Məhkəmə qərarları › İş №2(046)-1128/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1128/2021

03.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1128/2021 03.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Yaşar qızının iştirakı ilə, Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 03 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Yaşar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Yaşar qızı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 08.01.2016-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan 31.10.2016-cü il tarixdə X3 və 21.02.2019-cu il tarixdə X2 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-136/2021 saylı 12.02.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş azyaşlı uşaqlarının saxlanması üçün aliment tutulur. Hazırda valideyinlərimin evində yaşayır. Eşqinlə evlilik dövründə Göyçay rayonu Bəydövül kəndində yerləşən torpaq sahəsində 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Hesab edir ki, azyaşlı uşaqları ilə həmin evə köçüb yaşamaq hüququ vardır.Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(046)-136/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Yaşar qızı ilə Cavabdeh arasında 31.10.2016-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş iki uşaqları İddiaçı Yaşar qızının yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş X1 surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 31.10.2016-cü il tarixdə X3 və 21.02.2019-cu il tarixdə X2 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Bəydövül kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Göyçay rayon Bəydövül kənd sakini Cavabdeh adına Bəydövül kəndində fərdi yaşayış evi yoxdur. İş üzrə iddiaçını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Yaşar qızı Cavabdeh ilə 08.01.2016-cı il tarixdə nikah bağlamışlar, Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı Göyçay rayon Bəydövül kəndində yerləşən Cavabdeh ilə birgə nikah dövründə bir otaqlı fərdi yaşayış evinin inşa etdirdiklərini iddia edir və həmin fərdi yaşayış evinə azyaşlı uşaqları ilə köçürülüməsini tələb edir. Lakin Göyçay rayonu Bəydövül kəndində yerləşən onlar tərəfindən birgə nikah dövründə bir otaqlı fərdi yaşayış evi inşa etdiklərinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələb üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Yaşar qızının Cavabdeh qarşı Göyçay rayonu Bəydövül kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı uşaqları köçürülməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar