Məhkəmə qərarları › İş №2(046)-1196/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1196/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1196/2021 06.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Nümayəndə (digər ərizəçinin nümayəndəsi) iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Nümayəndə və Ərizəçi2 məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-228 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Nümayəndə ərizəsini müdafiə edərək göstərmişdir ki, X1 qaynanası X22 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından X16 doğulmuşdur. X1 05.12.2004-cü ildə vəfat etmişdir. 14.09.1994-cü il tarixdə X16 ilə Göyçay rayon X29 İcra Nümayəndəliyində nikaha daxil olmuşdur. Nikahdan sonra ona (Heydərova) soyadı verilmişdir. Birgə nikahlarından xx xxxx 1995-ci ildə X17 anadan olmuşdur. 13.06.2014-cü il tarixdə qızı X17, X23 ilə Qaradağ rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikahdan sonra X13 (Əliyeva) soyadı verilmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 18 fevral 1998-ci il tarixli, 35 nömrəli qərarı ilə mərhum X1 ailə başçısı olmaqla ümumilikdə 6.47 ha kənd təsərrüfatı istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və torpağa mülkiyyət hüququna dair JN-228 saylı Dövlət Aktı verilmişdir. Qaynatasından miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququna dair şəhadətnamə almaq məqsədilə ilkin olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayış almaq üçün DƏDRX-nın 16 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair verilmiş JN-228 saylı Dövlət Aktında “Nümayəndə” əvəzinə, “Nümayəndə Cəbrayıl qızı”, eləcə də, “Ərizəçi2” əvəzinə, “X8”, yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi 21 aprel 2021-ci il tarixli **********99 saylı məktubla göstərilən çatışmazlıqlar aidiyyəti üzrə aradan qaldırılacağı təqdirdə, hüquqlarımın dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. JN-228 saylı Dövlət Aktı ilə Göyçay rayonu, Dövranlı kəndində yerləşən 6.47 ha torpaq sahəsinin Ağamməd Heydərovun mülkiyyətində olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyim üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X11 təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə ilə X16 14.09.1994-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X12 təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. X5, anası Nümayəndədır. Məhkəməyə təqdim edilmiş X11 surətindən görünür ki, ərizəçilər X17 ilə X24 13.06.2014-cü il tarixdə nikah bağlamışlar. X13 Əliyeva soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 05.12.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə JN 228 saylı dair Dövlət Aktından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 18.02.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Bəydövül kəndində yerləşən 6.47 ha torpaq sahəsi X2, X15, X9, X10, X6, X3, Nümayəndə Cəbrayıl qızının və X4 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-228 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Nümayəndə” əvəzinə, “Nümayəndə Cəbrayıl qızı”, eləcə də, “Ərizəçi2” əvəzinə, “X8”, kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Nümayəndə və Ərizəçi2 ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının 18.02.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Dövranlı kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-227 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında Nümayəndə Cəbrayıl qızının və X4 adına yazılmış qeydin Ərizəçi2 və Nümayəndə məxsus olması faktının müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-228 saylı Dövlət Aktının ərizəçilər Nümayəndə və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar