Məhkəmə qərarları › İş №2(046)-1192/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1192/2021

12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1192/2021 12.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçi X2 iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 12 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏYYƏN ET Dİ: Ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək qızı Ərizəçi2 xx.xx.2003-cü il tarixdə doğum faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamənin verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi X2 ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 1983-cü il tarixdə X6 ilə ailə həyatı qurmuş, birgə nikahdan 4 uşaqları anadan olmuşdur, sonuncu övladları Ərizəçi2 xx.xx.2003-cü il tarixdə X11 Xəstəxanasının Doğum evində dünyaya gəlmişdir. Uzun müddət ailə problemləri olduğu üçün qızı Ərizəçi2 doğum haqqında şəhadətnamə ala bilməmişdir. Qızı orta məktəbdə təhsilini arayış əsasında, başqa heç bir sənəd olmadan almışdır. Hal-hazırda qızı 18 yaşı var. Bu günə kimi onun heç bir sənədi yoxdur. Doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs2nə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilməmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs2nə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, X6 ilə X5 17.08.1983-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Göyçay rayon X7 X12 rayon Qaraməryəm kənd sahə xəstəxanası tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2003cü il tarixdə qız övladı anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs2 tərəfindən verilmiş 15.04.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi2 Əli qızının xx.xx.2003-cü il tarixdə doğum aktı qeydi şöbənin arxınında tapılmamışdır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs2 tərəfindən 15.04.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi2 Əli qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə 2000-2006-cı il tarixədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi2 Əli qızının qeyd edilən doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Ərizəçi2 Əliheyrdər qızının doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməzlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: Ərizəçi X2 qızı Ərizəçi2 Əliheydər qızının xx.xx.2003-cü il tarixdə Göyçay rayonu Qaraməryəm kəndində doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.2003-cü il tarixdə anadan olmuş Ərizəçi2 Əliheydər qızının doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.2003-cü il, doğum yerinin Göyçay rayonunun Qaraməryəm kəndi, soyadının Zeynalova, adının Mənzurə, ata adının Əliheydər, atasının X5, anasının X6 kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxs2nə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar