Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1117/2021 25.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi Sadiq oğlunun iştirakı ilə, qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 25 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sadiq oğlu ərizə ilə məhkəməyə müraciət edərək mərhum X13 atası və mərhum X3 anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Sadiq oğlu ərizəsini müdafiə edərək göstərmişdir ki, mərhum X4 ilə anası X14 24.04.1956-cı il tarixdə Göyçay rayonunda rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. X4 04.03.2004-cü il tarixdə, anası X14 isə 10.10.2012-ci il tarixdə vəfat etmişdir. Göyçay rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə, eləcə də X15, X6 və digərlərinə Göyçay rayon Qızılağac kəndi ərazisində 0.17 ha və 1.10 ha kənd təsərrüfatı təyinatlı torpmaq sahəsi ayrılmış, sözügedən torpaq sahəsinə dair Dövlət Aktı verilmişdir. X1 və anası X2 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edərkən məlum olmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında atası barədə heç bir məlumat, eləcə də ana qrafasında anasının ata adı qeyd edilməmişdir. Maraqlı şəxsnə müraciət edərək, ona məxsus doğum akt qeydində atası və anası barədə məlumatların daxil edilməsini xahiş etsə də, müraciəti təmin olunmamış, bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğum akt qeydində məlum olmayan səbəbdən atasına və anasına aid məlumatlar əks olunmadığından və bu barədə müvafiq sənədlər mövcud olmadığından, vərəsəliklə bağlı məsələlərin həll edilməsi üçün çətinlik yaradır. Buna görə də ərizəsinin təmin olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X7 və X16 göstərmişlər ki, Ərizəçi Sadiq oğlu onların həmkəndlisidir. X5, anası X8r. İş üzrə ərizəçini və şahidləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X12 surətindən görünür ki, X21 ilə X17 24.04.1956-cı il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında çıxarışdan görünür ki, X23 xx.xx.1957ci il tarixdə anadan olmuşdur. Çıxarışda ata haqqında məlumat yoxdur, ana qrafasında Əskərova Həcər qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X10 surətindən görünür ki, X21 04.03.2004-cü il tarixdə və X14 10.10.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, Ərizəçi Göyçay rayon Məlikkənd kənd icra nümayəndəliyi tərəfindən 12.02.1957-ci il tarixdə tərtib edilmiş 24 saylı doğum haqqında akt qeydində ata qrafasının boş olması, ana qrafasındakı anası haqqında məlumatların yəni, anasının ata adının səhv yazıldığına düzəliş edilməsindən imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X28 tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 169 nömrəli arxiv arayışdan görünür ki, Göyçay rayon Qızılağac kəndində yaşayan Ərizəçi atası X21 təsərrüfat başına kitabın 617-ci təsərrüfatında qeydə alınmışlar. Arvadı: X14 oğlu: Ərizəçi, gəlini X9. Təqdim edilmiş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 26.07.1978-ci il tarixdə nikah bağlamışlar. Təqdim edilmiş sübutlardan görünür ki, X21 və X14 Ərizəçi Sadiq oğlunun valideyinləridir. Ərizəçi Sadiq oğlu mərhum X13 və mərhum X3 onun valideyinləri olması faktını başqa qaydada təsdiq edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1: şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 04.03.2004-cü il tarixdə vəfat etmiş X13 Ərizəçi atası, 10.10.2012-ci il tarixdə vəfat etmiş X3 isə anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1117/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1117/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver