Məhkəmə qərarları › İş №2(046)-1073/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1073/2023

20.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1073/2023 20.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsəində müstəqil tələblər irləi sürməyən üçüncü şəxslər X12, X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış, Göyçay rayonu Qarabağlar kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN- 115A saylı şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktında göstərilən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X27 14 avqust 1995-ci il tarixdə, anası X20 19 may 2015-ci il tarixdə vəfat etmişlər. Mərhum anası X20 vəfat edərkən ondan Göyçay rayonu Qarabağlar kəndində 0,30 ha həyətyanı torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamə) və Göyçay rayonu Mirzəhüseynli kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktı) miras qalmışdır. Mərhum anasının vəfatından sonra qalan mirası o, faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Mərhum anası X8 ondan başqa aşağıdakı vərəsələri var: X15, X33, X28 və X16.X1 - xx.xx.2014-cü ildə , X33 isə - xx.xx.2019-cu ildə vəfat etmişlər,. Qanun üzrə birinci növbə vərəsələr X29, X33, X7 və cavabdehin Göyçay rayon İHB-nin Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə verdikləri mirası qəbul etməmələri haqqında ərizələrə əsasən mərhum anasının miras torpaq sahəsinin yerləşdiyi təsərrüfat 23 oktyabr 2015-ci il tarixdən onun adına qeydə alınmışdır. Mərhum anasının vəfatından sonra miras əmlaka dair vergilər onun tərəfindən Şəhadət Bələdiyyəsinə ödənilmişdir.Lakin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə ikinci növbə vərəsə olan Cavabdeh mirası nə rəsmi, nə də faktiki qəbul etmədiyi halda mirası qəbul etməməsi barədə ərizə verməkdən imtina etmişdir. Halbuki Cavabdeh hələ mərhum qardaşı Müzəffərin sağlığında belə Qarabağlar kəndində ayrı təsərrüfatda yaşamışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmiş və miras payının tanınması tələbinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi , izahat verərək bildirdi ki, mərhum atası X15 25 oktyabr 2014-cü ildə, babası X27 14 avqust 1995-ci il tarixdə, nənəsi X20 19 may 2015-ci il tarixdə vəfat etmişlər. Mərhum nənəsi X20 vəfat edərkən ondan Göyçay rayonu Qarabağlar kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O, mərhum atası X4 vərəsəsi kimi əmlakdan pay tələbinin olmaması və həmin əmlakın bibisi İddiaçı çatmasına heç bir etirazının olmaması barədə Göyçay rayon İHB-nın Şəhadətkənd ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə vermişdir.Ərizəni əmisi Mobil Məlikovun ona verdiyi vədə görə yazmışdır.Lakin sonradan əmisi Mobil ona mirasdan pay vermək barədə vədinə əməl etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X29 izahat verərək bildirdi ki, atası X27 14 avqust 1995-ci il tarixdə, anası X20 19 may 2015-ci il tarixdə vəfat etmişlər. Mərhum anası X20 vəfat edərkən ondan Göyçay rayonu Qarabağlar kəndində 0,30 ha həyətyanı torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamə) və Göyçay rayonu Mirzəhüseynli kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktı) miras qalmışdır. O, miras qalmış əmlaklardan özünə çatan pay hissəsini bacısı İddiaçı xeyrinə imtina etmiş və bu barədə xx.xx.2015-ci il tarixdə Göyçay rayon İHB-nın Çəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə ilə müraciət etmişdir. Münahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 miras qalmış əmlaklardan özünə çatan pay hissəsini bacısı İddiaçı xeyrinə imtina etməsini bildirib,mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5, X17, Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər.İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatın dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X28 xx.xx.1959-cu ildə, X33 xx.xx.1961-ci ildə, X16 xx.xx.1968-ci ildə, X30 xx.xx.1970-ci ildə doğulmuşlar,valideynləri –ata X27,ana X13r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X16 arasında nikah 26 iyun 1987-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X28 arasında nikah 28 yanvar 1982-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bədəlova soyadı verilmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X30 arasında nikah 10 avqust 2002-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Soltanova soyadı verilmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 arasında nikah 15 noyabr 1976-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X27 xx.xx.1995-ci ildə, X15 xx.xx.2014-cü ildə, X20 xx.xx.2015-ci ildə vəfat etmişlər. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair KOD 40814058, JN-617 saylı dövlət aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 avqust tarixli 41 nömrəli qərarı ilə X14 0,29 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair KOD 40814048, JN-115 A saylı şəhadətnamədən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 avqust tarixli 41 nömrəli qərarı ilə X14 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Göyçay rayonun Qarabağlar kəndində yaşayan X12, X7, X18 ünvan 1 ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizələrdən görünür ki, Göyçay rayonu Qarabağlar kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktında göstərilən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara çatan hissəsindən pay tələbləri yoxdur və valideyinlərindən miras qalmış torpaq sahələrinin, yaşayış evinin onlara çatan hissəsini İddiaçı bağışlamışlar. İşə əlavə edilmiş Göyçay rayonu Qarabağlar kəndində yaşayan Cavabdeh Müzəfər oğlunun ünvan 1 ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, mərhum atasının varisi kimi Cavabdeh Göyçay rayonu Qarabağlar kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN- 617 saylı dövlət aktında göstərilən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasına çatan hissəsindən pay tələbi yoxdur və həmin əmlakların bibisi İddiaçı çatmasına etirazı olmamışdır. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi nümayəndəliyinin 04 may 2022-ci il tarixli arayışından görünür ki, mərhumə X20 (1930) öldüyü günədək yəni 19 may 2015-ci il tarixədək Göyçay rayon Qarabağlar kəndində daimi qeydiyyatda olub yaşamışdır. X8 ölümündən sonra aşağıda adları qeyd olunan vərəsələri vardır. oğlu- X15 - 1955 ( 1955-ci ildən 2014-cü ilə kimi Göyçay rayonu Qarabağlar kəndində daimi qeydiyyatda olub yaşamışdır.25 oktyabr 2014-cü ildə vəfat edib) qızı- X28 -1959(1959-cu ildən 1982-ci ilədək Göyçay rayonu Qarabağlar kəndində daimi qeydiyyatda olub. 1982-ci ildən Şəhadət kəndinə köçüb yaşayır.) oğlu- X33- -1961(1961 -ci ildən 2019-cu ilədək Göyçay rayonu Qarabağlar kəndində qeydiyyatda olub yaşayıb.2019-cu ildə vəfat edib.) qızı- X16- 1968( 1968-cı ildən hal-hazıradək Göyçay rayonu Qarabağlar kəndində daimi qeydiyyatda olub digər təsərrüfatda yaşayır.) qızı- X30- 1970 ( 1970-cı ildən 2020-ci ilədək Göyçay rayonu Qarabağlar kəndində daimi qeydiyyatda olub.2020-ci ildən Göyçay şəhərində qeydiyyatdadır.) İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 oktyabr 2015-ci il tarixdə İddiaçı ünvanladığı məktubdan görünür ki, 15 oktyabr 2015-ci il tarixli İddiaçı ərizəsinə baxılaraq nümayəndəliyin 05 saylı Təsərrüfatbaşına kitabının 60-cı səhifəsində 402 saylı təsərrüfatda qeydiyyata alınmaqla Qarabağlar kəndi ərazisində olan mərhum valideyinlərindən qalan 0,30 ha həyətyanı torpaq sahəsi,0,29 ha pay torpağı, ümumi sahəsi 80m-2,yaşayış sahəsi 48m-2 olan 3 otaqlı yaşayış evi qardaş və bacılarının razılığı əsasında İddiaçı adına yazılmışdır. İşə əlavə edilmiş Göyçay rayon Şəhadət Bələdiyyəsinin 20 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Qarabaqlar kəndində yaşamış mərhum X20 2015-ci ildə vəfat etdikdən sonra Əmlak və Torpaq vergilərini mərhumun qızı İddiaçı ödəyir. Hal -hazırda vergi borcu yoxdur. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 sentyabr 2022-ci il tarixli 23 saylı məktubundan görünür ki, nümayəndəliyin Qarabağlar kəndində yaşamış və 19 may 2015 ci il tarixdə vəfat etmiş mərhum X8 adına Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 saylı qərarına əsasən JN-115 nömrəli Şəhadətnamə ilə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. X8 ölümündən sonra həmin təsərrüfat orada yaşayan ailənin kiçik qızı İddiaçı adına yazılmışdır. Hal hazırda onun adına nümayəndəliyin Qarabağlar kəndinə aid 06 nömrəli “Ev Təsərrüfatlarının” uçotu kitabının 78-ci səhifəsində 432 nömrəli təsərrüfat qeydiyyatı vardır. Həmin təsərrüfatda İddiaçı başqa heç kim qeydiyyatda yoxdur. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 sentyabr 2022-ci il tarixli 24 saylı məktubundan görünür ki, nümayəndəliyin Qarabağlar kəndində yaşamış və 25 oktyabr 2014 cü il tarixdə vəfat etmiş mərhum X4 adına nümayəndəliyin Qarabağlar kəndinə aid 07 nömrəli “Ev Təsərrüfatlarının” uçotu kitabının 09-cu səhifəsində 458 nömrəli təsərrüfat qeydiyyatı vardır. Mərhumun vəfatından sonra həmin təsərrüfat həyat yoldaşı X2 adına yazılmışdır. Həmin təsərrüfatda hazırda 05 nəfər şəxs yaşayır və qeydiyyatdadır. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 dekabr 2022-ci il tarixli 37 saylı məktubundan görünür ki, nümayəndəliyin Qarabağlar kənd sakini 1979-cu il təvəllüdlü Cavabdeh mərhum atası X4 ölümündən əvvəl (xx.xx.2014) valideyinlərindən ayrılıb ayrı təsərrüfat kimi qeydiyyatda olmuşdur. Hal-hazırda Nümayəndəliyin Qarabağlar kəndinə aid 06 sayli “Ev təsərrüfatlarının uçotu kitabının “15 ci səhifəsində 374 nömrəli ev təsərrüfatı kimi qeydiyyatda olmaqla adına 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli ümumi sahəsi 76m2,yaşayış sahəsi 48m2 olan iki otaqlı evin qeydiyyatı vardır. Eyni zamanda həmin təsərrüfatda ondan başqa həyat yoldaşı, qızı və oğlu qeydiyyatdadırlar. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 27 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə,lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə,onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına,vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür,bu şərtlə ki,vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 -ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı X3 miras qalmış, Göyçay rayonu Qarabağlar kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktında göstərilən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras xx.xx.2015-ci ildə açıldıqdan sonra miras qoyanın 5 qanun üzrə vərəsəsi olmuşdur : qızları X29, X21, oğlu X33 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər. Cavabdeh mərhum atası X10 çatası miras əmlak payı qəbul etməməsi və bibisi İddiaçı adına keçməsinə etirazının olmaması barədə xx.xx.2015-ci il tarixdə Göyçay rayon İHB-nın Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə vermişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı miras açıldıqdan sonra həmin miras əmlaka faktiki sahiblik etmiş,torpaq vergilərini ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Cavabdeh isə miras əmlakdan imtina etməsi barədə xx.xx.2015-ci ildə ərizə vermiş,belə olan halda məhkəmə hesab edir ki,cavabdeh tərəfindən şəxsi iradəsi əsasında imtina etdiyi miras payını yenidən qəbul edilməsinə yol verilə bilməz. Beləliklə iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki,qanun üzrə vərəsəlik zamanı vərəsələr X29, X21, X11, X17,habelə Cavabdeh miras əmlakdan imtina etdiklərindən,miras əmlakda payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalı,bununla da iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı miras qoyan X3 miras qalmış Göyçay rayonu Qarabağlar kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-115A saylı şəhadətnamədə göstərilən 0,30 ha həyətyanı torpaq sahəsi və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-617 saylı dövlət aktında göstərilən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tam həcmdə miras payı tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar