulmuşdur ki, bundan dəymiş ziyanın artıq olmasına gətirib çıxartmışdır. İş üzrə digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 17.03.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, X1 yaşadığı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********00000 saylı Abonentin saldosundan görünür ki, Cavabdeh1 2871.80 manat borc vurulmuşdur. Məhkəməyə təqdim edilmiş 10.07.2020-ci tarixli MN ******* və MN ******* saylı İnzibati tənbeh vermə Haqqında qərarlardan görünür ki, Cavabdeh2 və Cavabdeh3 İXMnin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati qaydada cərimə edilmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına gedən xəttdən kənar qaz xətti quraşdıraraq, özlərinə məxsus istixanaları təbii qaz ilə təmin etmişlər. 17.03.2020-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları tərəfindən həmin kənar xətt aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdehlərə dəymiş ziyanın əvəzi olan 4838.40 manat ziyan hesablanmışdır. Həmin ziyanın bir qismi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödənilmişdir. Bundan başqa müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən quraşdırılmış kənar xəttdən digər Cavabdeh1 məlumatı olmamış, həmin kənar xətt ona məxsus sayğacan kənarda istifadə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı dəymiş ziyanı Cavabdeh1 tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2871.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq Azəriqaz İB-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2871.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-105/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-105/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver