Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1053/2024 20.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Doğum və atalıq faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 sentyabr 1998-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu 3 saylı doğum evində qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi, doğum qeydində soyadının İbrahimova, adının Samirə, ata adının X4, ana adının Ərizəçi, doğum tarixinin 25 sentyabr 1998-ci il, doğum yerinin Bakı şəhəri Suraxanı rayonu qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 1997-ci ildə X4 ilə faktiki nikaha daxil olmuş, faktiki nikahlarından 25 sentyabr 1998-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu 3 saylı doğum evində Samir adlı uşaqları anadan olmuşdur. Doğuşdan sonra səhhətində problemlər yarandığı üçün bir müddət müalicə almış, qızı 4 aylıq olan zaman isə qeyri-rəsmi nikahda yaşadığı X4 ilə ayrılmışlar. X4 ilə ayrıldıqdan sonra uzun müddət çətin şəraitlərdə işləyərək, övladını təkbaşına böyütmək məcburiyyətində qalmışdır.. Qızı məktəbə gedən yaşa çatdıqda, sənəd düzəltmək üçün Suraxanı rayonu 3 saylı doğum evinə dəfələrlə müraciət etməyinə baxmayaraq, ona sənədlərin arxivə verildiyi bildirilmiş, arxivə yaxınlaşdıqda isə ona doğumla bağlı sənədlərin arxivə verilmədiyi bildirilmişdir. Həmin dövrlərdə maddi imkanı çatmadığı üçün qızına sənəd düzəldə bilməmiş və bu səbəbdən də, övladı təhsil almaq hüququndan məhrum olmuşdur. Hazırda qızının şəxsiyyətini təsdiq edən sənədlər olmadığı üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilməli olan bütün hüquqlarından məhrum olmaqda davam edir. Qızına doğum haqqında şəhadətnamə almaq üçün 2024-cü ildə yenidən Bakı şəhəri Suraxanı rayonu 3 saylı doğum evinə rəsmi müraciət etmiş, Bakı şəhəri Suraxanı rayonu 3 saylı doğum evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8 saylı məktubda sənədlərin Milli Arxiv İdarəsinə verildiyi üçün doğumu təsdiqləyə bilmədikləri bildirilmişdir. Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-İ-1701 - 33- 1858/2024 saylı məktubda isə vətəndaşların doğum haqqında arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Doğuşla bağlı sənədlər verilmədiyi üçün övladının doğumunu Maraqlı şəxsndə qeyd etdirə bilmir. Belə ki, Qeydiyyat Şöbəsində qızının doğumunu qeydə aldırmaq üçün ondan uşağın doğumu haqqında tibbi şəhadətnamə tələb edir. Qızının doğumunu qeydə almaqdan imtina edən Maraqlı şəxs qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi üçün yaşadığı yerin məhkəməsinə müraciət etməyimi ona tövsiyyə etmişdir.Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin və nümayəndəsinin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X6” X9 3 X7 verilmiş xx.xx.2024-cü il tarxili məktubundan görünür ki, Ərizəçi dediyinə görə xx.xx.1998-cı il tarixində 3 nömrəli doğum evində uşaq dünyaya gətirmişdir. Lakin 1998-ci illərin qeydiyyat kitablarını Milli Arxiv İdarəsinə təqdim etdiyimiz üçün xəstənin 3 nömrəli doğum evində uşaq dünyaya gətirməsini təsdiqləyə bilmirik. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, Suraxanı rayon Səhiyyə şöbəsinin 3 saylı Doğum evinin şəxsi heyət üzrə arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin vətəndaşların doğum haqqında arxiv sənədləri dövlər arxivinin Bakı filalına təhvil verilməmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi qız övladının doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin qeydə edilməsi üçün valideyinlər nikah haqqında şəhadətnamə, şəxsiyyətlərini təsdiq edən sənəd və doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə qeydiyyat şöbəsinə müraciət etməlidirlər. Lakin Siz Maraqlı şəxsnə kifayət qədər əsaslı sənədlər təqdim edə bilmirsiniz. Belə olduğu halda sizin tələbiniz Maraqlı şəxsndə icra oluna bilməz. Bunun üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi X9n xx.xx.2024-cü il tarixli 4299 nömrəli ekspert rəyindən görünür ki, X1 müəyyən edilmiş sümük yaşı 25-27 ilə uyğundur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi X9n xx.xx.2024-cü il tarixli 9/882 nömrəli ekspert rəyindən görünür ki, Mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir: 1.X2 qrup göstəriciləri: 0 alfa,beta/İ/, Rezus-D /+/.
2. Ərizəçi qrup göstəriciləri: 0 alfa,beta/İ/, Rezus-D /+/.
3. X1 qrup göstəriciləri: 0 alfa,beta/İ/, Rezus-D /+/.
4. Ağız suyunun tədqiqinə görə ata, ana və uşaq “ifraz edənlər” kateqoriyasına aiddir.
5. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən X3ma qarşı X2 atalıq, Ərizəçi isə analıq faktı inkar olunmadı. X1 göstərilən çütlüklərdən doğulması mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1.-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə anadan olmuş qızı X1 doğum aktı qeydinin müəyyən edilməsini və başqa qaydada əldə edə bilməz. Eləcə də ərizəçinin təqdim etdiyi sübutlar və ekspert rəyi ilə X2 xx.xx.1998-ci il tarixdə anadan olmuş X1 atası hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDI:
Ərizəçi qızı X1 xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunda doğulması faktının və X2 xx.xx.1998-ci il tarixdə anadan olmuş X1 atası olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1998-ci il tarixdə anadan olmuş X1 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.1998-ci il, doğum yerinin Bakı şəhəri Suraxanı rayonunda anadan olması, atasının X4, anasının Ərizəçi kimi qeyd edilməsi və xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Məktəb küçəsində qeydiyyatda olan (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA5755936, FİN: 5HFLE79) X2 xx.xx.1998-ci il tarixdə anadan olmuş X1 atası kimi atalığın müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İbrahim Fəttahov