Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-119/2020 24.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı x3 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay Rayon Potu Bələdiyyəsinə qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsindən cavabdehlər x2, Cavabdeh1 və Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin sökülməsi, cavabdehlər x2, Cavabdeh1 və Cavabdeh3 mübahisəli torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması və həmin torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun (dəmir listlər sökülüb, götürülməklə) açılması, həmin torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa eğilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Nümayəndə2 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 09.08.2018-ci il tarixli 4Ə-756, 4Ə-757 və 4Ə-758 nömrəli alqı-satqı müqavilələrinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir. DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.06.2019-cu il tarixdə qeydə alınmış və ona çıxarış verilmişdir. Həmin torpaq sahəsinin 0.80 ha hissəsi cavabdehlər Cavabdeh2 Nazım oğlu, Cavabdeh1 və Cavabdeh3 tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsinin üzərində özbaşına tikinti işləri aparılmışdır. Bununla da İddiaçı həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınan və qorunan mülkiyyət hüququ məhkəmə vasitəsi ilə bərpa edilməlidir. Buna görə də qeyd edilən torpaq sahəsindən cavabdehlərin çıxarılması və cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və heç bir tikili tikməmişlər. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı x3 nümayəndəsi Nümayəndə3 göstərmişdir ki, İddiaçı məxsus Göyçay rayonunun Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi 18.06.2019-cu il tarixdə Dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsinin yerləşdiyi əraziyə dair torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. Həmin torpaq sahəsinin İddiaçı adına qeydə alınması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə maraqlı tərəf olan Göyçay rayonu Potu Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslıdır və iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə təqdim etdiyi ərizəsi nəzərə alınmaqla təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 18.06.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonunun Potu kəndində yerləşən 3.0282 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli rəyi və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 68.12 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19.03.2020-ci il tarixli 30439 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Potu kəndində yerləşən 18.06.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, 18.06.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş 18.06.2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Lakin ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə- Tədqiqat İdarəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.11 ha hissəsi Cavabdeh3 tərəfindən, 0.27 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Potu kəndində yerləşən İddiaçı mülkiyyətində olan 3.0282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.11 ha hissəsi Cavabdeh3 tərəfindən, 0.27 ha hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0.17 ha hissəsində və Cavabdeh3 tərəfindən istifadə edilən 0.11 ha hissəsində tikililər inşa edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçıya məxsus 3.0262 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilən 0.27 ha hissəsində tikililərin inşa edilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus 3.0262 ha torpaq sahəsinin ümumilikdə 0.55 ha hissədə qanunsuz istifadə edilməsi iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 3.0282 ha torpaq sahəsinin 0.55 ha hissəsinin cavabdehlərin zəbt etməsi, orada tikililər inşa etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 18.06.2019cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonunun Potu kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh1, 0.11 ha hissəsindən Cavabdeh3, 0.27 ha hissəsindən Cavabdeh2 çıxarılmalı, iddiaçıya məxsus 3.0262 ha torpaq sahəsinin 0.17 ha hissəsində Cavabdeh1 tərəfindən və 0.11 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikililər cavabdehlərin hesablarına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 68.12 manat məhkəmə xərci cavabdehlərdən tutularaq Kadastr və x1 Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Göyçay rayonunun Potu kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsindən Cavabdeh1, 0.11 ha hissəsindən Cavabdeh3, 0.27 ha hissəsindən Cavabdeh2 çıxarılsın. İddiaçı məxsus 3.0262 ha torpaq sahəsinin 0.17 ha hissəsində Cavabdeh1 tərəfindən və 0.11 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikililər cavabdehlərin hesablarına sökülsün. Dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Nazım oğlundan müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 68.12 manat məhkəmə xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Kadastr və x1 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-119/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-119/2020
24.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver