Məhkəmə qərarları › İş №2(046)-114/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-114/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-114/2025 31.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 10 iyun 1976-cı il tarixdə Göyçay şəhərində doğulmuş X18 ilə onun 23 avqust 1993-cü il tarixdə Yevlax rayon İHB-nin Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın qeyd edilmə faktının müəyyən olunması və ona yeni nikah şəhadətnaməsinin verilməsinin Maraqlı şəxsnə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1975-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olmuşdur. 23 avqust 1993-cü il tarixdə Göyçay şəhər sakini X18 ilə Yevlax rayonu Havarlı kənd sovetində nikah qeyd etdirməklə ailə quraraq Göyçay şəhərinə köçmüşdür. Birgə nikahından 3 uşaqları doğulmuşdur və onların doğumu Maraqlı şəxsndə qeydə alınmışdır. X2 04 avqust 2021 -ci il tarixdə vəfat etmişdir. Hazırda kiçik oğlu, 20 aprel 2004-cü il tarixdə doğulmuş X1 peşə məktəbində təhsil alır. Ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün sənədləri hazırlayarkən nikah haqqında şəhadətnaməni aşkar edə bilməmişdir və təkrarını almaq üçün Yevlax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Yevlax rayon Qeydiyyat Şöbəsində mərhumun yoldaşı nikah akt qeydini aşkar edə bilmədilər. Halbuki onların nikahı qeydə alınmışdır və uşaqların doğumu qeydə alınarkən onlar nikah haqqında şəhadətnaməni Maraqlı şəxsnə təqdim etdilər. Nikah haqqında akt qeydin bərpası üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona bildirdilər ki, nikah haqqında akt qeydin bərpası üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək əlavə olaraq bildirdi ki, toy mərasimi zamanı Havarlı kənd sovetinin əməkdaşı onların nikahını evdə bağlamış və nikahın qeydiyyata alındığını bildirmişdir. Lakin sonra məlum oldu ki, o nikahı qeydə almamış, hazırda həmin əməkdaş vəfat etdiyindən başqa cür nikahın bağlandığını sübut edə bilməmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, Ərizəçi qardaşının yoldaşıdır. X21 Ərizəçi arasında nikah 1993-cü ildə Yevlax rayonun Marzılı kəndində bağlanmışdır. Bundan sonra qardaşı Zaur Xəlilov üçün Yevlaxın rayonun Marzılı kəndindən ərizəçini gəlin gətirmişlər. Həmin vaxt onun yaşı 15-16 arası olmuşdur. Yadındadır ki, nikah toy mərasimi zamanı evlərində bağlanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərdi ki, Ərizəçi gəlinidir. Qız toyu Yevlax rayonun Marzılı kəndində oğlan toyu isə Göyçay rayonunda olmuşdur. X6 ilə Ərizəçi arasında nikah Yevlax rayonun Havarlı kənd sovetində bağlanmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş İİİ-ЖГ № 281647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Yevlax rayonunda doğulmuş, atası Miriş Bayramov, anası Sürayə Bayramovadır. İV-ЖГ № 335958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1976-cı il tarixdə Göyçay rayonunda doğulmuş, atası X4, anası X5r. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X15 xx.xx.1994-cü ildə Göyçay şəhərində, X19 xx.xx.1997-ci ildə Göyçay şəhərində və X13 xx.xx.2004-cü il tarixdə Göyçay şəhərində doğulmuş, ataları X18, anaları X9r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 04 avqust 2021-ci ildə Göyçay şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Peşə Məktəbin 27 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, X1 Peşə Məktəbində fəaliyyət göstərən 90706424 saylı “Rəngsaz və suvaq ustası” qrupunda təhsil alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.029974 ha torpaq sahəsi X4, X18, X14, X10, X7, X3 ümumi birgə mülkiyyətindədir. Maraqlı şəxs 20 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, nikah haqqında akt qeydinin bərpası ilə əlaqədar Maraqlı şəxsnə lazimi sənədləri təqdim edə bilmədiyinə görə nikah haqqında akt qeydinin bərpa edilməsi Qeydiyyat şöbəsində mümükün olmamışdır. Bu səbəbdən ərizəçiyə nikah haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X18 və xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə müvafiq olaraq cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə siyasətinin məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi və onun əsas funksiyalarının realizə eldilməsi üçün zəruri şəraitin təmin edilməsindən ibarətdir. Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissəsələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsində təsbit olunmuş mühüm prinsipə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.5. Məhkəmələrə izah olunur ki, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Ərizəçi ərizəsində X18 ilə Yevlax rayonu Havarlı kənd sovetində nikahın qeydə alındığını bildirsə də, məhkəmə iclasında nikahı bağlayan şəxsin səhvi nəticəsində nikahının qeydə alınmadığını, hazırda həmin əməkdaş vəfat etdiyindən başqa cür nikahın bağlandığını sübut edə bilmədiyini göstərmişdir. Eyni zamanda məhkəmə iclasında şahidlərin verdikləri fadələr arasında zidiyyət aşkar edimiş, belə ki, onlar nikahın bağlandığı yeri fərqli göstərmişlər. Məhkəmənin sorğusuna əsasən Yevlax rayon Qeydiyyat Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1976-cı il təvəllüdlü X18 və xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilmədiyi qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktının qeydə alındığını, sadəcə həmin qeydin itməsi nəticəsində bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd və digər sübütlar təqdim olunmadığından, Ərizəçi ilə vəfat etmiş X11 nikahının qeyd edilmə faktının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi - 10 iyun 1976-cı il tarixdə Göyçay şəhərində doğulmuş X18 ilə onun 23 avqust 1993-cü il tarixdə Yevlax rayon İHB-nin Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın qeyd edilmə faktının müəyyən olunması və ona yeni nikah şəhadətnaməsinin verilməsinin Maraqlı şəxsnə həvalə olunmasına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizəçi 10 iyun 1976-cı il tarixdə Göyçay şəhərində doğulmuş X18 ilə onun 23 avqust 1993-cü il tarixdə Yevlax rayon İHB-nin Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın qeyd edilmə faktının müəyyən olunması və ona yeni nikah şəhadətnaməsinin verilməsinin Maraqlı şəxsnə həvalə olunmasına dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar