Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1072/2023 06.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Doğum və atalıq faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 fevral 2005-ci il tarixdə Göyçay rayonunun Şəkər kəndində anadan olmuş qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə, doğum şəhadətnaməsinin verilməsi, doğum qeydində soyadının Məmmədova, adının Fatimə, ata adının Şahid, ana adının Ərizəçi, doğum tariximin 23 fevral 2005-ci il, doğum yerinin Göyçay rayonunun Şəkər kəndi yazılmasına və Şahid 23 fevral 2005-ci il tarixdə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 1997-ci il tarixdə Şahid ilə faktiki nikaha daxil olmuşvə birgə nikahlarından 06 noyabr 1998-ci il tarixdə X6, 16 oktyabr 2000-ci il tarixdə X8, 30 dekabr 2002-ci il tarixdə X4 və 23 fevral 2005-ci il tarixdə X5 anadan olmuşdur. Böyük uşaqlarının doğumları qeydə alınsa da kiçik qızı 23 fevral 2005-ci il tarixdə tibb müəssisəsində deyil, Göyçay rayonunun Şəkər kəndində ev şəraitində doğulduğu üçün onun doğumunu Maraqlı şəxsndə qeyd etdirə bilmir. Belə ki, qeydiyyat şöbəsində qızının doğumunu qeydə aldırmaq üçün ona uşağın doğumu haqqında tibbi şəhadətnamə tələb edirlər. Lakin qızı tibb müəssisəsində doğulmadığı üçün onun doğumu haqqında tibbi şəhadətnaməni əldə edə bilmir. Qızının doğumunu qeydə almaqdan imtina edən Maraqlı şəxs qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi üçün yaşadığı yerin məhkəməsinə müraciət etməyini ona tövsiyyə etmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Doğum Haqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X6 06 noyabr 1998-ci il tarixdə, X8 16 oktyabr 2000-ci il tarixdə və X4 30 dekabr 2002-ci il tarixdə anadan olmuşdur. X2, anaları Ərizəçidır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 3519 nömrəli ekspert rəyindən görünür ki, X3 müəyyən edilmiş sümük yaşı 16- 17 ilə uyğun gəlir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 9/802 nömrəli ekspert rəyindən görünür ki, 1. Ana- Ərizəçi qrup göstəriciləri: Oalfabeta/İ/, Rezus-D /+/ 2. Ata- Şahid qrup göstəriciləri: Oalfabeta/İ/, Rezus-D /+/ 3. Uşaq- «X3» qrup göstəriciləri: Oalfabeta/İ/, Rezus-D /+/. Beləliklə, yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Ərizəçi və Şahid olan cütlükdən X3 törəməsi mümkündür. Belə olan halda Ərizəçi X5 barəsində analıq faktı inkar olunmadı. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 389 nömrəli ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsinə, dəri örtüyünün cizgilərinə, antropometrik ölçüləri və göstəricilərinə, anamnestik məlumatlarına, ailə-məişət və fiziki inkişaf göstəricilərinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: 1. X1 inkişaf yaşı 16-17 ilə uyğun gəlir.Vizual görüntüləri və fiziki inkşaf göstəriciləri,qərardadda göstərilən bioloji yaşının 18 il olmasını inkar etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1.-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə anadan olmuş qızı X3 doğum aktı qeydinin müəyyən edilməsini və başqa qaydada əldə edə bilməz. Eləcə də ərizəçinin təqdim etdiyi sübutlar və ekspert rəyi ilə Şahid xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 atası hesab edilməsi üçün əsasdır. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizəçi qızı X3 xx.xx.2005-ci il tarixdə Göyçay rayonu Şəkər kəndində doğulması faktının və Şahid xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.2005-ci il, doğum yerinin Göyçay rayonu Şəkər kəndi, atasının Şahid, anasının Ərizəçi kimi qeyd edilməsi və xx.xx.1967-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu Şəkər kəndində qeydiyyatda olan (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA*******, FİN: xxxxxxx) Şahid xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 atası kimi atalığın müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1072/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1072/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver