Məhkəmə qərarları › İş №2(046)-1116/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1116/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1116/2021 07.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində 07 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X2 09.06.1968-ci il tarixdə Rusiya Federasiyasının Lipetsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 14 fevral 1947-ci ildə doğulmuş qardaşı X5 09 iyun 1968-ci il tarixdə Rusiya Federasiyasının Lipetsk şəhərində hərbi xidmətdə olarkən vəfat etmiş və qardaşının meyidi Göyçay rayonunun Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. X1 24 iyun 1992-ci il tarixdə, atası X7 02 mart 2012-ci il tarixdə vəfat etmişlər. Mərhum atasından qeydiyyatda olduğu ünvanda yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə təqdim etmək məqsədi ilə sənədləri hazırlayarkən ona məlum oldu ki, mərhum qardaşı Mehrabın ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda qardaşının ölümünü təsdiq edən sənədi almaq istəyir, lakin qardaşının ölümü Maraqlı şəxsndə qeydə alınmadığı üçün həmin sənədi əldə edə bilmir.Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqından arayışlardan görünür ki, X5 14.02.1947-ci il tarixdə və Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Ataları–X7, anaları-X4r. Məhkəməyə təqdim edilmiş X3 təsdiq edilmiş surətindən və çıxarışdan görünür ki, X7 02.03.2012-ci il tarixdə, X6 isə 24.06.1992-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayonunun Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, X5 1968-ci ilin iyun ayında Rusiya Federasiyasının Lipetsk şəhərində vəfat etmiş və Göyçay rayonu Ərəbcəbirli kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 02.03.2021-ci il tarixli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. X2 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli məktubdan görünür ki, X5 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində heç bir məlumat yoxdur. İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarə X9 RMX-nın X14 Elçin Bilalov tərəfindən 15.03.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay RMX-nın arxivində X2 09.06.1968-ci il tarixdə ölümü haqqında tibbi şəhadətnamə verilibverilməməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum qardaşı 09.06.1968-ci il tarixdə vəfat etmiş X2 ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 09.06.1968-ci il tarixdə Rusiya Federasiyasının Lipetsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X2 09.06.1968-ci il tarixdə Rusiya Federasiyasının Lipetsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar