Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-117/2021 14.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 830 manat icarə haqqının, 4905 manat avtomobilə dəymiş ziyanın, 500 manat vəkilə ödənilmiş xidmət haqının və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət huququ əsasında İddiaçı məxsusdur. İddiaçı həmin avtomobili tam saz şəkildə Cavabdeh icarəyə vermişdir. Tərəflər arasında olan razılaşmaya əsasən, icarə haqqı 500 manat müəyyən edilmiş və hər ayın 3-də ödənilməli idi. Razılaşmaya görə 22000 ( iyirmi iki min) manat ödədikdən sonra avtomobil Cavabdeh mülkiyyətinə keçməli, lakin cavabdeh icarə haqqını ödəməyəcəyi təqdirdə isə avtomobil geri qaytarılmalı idi. Cavabdeh tərəflər arasında olan razılaşmanın şərtlərini pozaraq 2019-cu ilin dekabrında 330 manat, 2020-ci ilin mart ayı üçün isə 500 manat icarə haqqını iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən pul ödənildikdə bu barədə iddiaçıda olan kitabçada cavabdeh müvafiq qeydlər aparılmışdır. Bundan sonra avtomobili cavabdehdən geri götürülmüş və bu zaman məlum olmuşdur ki, avtomobildə cavabdeh tərəfindən ciddi qüsurlar yaradılıb. Cavabdeh tərəf yuxarıda qeyd olunan pulları ödəmədiyi üçün iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı notariat ofisində etibarnamə ləğv edilmişdir. Bəylərli avtoservis avtomobilə dəymiş ziyan haqqında arayışa əsasən, ** SX *** dövlət qeydiyyatlı maşının ayrı-ayrı hissələrinə aşağıdakı ziyanlar vurulmuşdur: 1) evakuator-50 manat, 2) texpasport(zaloq)- 50 manat, 5) usta (motor yığan)-400 manat, 4) germetik- 40 manat, 5) motor-1800 manat, 6) taksi-10 manat Oyağport,- 25 manat, 8) Potşipnik vıjumnoy-40 manat, 9) usta-40 manat. 10) gidro yağı-10 manat 1) motor yağı + fdter- 80 manat, 12) akkumlyator- 120 manat, 13) salnik 16 ədəd- 120 manat, 14 filter(rulavoyq- şaravoy)- 20 manat, 15) qazan(yağı)- 120 manat, 16) stok stepleniya( təzə uzun) 200 manat, 17. dəmirçi-800 manat, 18 malyar 700 manat, 19. buffer təmiri 100 manat, 20 təzə texniki passport TAN-400 manat cəmi 4905 manat ziyan vurulmuşdur. Bundan başqa iddiaçı hüquqi yardıma görə 500 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı X2 1000 manat ilkin ödəniş edərək X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, hər ay 500 manat olmaqla 7 ay pul ödəmişdir. Avtomobil nasaz olduğundan qəza baş vermiş, avtomobili iddiaçıya qaytarmışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı X1 mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı X3 mülkiyyətində olan X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ayın 3-ü 500 manat ödəmək şərti ilə Cavabdeh icarəyə vermiş, Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyi təqdirdə avtomobili geri qaytaracağına dair razılaşmışlar. Məhkəməyə təqdim edilmiş Nəqliyyat vasitələrinin istifadə edilmə haqqında etibarnamədən görünür ki, iddiaçı X3 mülkiyyətində olan X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli Bəylərli avtoservis tərəfindən tərtib edilmiş arayışdan görünür ki, X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4905 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının 9/5160 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, “Bəylərli” avtoservisin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Kia Rio” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3475,0 manat müəyyən edilir.Aparılmış tədqiqatın xərci 100 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı ekspert rəyini mübahisələndirməmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzdən görünür ki, X3 hüquqi xidmət üçün 6 saylı Vəkil Bürosunun hesabına 500 manat xidmət haqqı ödəmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə icarə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı X3 mülkiyyətində olan X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 500 manat ödəmək şərti ilə icarəyə vermiş, cavabdeh müqavilədən gələn öhdəlikləri lazımınca yerinə yetirməmiş, 8 ay avtombili istifadə etmiş, 6 ay 500 manat, 1 ay 170 manat ödəniş etmişdir. Cavabdeh iddiaçı X2 məxsus X5 markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili istismar edərək avtomobilə 3475 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışı zamanı Cavabdeh müqavilə üzrə ilkin olaraq 1000 manat pulun cavabdeh X2 ödədiyi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu, hüqularının müdafiəsi üçün 500 manat vəkilə xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 500 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat ekspertiza xərci cavabdeh Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 iddiası qismən təmin edilməli, Cavabdeh 830 manat icarə haqqı, 3475 manat avtomobilə dəymiş ziyanın, 500 manat vəkilə ödənilmiş xidmət haqının və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 830 manat icarə haqqı, 3475 manat avtomobilə dəymiş ziyanın, 500 manat vəkilə ödənilmiş xidmət haqı və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şək Apellyasiya Məhkəməsinə Apellyasiya şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-117/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-117/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver