Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1184/2022 02.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Həbillahova (Əzizova) Zərnişan Həmid qızı ilə qohum olmağım, yəni sonuncunun qardaşı mərhum X10 nəvəsi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə Göyçay rayonu Qaraxıdır kəndi ərazisindən X32, Səlimova Şəfa qət Heydər qızına, Əzizova (Həbillahova) Zərnişan Həmid qızına, X25, X33, X22, X26 və X38 2.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN0081 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətçilər sırasında olan Əzizova (Həbillahova) Zərnişan Həmid qızı vəfat edənədək sözügedən torpaq sahəsindən istifadə etmiş, onun ölümündən sonra isə miras əmlak olan torpaq sahəsinə faktiki sahibliyi həyata keçirərək, yiyələnmişdir. Əzizova (Həbillahova) Zərnişan Həmid qızından miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Maraqlı şəxsna müraciət edilmişdir. Əzizova (Həbillahova) Zərnişan Həmid qızının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində təsbit edilmiş vərəsələrindən yalnız beşinci növbəli vərəsəsi mövcuddur ki, onun vərəsəsi olmağını təsdiq edən müvafiq sənədləri əldə edə bilməmişdir. Belə ki, X48 Filialında, eləcə də Göyçay rayon Qeydiyyat şöbəsində X5, qardaşının doğum akt qeydi, eləcə də valideynlərinin nikah, ölüm akt qeydləri mövcud olmadığından həmin sənədləri əldə etmək mümkün olmamışdır. Bu səbəbdən Əzizova (Həbillahova) Zərnişan Həmid qızından miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Əzizova (Həbillahova) Zərnişan Həmid qızı ilə qohumluq əlaqələri barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X49, Zərif Həbillahova ilə ailə həyatı qurmuş, onların birgə nikahından 1918-ci ildə X27 və 1923-cü ildə Əzizova (Həbillahova) Zərnişan Həmid qızı anadan olmuşdur. X45 İbrahimova ilə ailə həyatı qurmuş, onların birgə nikahından xx.xx.1941-ci il tarixdə X28 anadan olmuşdur. X27 1941-1945-ci illərdə Böyük vətən müharibəsinə yollanmış və müharibədən geri qayıtmamışdır. X2 Haşxanım Qara qızı ilə ailə həyatı qurmuş, onların birgə nikahından X15, Ərizəçi, X16 və X29 anadan olmuşdur. X11 mərhum Seyfi Əzizovla qeyri-rəsmi nikahda olmuş, vəfat etdiyi günədək Göyçay rayonu Qaraxıdır kəndində, özünə məxsus evdə yaşamışdır. Həbillahova (Əzizova) X35 rayon X23 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə Göyçay rayonu Qaraxıdır kəndi ərazisindən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktı və Şəhadətnamə verilmişdir. İslahat Kommisiyasının müvafiq qərarı əsasında adlı siyahı, eləcə də Dövlət Aktı və Şəhadətnamə tərtib edilərkən texniki səhv olaraq Həbillahova (Əzizova) Zərnişan Həmid qızının ata adında yalnışlığa yol verilmiş, "Həmid" qızı əvəzinə, "Umud" qızı yazılmışdır. X1 qardaşı mərhum X10 nəvəsidir. X4 miras qalmış torpaq sahəsinə vəfat etdikdən sonra mən yiyələnmiş və hal-hazırda da onun istifadəsindədir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Göyçay rayon Şəkər Bələdiyyəsinin sədri İbrahim Qurbanov göstərmişdir ki, Ərizəçi X1 mərhum qardaşı X10 nəvəsidir. İş üzrə şahid qismində ifadə vermiş X39 ifadə verərək göstərmişdir ki, X34 onun dayısının arvadı olmuşdur. Ərizəçi X1 mərhum qardaşı X10 nəvəsidir. İş üzrə şahid qismində ifadə vermiş X46 ifadə verərək göstərmişdir ki, Ərizəçi X1 qardaşı mərhum qardaşı X10 nəvəsidir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə Təqdim edilmiş X21 çıxarışından görünür ki, X28 xx.xx.1941-ci il tarixdə anadan olmuşdur. X6, anası X8r. Məhkəməyə Təqdim edilmiş X21 çıxarışından görünür ki, Ərizəçi xx.xx.1669-cu il tarixdə anadan olmuşdur. X7, anası X9r. Məhkəməyə Təqdim edilmiş X24 surətindən və çıxarışından görünür ki, X34 xx.xx.2000-ci il tarixdə, X28 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə Təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN0081 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayonu Qaraxıdır kəndi ərazisindən X32, X17, Əzizova (Həbillahova) Zərnişan Həmid qızına, X25, X33, X22, X26 və X38 2.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X18 böyük vətən müharibəsində iştirak etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Şəkər kənd İƏDÜN-nün xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X49 Zərif Həbillahova ilə ailə həyatı qurmuş, onların birgə nikahından 1918-ci ildə X27 və 1923-cü ildə X11 anadan olmuşdur. X45 İbrahimova ilə ailə həyatı qurmuş, onların birgə nikahından xx.xx.1941-ci il tarixdə X28 anadan olmuşdur. X27 1941-1945-ci illərdə Böyük vətən müharibəsinə yollanmış və müharibədən geri qayıtmamışdır. X2 Haşxanım Qara qızı ilə ailə həyatı qurmuş, onların birgə nikahından X15, Ərizəçi, X16 və X29 anadan olmuşdur. X11 ailə həyatı qurmamış, vəfat etdiyi günədək Göyçay rayonu Qaraxıdır kəndində, özünə məxsus evdə yaşamışdır. X3 rayon X23 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə Göyçay rayonu Qaraxıdır kəndi ərazisindən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktı və Şəhadətnamə verilmişdir. Ərizəçi X1 qardaşı mərhum X10 nəvəsidir. X4 miras qalmış torpaq sahəsinə sonuncu vəfat etdikdən sonra Ərizəçi yiyələnmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X48 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X19 və X12 təvəllüdü barədə arxivdə məlumat yoxdur. Ərizəçi mərhum babası X30 ilə babasının bacısı X19 doğum aktı qeydini əldə edə bilmədiyindən mərhum X19 mərhum atası X13 bibisi olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə Göyçay rayonu Qaraxıdır kəndində vəfat etmiş X19, Ərizəçi mərhum babası X10 bacısı olması faktı müəyyən edilsin. Bu qətnamə X19 adına olan əmlakların 5-ci növbə vərəsə olan Ərizəçi adına qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1184/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1184/2022
02.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver