Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1175/2021 16.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1300 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, X2 11 yanvar 2013-cü il tarixdə idarə etdiyi "xxxx" Sığorta Şirkətində icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış (PAX **********) “Mercedes Benz E220” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək, Cavabdeh (X3) etibarnamə əsasında idarə etdiyi və İddiaçı Sığorta Şirkəti ASC-də fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi əsasında sığortalanmış “VAZ 21154” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilmiş yol nəqliyyat hadisəsi nəticəsində 23.01.13 tarixli zərərin qiymətləndirilməsi barədə akta əsasən “VAZ 21154” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə 1650 AZN zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X1 təqsirli olması AR DİN BDYPİ-nin 11.03.2013-ci il İnzibati xəta haqqında Protokolunda əks olunmuşdur. “VAZ 21154” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh (X3) icbari sığortaçısı olaraq "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 238 saylı kassa məxaric orderinə əsasən 25 yanvar 2013-cii ildə 1626 AZN, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 0420 saylı kassa məxaric orderinə əsasən 29 yanvar 2013-cü il tarixində 350 AZN azadolma məbləği çıxılmaqla 1300 AZN ödəniş edilmişdir. Əlavə olaraq qeyd edək ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş 26.01.2021-ci il tarixli rəsmi məktuba əsasən “Mercedes Benz E 220” markalı ** VM *** dövlət qeydiyyat n i işan 11 avtomobilə aid “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə zərərçəkmiş kimi VAZ 21154 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 1626 AZN sığorta ödənişinin verilməsi təsdiq olunmuşdur. Qeyd olunanlardan görünür ki, zərərçəkən Cavabdeh (X3) idarə etdiyi “VAZ 21 154” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə təkrar ödəniş almışdır, belə ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödəniş edildikdən sonra eyni yol nəqliyyat hadisəsinə görə eyni əsaslarla İddiaçı Sığorta Şirkəti ASC-dən də ödəniş alınmışdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 25.01.2013-cü il tarixli MİP-110471-B33 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 21154 markalı **-MS- *** dövlət nömrə nişanlı avtomobilə 1650 manat maddi ziyan dəymiş, 350 manat azadolma məbləği çıxıldıqdan sonra 1300 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 19.01.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, MİP-110471-B33 saylı sığorta aktına əsasən 1300 manat məbləğində sığorta ödənişi Cavabdeh ödənilmişdir. Məhkəməyə təqdim edilmiş AXA MBASK Sığorta Şirkəti ASC tərəfindən 26.01.2021-ci il tarixdə Atəşgah Sığorta Şirkətinə ünvanlanmış məktubdan görünür ki, 11.01.2013-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Mercedes Benz E 220 markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə aid "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə zərərçəkmiş kimi VAZ 21154 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə AXA MBASK SŞ ASC tərəfindən 1626 (bir min altı yüz iyirmi altı) manat sığorta ödənişi verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş adın,ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3, adın, soyadın Cavabdeh kimi dəyişdirmişdir. Sadalananlardan görünür ki, sığorta olunmuş Cavabdeh 11.01.2013-cü il tarixdə baş vermiş yol nəqliyyyat hadisəsinə görə AXA MBASK Sığorta Şirkəti ASC-dən 1626 manat, Atəşgah Sığorta Şirkəti ASC-dən 1300 manat sığorta ödənişi almışdır. Hazırda iddiaçı Atəşgah Sığorta Şirkəti ASC bu halı cavabdehin əsassız varlanması kimi qiymətləndirir və ödənilmiş 1300 manat sığorta ödənişini geri tələb edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasən və ya soııralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.2-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi isə əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görədə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləki, iş materiallarında olan pretenziya məktubları ilə cavabdehin iddiaçıya olan borcunun geri qaytarılması barədə müvafiq qaydada məlumat verilmişdir. Həmin Məcəllənin 933.1.2-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd mövcud olduğu halda həyata keçirilir. İş materiallarında olan müvafiq sənədlər zərərçəkənin sığorta ödənişinin tələb edilməsinə və iddiaçıya sığorta ödənişinin həyata keçirilməsini tələb etmək üçün əsas vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Atəşgah» Sığorta Şirkəti ASC-nin iddiası təmin edilməli, 1300 manat məbləğində vəsait Cavabdeh iddiaçı Atəşgah» Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul və 0.40 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 manat məbləğində vəsait, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. Qətnamənin icrası Cavabdeh yaşaşdığı ərazi üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1175/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1175/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver