Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1172/2023 05.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduğu Göyçay şəhəri Z.Bünyadov küçəsi, 33 saylı evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müracət edərək, Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair hissədə iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hazırda Cavabdeh1 ilə mübahisəni barışıq sazişi ilə məhkəmədən kənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən onlar aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər. 1. Tərəflər İddiaçı azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı Cavabdeh1 yaşadığı evə daimi köçürülməyinə razılığa gəlirlər. 2.Cavabdeh1 İddiaçı azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı onun yaşadığı evə daimi köçürülərək yaşayışlarına və İddiaçı ilə birlikdə mətbəxtdən, sanitar qovşaqlardan bərabər istifadə edəcəklərinə təminat verir. 3. İddiaçı Cavabdeh1 götürdüyü öhdəliyi qəbul edərək, azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı evə köçürülüb yaşamağa razıdır.4. Sazişdə qeyd edilən şərtlərin icra müddəti üçün 10 gün vaxt müəyyən edilir.Odur ki, barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki,İddiaçı ilə barışıq sazişi bağlamışlar,barışıq sazişini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq , qərara aldı: Hazırki iş üzrə İddiaçı ilə Cavabdeh1 təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin:
1. Tərəflər İddiaçı azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı Cavabdeh1 yaşadığı evə daimi köçürülməyinə razılığa gəlirlər.
2. Cavabdeh1 İddiaçı azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı onun yaşadığı evə daimi köçürülərək yaşayışlarına və İddiaçı ilə birlikdə mətbəxtdən, sanitar qovşaqlardan bərabər istifadə edəcəklərinə təminat verir.
3. İddiaçı Cavabdeh1 götürdüyü öhdəliyi qəbul edərək, azyaşlı oğlu X1 ilə birlikdə daimi qeydiyyatda olduqları Göyçay şəhəri Z.Bünyadov küçəsi 33 saylı evə köçürülüb yaşamağa razıdır.
4. Sazişdə qeyd edilən şərtlərin icra müddəti üçün 10 gün vaxt müəyyən edilir. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov