Məhkəmə qərarları › İş №2(046)-1118/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1118/2021

16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1118/2021 16.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər X5 və Ərizəçi1 nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X16 və Ərizəçi1 məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə verilmiş 3,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən ümumi- birgə mülkiyyətçilərin sırasında 1 -ci nömrədə X10 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-410 (kod ********) saylı dövlət aktının mərhum X17 məxsus olması, ümumi- birgə mülkiyyətçilərin sırasında 2-cı nömrədə X2 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-410 (kod ********) saylı dövlət aktının mərhum X18 məxsus olması, ümumi-birgə mülkiyyətçilərin sırasında 3-cü nömrədə X11 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-410 (kod ********) saylı dövlət aktının mərhum X19 məxsus olması, ümumi-birgə mülkiyyətçilərin sırasında 4-cü nömrədə X20 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-410 (kod ********) saylı dövlət aktının Ərizəçi1 məxsus olması və ümumi-birgə mülkiyyətçilərin sırasında 6-cı nömrədə X6 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-410 (kod ********) saylı dövlət aktının Kərimova (Xəlilzadə) Pərvin Zülfüqar qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər X5 və Ərizəçi1 nümayəndəsi (oğlu) Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahatı Komissiyasının 08 dekabr 1997-ci il tarixli 07 saylı qərarına bizə, Nümayəndə, mərhumlar X21, X7 və X22 Göyçay rayonunun Mallı Şıxlı kəndində 3,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququmuzu yenidən qeydiyyata aldırmaq istəyərkən bizə məlum oldu ki, X12 adı Hümbət, X13 ata adı Mirkərim qızı, X14 ata adı Hümbət, Ərizəçi1 adı Gülnarə, ata adı Cəlal qızı, X8 adı X1 yazılmışdır.Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi 11 may 2020-ci il tarixli **********37 saylı məktubla texniki səhvin aradan qaldırılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.Göyçay rayonunun Mallı Şıxlı kəndində yerləşən 3,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən torpağa mülkiyyət hüququna dair JN-410 saylı dövlət aktında texniki səhv olaraq X10, X2, X11, X20, X6 adına qeydə alınmış torpaq sahəsinin müvafiq olaraq X12, X13, X14, Ərizəçi1 və X8 mülkiyyətində olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyim üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X26 təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X34 12.11.1988-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X27 təsdiq edilmiş surətlərindən görünür ki, X28 01.01.1996-cı il tarixdə anadan olmuşdur. X3, anası X24r. Məhkəməyə təqdim edilmiş X27 təsdiq edilmiş surətlərindən görünür ki, X34 xx.xx.1968-ci il tarixdə anada olmuşdur. Məhkəməyə təqdim edilmiş X27 təsdiq edilmiş surətlərindən görünür ki, X25 xx.xx.1992-ci il tarixdə anadan olmuşlar. X4, anası X30r. Məhkəməyə təqdim edilmiş X15 təsdiq edilmiş surətindən görünür ki, X31 27.03.2016-cı il tarixdə, X28 23.10.2012-ci il tarixdə və X32 02.01.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş X26 təsdiq edilmiş surətindən görünür ki, X33 ilə X25 ilə 22.07.2014-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-410 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08.12.1997-ci il tarixli qərarı ilə Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.17 ha torpaq sahəsi X10, X7, X11, X20, X9 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən 11.05.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, JN- 410 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan hüquq sübyektlərinin adlı siyahısında buraxılmış texniki səhvin düzədilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ərizəsi təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-410 saylı dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və ərizəçilərin mərhum ailə üzvləri olan X17, X18, X19 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-410 saylı Dövlət Aktının mülkiyyətçilər siyahısında X10, X7, X11, X20, X9 adları qeyd edilmiş dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və ərizəçilərin mərhum ailə üzvləri olan X17, X18, X19 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar