Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1146/2021 17.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.62 ha torpaq sahəsinin cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qayatılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş iddiaçıların ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1146/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1146/2021
17.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver