Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1145/2024 03.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova (Rasulova) Aygün Qara qızına, Cavabdeh11, Əhmədova (Məmmədova) Əminə Qara qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Əhmədova (Məmmədova) Vüsalə Rasim qızına qarşı mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsinə dair mülkiiyət hüquqlarının keçirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ünvan 1 ünvanda yerləşən 515,46 m2 torpaq sahəsinə dair X2, Cavabdeh1, Cavabdeh2, Əhmədova (Rasulova) Aygün Qara qızının, Cavabdeh11, Əhmədova (Məmmədova) Əminə Qara qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Əhmədova (Məmmədova) Vüsalə Rasim qızının mülkiyyət hüquqlarına xitam verilməsini və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ona keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum X4 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 79,2 m2 fərdi yaşayış evini xx.xx.2006-cı il tarixdə alğısatqı müqaviləsi əsasında ona satmışdır. Sözügedən alqı-satqı müqaviləsi bağlanarkən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığından torpaq sahəsini adına rəsmiləşdirmək olmamışdır. Bağlanmış alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə göstərilmişdir. Bir neçə ay öncə sözügedən evin yerləşdiyi torpaq sahəsinin ona satılması üçün tərəfindən Göyçay Bələdiyyəsinə müraciət edilmişdir. Müraciəti əsasında Göyçay Bələdiyyəsi müvafiq sənədləşdirilmənin aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət əsasında məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən 0,01156 ha torpaq sahəsinin 515,46 m2 hissəsi Göyçay rayon X15 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə X2, Cavabdeh1, Cavabdeh2, Əhmədova (Rəsulova) Aygün Qara qızının, Cavabdeh11, Əhmədova (Məmmədova) Əminə Qara qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Əhmədova (Məmmədova) Vüsalə Rasim qızının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. Bu səbəbdən 0,01156 ha torpaq sahəsinin 515,46 m2 hissəsinin ona satılmasından imtina edilmişdir. İşin hallarından göründüyü kimi alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 515,46 m2 hissəsinin cavabdehlərin xüsusi mülkiyyətində olmasından yuxarıda qeyd etdiyi kimi bir neçə ay öncə Göyçay Bələdiyyəsinə müraciət etdikdən sonra ona məlum olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Əhmədova (Rasulova) Aygün Qara qızına, Cavabdeh11, Əhmədova (Məmmədova) Əminə Qara qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Əhmədova (Məmmədova) Vüsalə Rasim qızına qeydiyyatda olduqları ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçmələri səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova (Rasulova) Aygün Qara qızı, Əhmədova (Məmmədova) Əminə Qara qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Əhmədova (Məmmədova) Vüsalə Rasim qızı və Cavabdeh11 ərizə verərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79,2 kv.metr yaşayış evini və 515,46 m2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsinə razı olduqlarını bildirib,həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Natəvan küçəsi 94 nömrəli ünvanda yerlşən yaşayış evini 27600 manata alıcı İddiaçı satmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Natəvan küçəsi, ev 94 mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.Torpaq sahəsinin ölçüsü 0,01156 ha,mülkiyyət növü Bələdiyyə,torpaq sahəsi üzərində hüququn növü istifadə qeyd edilmişdir. İşə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki,torpaq sahəsinin planı və ölçüsü X3 adına Göyçay rayon X8 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə Göyçay şəhəri 515,46 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş,X25 kitabında 20 dekabr 2010-cu ildə 1190 nömrə ilə uçota alınmış,ailə üzvləri Cavabdeh1,Cavabdeh2,X19,Cavabdeh11,X20,Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X18 göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X21, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh7, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1975-ci il təvvəllüdlü Cavabdeh4, xx.xx.1987ci il təvəllüdlü Cavabdeh8 Göyçay şəhəri, Natəvan küçəsi, ev 94-də qeydiyyatdadırlar. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Sirac oğlu mərhum X2 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən 79,2 kv m. fərdi yaşayış evini alq-satqı müqaviləsi əsasında almışdır. Bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı Sirac oğlunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman məlum olmuşdur ki, fərdin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mərhum X2 və ailə üzvlərinin adına işlənmiş plan və ölçü sənədi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı Sirac oğlunun alqı satqı əsasında fərdi yaşayış evinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb və çıxarışın verilməsi zamanı vətəndaşa torpağa dair mülkiyyətçinin X2 adının qeyd edilməsi bildirilmişdir. Lakin vətəndaş etiraz etdiyindən mülkiyyət növü bələdiyyə olmaqla istifadə hüququ verilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfində tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqlarının dövlət qeydiyyatı ilə mübahisələr məhkəmə qaydasında həll edir. Azərbaycan Respublikası Torpaq məcəlləsinin103-cü maddəsinə əsasən torpaq mübahisləri öz səlahiyyətləri daxilində müvafiq İcra hakimiyyəti orqanları bələdiyyələr və məhkəmələr tərəfindən həll olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlana sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyesrtindən çıxarışla rəsmiləşdirilir. İşə əlavə edilmiş ərizələrdən görünür ki, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 3 ünvanda yerlşən ümumi sahəsi 79.2 kvm yaşayış evini və 515,46 kv.m torpaq sahəsini 1 mart 2006-cı il tarixi alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışlar. ünvan 3 ünvanda yerlşən ümumi sahəsi 79.2 kvm yaşayış evini və 515,46 kv.m torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsinə razıdırlar ,etirazları yoxdur, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsini xahiş edirlər. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki,X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə torpaq sahəsi dedikdə, X25nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 12-ci abzasına görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilə bilər. Həmin məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 88-ci maddəsinin 1-ci bəndinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin Məcəllənin 88-ci maddəsinin 3-cü bəndinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası,Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası,rayon və yerli aqrar islahat komissiyaları aparır.Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsinə görə islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər,qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsinə görə qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır,torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdehlər tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə çatdırır ki,torpaq islahatının həyata keçirilməsini təmin edən Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında verilən qeydiyyat vəsiqəsi daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsaslarından biri kimi çıxış edir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X4 özünə məxsus ünvan 1 ünvanda yerləşən 79,2 m2 fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı satmışdır.Yaşayış evinin yerləşdiyi sahəsi 515,46 kv.metr torpaq sahəsi X9 14 may 1999-cu il tarixli qərarı ilə X5 və onun ailə üzvlərinə verilmiş,bu barədə torpaq sahəsiinin planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə nəzərə alır ki, mərhum X3 və onun ailə üzvlərinin ünvan 1 fərdi yaşayış evinin yerləşdiyi sahəsi 515,46 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş,mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da,həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqlarının real gözləntisi vardır. Bununla yanaşı məhkəmə hesab edir ki, ünvan 1 fərdi yaşayış evi üzərində olan mərhum X3 mülkiyyət hüququ əldə edən İddiaçı keçdiyindən və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparıldığından,evin yerləşdiyi torpaq sahəsi üzərində olan hüquqlar (mülkiyyət hüququ) da İddiaçı keçmiş hesab olunmalı,X4 və cavabdehlərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməli,həmin torpaq sahəsinə hüquqlar yaşayış evini əldə edən iddiaçıya keçməli,bununla da iddia təmin olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən həmçinin cavabdehlərin iddianı yazılı etiraf etmələrini qanuna zidd və ya hər hansı bir şəxsin qanunla qorunan mənafeyini pozmamasını nəzərə almış, cavabdehlərin iddianı etiraf etmələrini qəbul etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh11, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X7 alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 515,46 kvm torpaq sahəsinə dair X2, Cavabdeh1, Cavabdeh2, X16, Cavabdeh11, X17, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X10 mülkiyyət hüquqlarına xitam verilsin. ünvan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi 515,46 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı keçirilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh11, X14, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X7 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1145/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1145/2024
03.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver