Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-111/2021 04.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X4 X5 qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyri-yaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26R000004774 saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26R000004774 saylı kredit razılaşması üzrə 13938.97 ABŞ Dolları məbləğində kredit borcu, 10939.99 ABŞ Dolları məbləğində faiz borcu və 20441.58 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 45320.54 ABŞ Dolları məbləğində borcun tutulması, tutmanın Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 oğlunun, X2, X3 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X6 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 qızma İddiaçı QSC ilə bağladığı 02.05.2012-ci il tarixli 26L000000618 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.03.2014-cü il tarixli 26R000004774 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.06.2015-ci il tarixli 26R000004774S saylı, 02.03.2016-cı il tarixli 26R000004774SA saylı, 28.10.2016-cı il tarixli 26R000004774SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.09.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11061.03 ABŞ Dolları ödəmiş, onun 13938.97 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün laiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və laiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün08.05.2020-ci il tarixə 1100 gün üçün hesablanmış faiz borcu 10939.99 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 08.05.2020-ci il tarixə 1100 gün üçün hesablanmış cərimə 20441.58 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış 03.05.2012-ci il tarixli ipoteka müqaviləsi (Göyçay rayon notariat kontorunun notariusu P.Nəcəfli tərəfindən təsdiq edilib) əsasında Göyçay şəhəri, Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 480 saylı 09.09.2020-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yaşamış mərhum Cavabdeh4 məxsus olmuş fərdi yaşayış evində hal-hazırda aşağıda adları göstərilən şəxslər qeydiyyatda olmaqla yaşayırlar; yoldaşı- Cavabdeh1-1961, oğlu - X7- 1988 və oğlu - X8-1990. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 480 saylı 09.09.2020-ci il tarixli arayışından və Azərbaycan Respublikası MM-nin normalarından aydın olur ki, Cavabdeh1 miras əmlakı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini qəbul etmişdir. Belə olan halda Cavabdeh1 mərhum Cavabdeh4 hüquq və vəzifələri də keçmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, Cavabdeh1 mərhum Cavabdeh4 hüquqi varisidir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 02.05.2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 02.05.2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, 02.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh5, X9 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.03.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 02.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.03.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 25000 ABŞ dolları kredit verilməsi barədə razılaşma imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 11.06.2015-ci il, 02.03.2016-cı il və 28.10.2016-cı il tarixli sazişlərdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Məhkəməyə təqdim edilmiş 23.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08.05.2020-ci il tarixə İddiaçı QSC-yə 04.03.2014-cü il tarixli kredit razılaşması üzrə 13938.97 ABŞ dolları əsas kredit borcu, 10939.99 ABŞ dolları məbləğində faiz borcu və 20441.58 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 45320.54 ABŞ dolları kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 03.05.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA ******* saylı çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh4 18.05.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 480 saylı 09.09.2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda yaşamış mərhum Cavabdeh4 məxsus olmuş fərdi yaşayış evində hal-hazırda yoldaşı - Cavabdeh1, oğlu - X7 və oğlu - X8 qeydiyyatda olmaqla yaşayırlar. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 10 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh1 oğlunun kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh4 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 04-21 saylı rəydən görünür ki, Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 36000 manat likvid dəyəri isə 30000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 01.03.2021-ci il tarixli 9/194 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka 08.05.2020-ci il tarixə 13441.09 ABŞ dolları əsas kredit borcu, 13533.98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26975.01 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın xərci 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən kredit razılaşması üzrə əsas kredit borcu ekspert rəyində qeyd edilmiş həddə, faiz borcu isə iddia ərizəsində göstərilmiş həddə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 04.03.2014-cü il tarixli kredit razılaşması üzrə 20441.58 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşması üzrə dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 441 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 100 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada 04.03.2014-cü il tarixli kredit razılaşması üzrə 13441.09 ABŞ dolları məbləğində əsas borc, 10939.99 ABŞ dolları məbləğində faiz borcu, 441 ABŞ dolları cərimə borcu olmaqla cəmi 24822.08 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 36000 manat, likvid dəyəri 30000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada 04.03.2014-cü il tarixli kredit razılaşması üzrə 13441.09 ABŞ dolları məbləğində əsas borc, 10939.99 ABŞ dolları məbləğində faiz borcu, 441 ABŞ dolları cərimə borcu olmaqla cəmi 24822.08 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Göyçay şəhəri Vaqif küçəsində xüsusi mülkiyyətdə olan 0.0536 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 91 nömrəli fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat, likvid dəyəri isə 30000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-111/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-111/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver