Məhkəmə qərarları › İş №2(046)-1165/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1165/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1165/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon JN-206F saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 adına yazılmış qeydin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (anası) Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN- 206F şəhadətnaməyə əsasən ərizəçiyə və ailə üzvlərinə torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə ərizəçin adı səhv yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ərizəçəyə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçininin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-206F saylı şəhadətnamədən surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 07.05.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0.21 ha torpaq sahəsi X2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-206F saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı səhvən “X3” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və onun ailə üzvlərinin adına verilmiş JN-206F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-206F saylı şəhadətnamənin mülkiyyətçilər siyahısının 5-ci bəndində X2 adı qeyd edilmiş şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar