Məhkəmə qərarları › İş №2(046)-1161/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1161/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1161/2024 12.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı İB-in Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 572 manat dəymiş ziyanın ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianı təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 26 dekabr 2023cü il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyça rayonunun Bəydövül kəndinin ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil ‘Azəriqaz” İB-nin X3 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarında olan D-108 mm-lik orta təyziqli qaz kəmərlərini qırmışdır. Hadisə nəticəsində avtomobil Göyçay rayonunun Bəydövül kəndini təbii qazla təmin edən 108 mm-lik orta təyziqli qaz xəttini vuraraq dayaqların üzərindən salaraq qırmışdır. Xəttin qırılması nəticəsində təxminən 40 dəqiqə ərzində təbii qaz itkisi baş vermişdir. Həmin hadisə zamanı İddiaçı Ağsu X2 İdarəsinə 572 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 30 dekabr 2023-cü il tarixli, 14-2-2-12/2-1136/2023 nömrəli məktubla Göyçay rayon Polis şöbəsinə müraciət edilmişdir. Göyçay rayon Polis şöbəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli, 3-13-76/2-2419/24 nömrəli məktubla baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş 11 yanvar 2024-cü il tarixli qərarın surəti Ağsu X2 İdarəsinə təqdim edilmişdir.Qərarda qəza nəticəsində qaz borusuna doğrudan da maddi ziyanın dəydiyi öz əksini tapmışdır. Bundan başqa 12 fevral 2024-cü il tarixli, 14-2-2-12/2- 940/2024 nömrəli məktubla İddiaçı Ağsu RQİİ-nə dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, keçən müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir əməli addım atılmamışdır. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Göyçay RPŞ-nin DYPB-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X3 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 572 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 26 dekabr 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyça rayonunun Bəydövül kəndinin ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil ‘Azəriqaz” İB-nin X3 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarında olan D-108 mm-lik orta təyziqli qaz kəmərlərini qırmışdır. Hadisə nəticəsində avtomobil Göyçay rayonunun Bəydövül kəndini təbii qazla təmin edən 108 mm-lik orta təyziqli qaz xəttini vuraraq dayaqların üzərindən salaraq qırmışdır. Xəttin qırılması nəticəsində təxminən 40 dəqiqə ərzində təbii qaz itkisi baş vermişdir. Həmin hadisə zamanı İddiaçı Ağsu X2 İdarəsinə 572 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 572 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2.-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 572 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 572 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-ə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar