Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1093/2025 30.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinə qarşı inzibati tənbeh vermə haqqında 06 fevral 2025-ci il tarixli, 9 nömrəli əmrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin 06 fevral 2025-ci il tarixli 9 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh həmin əmri vərərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə istinad etmiş, guya o “Uşaq musiqi, incəsənət va rəssamlıq məktəblərinin Nümunəvi esasnaməsinin” 7.11-ci yarımbəndinin tələblərini pozmuşdur. Əmrin surəti ona 14 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Əmrin surətini cavabdehdən alan kimi dərhal mediasiya prosesinə başladı, 14 fevral 2025-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdi və təklif cavabdehə çatdıqdan sonra Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət göndərərək mediatorun təyin edilməsini xahiş etdi. Lakin 13 mart 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndələ mübahisə ilə bağlı razılıq əldə edə bilmədilər. Bu səbəbdən Şəki 1 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 mart 2025-ci il tarixli MŞŞ/2025-MT00346 saylı arayış vermişdir. Cavabdehin ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrini qanunsuz hesab edir. Belə ki, "Uşaq Musiqi, İncəsənət Və Rəssamlıq Məktəblərinin Nümunəvi Əsasnaməsi"nin normalarının tələbini pozmamışdır. Əmrdə göstərilən pozuntulara yol verilməmiş, şagirdlərin dərsə davamiyyəti və onların dərsin mənimsəmələri qanaətbəxş olmuş, rəhbəri olduğu şöbədə tədris plan va proqramları tam yerinə yetirilmişdir. Bu əmrin verilməsinə səbəb X12 Mədəniyyət İdarəsinin məktəbdə monitorinq aparan əməkdaşlarının ona qarşı olan qərəzli münasibətləri olmuşdur. Hətta ona qarşı aparılan qanunsuzluqlardan bezərək öz ərizəsi ilə şöbə müdiri vəzifəsindən azad olunmuşdur. İşəgötürən Əmək Məcəlləsinin tələblərini pozaraq intizam tənbehi vermədən əvvəl ondan yazılı izahat tələb etməmişdir. Bu səbəbdən iddia tələbini əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı "Uşaq musiqi, incəsənət va rəssamlıq məktəblərinin mümunəvi əsasnaməsi"nin 7.11-ci yarımbəndinin tələblərini pozmuşdur. X12 Mədəniyyət İdarəsi tərəfindən aparılmış monitorinqin nəticəsinə görə 6-cı sinif şagirdi X9 tədris ilinin əvvəlindən xalq yaradıcılığı və xor dərslərində iştirak etməmiş, amma davamiyyət jurnalında iştirak etmiş kimi göstərilmişdir. Dərsə gəlmədiyini şagird özü bildirmiş, daha sonra onun gündəliyinə baxılmış və orada dərsdə iştirakı ilə bağlı müəllimin qeydi aşkarlanmamışdır. Həmin fənni tədris edən müəllim Natavan Süleymanova İddiaçı rəhbərlik etdiyi şöbənin müəllimidir. Amma əsasnamənin də tələblərindən görünür ki, şagirdlərin davamiyyətinə nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. İntizam tənbehin verilməsi ona X12 Mədəniyyət İdarəsindən tapşırılmış və iddiaçı bildirdiyi kimi hər hansı yazılı izahat ondan alınmamış sadəcə şifahi şəkildə bu tapşırığı onun nəzərinə çatdırmışdır. Əmr 06 fevral 2025-ci ildə verilmiş, amma iddiaçıya təqdim edilməmişdir. İddiaçı sonra, təxmini 24-25 fevral 2025-ci il tarixlərdə ona müraciət etmiş və məhkəməyə müraciət edəcəyini bildirərək əmrin surətini istəmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, qızı X9 davamlı olaraq xalq yaradıcılığı və xor dərslərində iştirak etmişdir. Repetitor yanına getdiyinə görə, bəzən xəstə olduğuna görə dərsdə iştirak etmədiyi olmuş, amma bu barədə şöbə müdirinə məlumat vermişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbində Violin şöbəsinin müəllimidir. 6-cı sinif şagirdi X9 dərslərə davamlı şəkildə gəlmiş, lakin bəzən repetitor yanında hazırlaşdığı üçün dərsə gəlmədiyi olmuşdur, amma hansı tarixlərdə xatırlamır. Həmin məsələyə görə ona da intizam tənbehi tətbiq olunmuş, bununla bağlı yazılı izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə xx.xx.2025-c il tarixli, 9 nömrəli Əmrinin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin violin şöbəsinin müdiri İddiaçı “Uşaq musiqi, incəsənət va rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.11 (şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris plan va proqramlarının tam yerinə yetirilməsinə nazarət edir) yarımbəndinin tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbində aparılmış monitorinqlərin nəticələri haqqında xx.xx.2025-ci il tarixli, 3-24-13/3-1-f-10/2025 Əmrin surətinin 4.1 yarımbəndindən görünür ki, Violin Şöbəsinin müdiri İddiaçı barəsində qanunvericiliyə uyğun olaraq intizam tənbehi tədbirinin tədbiq edilməsinin təmin edilməsi və nəticəsi barədə məlumatın 5 iş günü ərzində aidiyyəti üzrə X12 Mədəniyyət İdarəsinə təqdim edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin müəllimləri barəsində müvafiq təbdirlərin görülməsi haqqında xx.xx.2025-ci il tarixli, 94 nömrəli Əmrindən görünür ki, bir sıra müəllimlər, həmçinin violin müəllimi İddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə əsasən “Xəbərdarlıq” elan olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə xx.xx.2025-c il tarixli, 9 nömrəli Əmrinin 1-ci bəndinən görünür ki, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin violin şöbəsinin müdiri İddiaçı Uşaq musiqi, incəsənət va rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsinin 7.11 (şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris plan va proqramlarının tam yerinə yetirilməsinə nazarət edir) yarımbəndinin tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirovun xx.xx.2024-cü il tarixli, 438 nömrəli Əmrinin surətinin 5.1-ci yarımbəndinə əsasən İddiaçı və digər müəllimlərə işdə olmadıqları üçün qanunvericiliyə uyğun olaraq intizam tənbehi tədbirinin tətbiq edilməsinin təmin edilməsi və nəticəsi barədə məlumatların 5 iş günü ərzində aidiyyəti üzrə X12 Mədəniyyət İdarəsinə təqdim edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirovun xx.xx.2024-cü il tarixli, 3-24-13/3-1-f-19/2024 nömrəli Əmrinin surətinin 19.1-ci yarımbəndinə əsasən Tədris prosesini zəif təşkil etdikləri üçün bir sıra müəllimlər, həmçinin İddiaçı barəsində qanuna müvafiq tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə məlumatın 5 iş günü müddətində aidiyyəti üzrə X12 Mədəniyyət İdarəsinə təqdim edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini icra edən Afət Məmmədovanın xx.xx.2024-cü il tarixli, 51 nömrəli Əmrinin surətindən görünür ki, əmək intizamına düzgün riayət edilmədiyi, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının tam və ya qismən yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən bir sıra müəllimlər, həmçinin İddiaçı “töhmət” elan olunmuşdur. Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbində X12 Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri X8, X12 Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun aparıcı məsləhətçisi X2, X12 Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun baş mütəxəssisi X7, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin direktoru X5, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru Nümayəndə iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akta əsasən violin ixtisası üzrə müəllim İddiaçı 15:10-15:55 dəsr saatında 6cı sinif şagirdi X9 dərsdə iştirak etmişdir. Şagirdlə aparılan söhbət zamanı tədris ilinin əvvəlindən xalq yaradıcılığı və xor dərslərində iştirak etmədiyi məlum olmuşdur. İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru Nümayəndə ilkin medisasiya sessiyasında iştirak etmiş, İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 9-cu maddəsinin g bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüquqları vardır: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 188.1-ci maddəsinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 188.2-ci maddəsinə əsasən müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsinin: 7.2-ci yarımbəndinə əsasən direktor aşağıdakı vəzifələri icra edir: -Məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq edir. 7.11 Şöbə müdiri aşağıdakı vəzifələri icra edir: - - hər yarımilin əvvəlində şöbənin iş planını hazırlayıb şöbənin iclasında müzakirə edir və təsdiq üçün pedaqoji şuraya çıxarır; - iş planının yerinə yetirilməsi və əldə olunan nəticələr barədə pedaqoji şuranın iclaslarında hesabat verir; - şagirdlərin fərdi vərəqələri üzrə dərs proqramını, müəllimlərin tədris ili üzrə gündəlik dərs planlarını təsdiq edir; - müəllimlərin dərslərində mütəmadi olaraq iştirak edir, onlara metodiki yardım göstərir, müəllimlərin işinə nəzarət edir, şöbə müəllimlərinin açıq dərslərini təşkil edir; - şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris plan və proqramlarının tam yerinə yetirilməsinə nəzarət edir; - bağlı akademik konsertləri, dinləmələri və sərgiləri təşkil edir; - müəllimlərin peşəkarlıq səviyyəsini və metodiki ustalıqlarını artırmaq məqsədilə tədbirlər təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı "Uşaq Musiqi, İncəsənət Va Rəssamlıq Məktəblərinin Nümunəvi Əsasnaməsi"nin 7.11-ci yarımbəndinin tələblərini pozduğuna görə ona xx.xx.2025-c il tarixli, 9 nömrəli Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrdən narazı qalan İddiaçı əmri əldə etdikdən sonra Mediasiya Təşkilatına müraciət etmiş və tərəflərə xx.xx.2025-ci il tarixdə Təşkilat tərəfindən bildiriş göndərilmişdir. Bu barədə qeyd İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir. Beləliklə İddiaçı pozulmuş hüqunun bərpa edilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 təqvim aylıq müddətə riayət etdiyi müəyyənn olunmuşdur. İş materiallarından görünür ki, şiddətli töhmət verilmədən öncə İddiaçı əmək qanunvericiliyinin tələblərinə əsasən yazılı izahatı alınmamış, izahat verməkdən imtinası barədə heç bir qeyd aparılmamış, akt tərtib olunmamışdır. Cavabdeh Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru Nümayəndə iddiaçıdan şifahi qaydada izahat aldığını bildirsə də, sonuncu əmrdən yalnız o çıxdıqda xəbəri olduğunu qeyd etmişdir. Bundan başqa İddiaçı özünü Əsasnamənin tələblərinin pozulmasında təqsirli bilməmiş və məhkəmə iclasında da qeyd etmişdir ki, monitorinq aparılan zaman yalnız şagirdin şifahi verdiyi məlumat nəzərə alınmış, şagirdlər dərsə gəlmədikdə onun bu barədə məlumatı olmuş, çünki valideyinlərlə mütəmadi əlaqə saxlamışdır. Qeyd olunanlardan da görünür ki, iddiaçı barəsində intizam tənbeh vermə haqqında əmr ilə razı deyil, araşdırılmanın düzgün aparılmadığını özündə olan arqumentlərlə əsaslandırmışdır. Belə olan halda əmək qanunvericiliyinin tələblərini pozaraq ondan yazılı izahatın alınmaması barəsində intizam tənbehinin tətbiq edilməsinə dair prosedurun şəffaflığını şübhə altına salır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin violin şöbəsinin müdiri İddiaçı Uşaq musiqi, incəsənət va rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsinin 7.11 (şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris plan va proqramlarının tam yerinə yetirilməsinə nazarət edir) yarımbəndinin tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair xx.xx.2025-c il tarixli, 9 nömrəli Əmri İddiaçı aid hissədə ləğv olunmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 Mədəniyyət İdarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi məktəbinin violin şöbəsinin müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair xx.xx.2025-c il tarixli, 9 nömrəli Əmri İddiaçı aid hissədə ləğv olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1093/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1093/2025
30.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver