Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1123/2021 29.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 29 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏYYƏN ET Dİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 07.07.1973-cü il tarixdə Göyçay rayonunda anadan olması, doğum qeydində soyadının Həmidova, adının Şövkət, ata adının X4, ana adının X5, milliyətinin Azrəbaycanlı olaraq qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi1 məhkəmə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi2 ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, arvadı Ərizəçi1 07.07.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş və doğum haqqında şəhadətnamə də həmin rayonun qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsinin alınması məsələsinin həlli üçün müvafiq qurumlara, o cümlədən Maraqlı şəxsnə müraciət etmişəm. Lakin Maraqlı şəxs tərəfindən verilən 04.03.2021-ci il tarixli, 05/11-184 nömrəli müraciətə cavab məktubunda bildirilmişdir ki, arxiv məlumatları 1970-1976-cı illər üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydinin qeydə alınması üçün valideynlər nikah haqqında şəhadətnamə, şəxsiyyətlərini təsdiq edən sənəd və doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə qeydiyyat şöbəsinə müraciət etmələri göstərilmişdir. Lakin qeydiyyat şöbəsinə kifayət qədər əsaslı sübutlar təqdim edə bilmədiyimdən və tələb Maraqlı şəxsndə həll edilə bilmədiyindən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, Ərizəçi1 şəxsiyyət vəsiqəsi olmadığından və məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəyə bilmədiyindən, məhkəməyə ərizə ilə müraciət edərkən onun əvəzinə rüsumu rəsmi nikahda olan Ərizəçi2 tərəfindən ödənilmişdir. Məhkəmə bu halı nəzərə alaraq hesab edir ki, Ərizəçi2 hazırki tələb üzrə subyektiv hüququ olmadığından onun tələbi təmin edilə bilməz. İş üzrə maraqlı tərəf olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Ərizəçi1 ərizə əsaslı olduğundan təmin olunmalıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X1 qeyd edilmişdir. Nikah Haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 07.07.1993-ci il tarixdə nikah bağlamışlar. Maraqlı şəxs tərəfindən verilmiş 04.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, 1970-1976-cı illər üzrə Ərizəçi1 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş Ərizəçi1 Azərbycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Göyçay rayon Yeniarx kənd İnzibati Ərazi Nümayəndəliyinin 22.02.2021-ci il tarixli 73 saylı qərarından görünür ki, X2 07.07.1973-cü il tarixdə anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi1 doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi1 ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: Ərizə təmin edilsin. Ərizəçi1 07.07.1973-cı il tarixdə Göyçay rayonunda doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə 07.07.1973-cü il tarixdə anadan olmuş Ərizəçi1 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin 07.07.1973-cü il, soyadının Həmidova, adının Şövkət, ata adının Həmid, atasının X4, anasının X5, milliyətinin Azərbaycanlı kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1123/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1123/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver