Məhkəmə qərarları › İş №2(046)-1147/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1147/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1147/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Göyçay rayonunun Potu Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə 06 may 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Göyçay rayonunun Potu Bələdiyyəsinin sədri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilərək çəpərlənmiş örüş sahəsinin boşaldılaraq Göyçay rayonunun Potu Bələdiyyəsinin mülkiyyətinə qaytarılması və qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Göyçay rayonunun Potu Bələdiyyəsinin sədri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Göyçay rayonunun Potu Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar