Məhkəmə qərarları › İş №2(046)-1170/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1170/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1170/2020 23.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi və dəymiş zərərin əvəzinin qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 460 manat borcun və 650 manat dəymiş zərərin əvəzi alınaraq iddiaçının hesabına ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi "İddiaçı" MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanaraq, HYUNDAİ SOLARİS markalı **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək İcarəyə verilmiş və 460 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh tərəfindən İcarə müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməmiş, 14 gün ərzində icarə haqqını təşkil edən 560 manat vəsaitdən 100 manatını ödəmiş, 460 manat icarə haqqı borclu qalmışdır. Eləcə də HYUNDAİ SOLARİS markalı **- VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini istismara yararsız hala salmaqla, 650 manat dəyərində ziyan vurmuşdur. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, "İddiaçı" MMC tərəfindən xx.xx.2020-ci il saat 21:00-dan xx.xx.2020-ci il saat 21:00-dək bir günü 40 manat ödəmək şərtilə HYUNDAİ SOLARİS markalı **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh kirayə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, HYUNDAİ SOLARİS markalı **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il saat 21:00-dək Cavabdeh təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, HYUNDAİ SOLARİS markalı **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 650 manat dəyərində ziyan dəymişdir. Təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, Cavabdeh iddiaçı ilə bağladığı icarə müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, icarəyə götürdüyü avtomobilin icarə haqqını nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamış, eləcə də Cavabdeh idarə etdiyi HYUNDAİ SOLARİS markalı **-VA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini yararsız hala salaraq nəqliyyat vasitəsinə 650 manat məbləğində ziyan vurmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş borcu və avtomobilə dəymiş ziyanı cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı cavabdehdən dövlət rüsumunun tutulmasını tələb etmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 460 manat borcun və 650 manat dəymiş zərərin əvəzi alınaraq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 460 manat borcu və 650 manat dəymiş zərərin əvəzi alınaraq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar