Məhkəmə qərarları › İş №2(046)-12/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-12/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-12/2021 19.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyriyaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində 19 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000004635 saylı kredit razılaşması üzrə 6132.66 ABŞ dolları məbləğində əsas borc, 1649 ABŞ dolları məbləğində faiz borcu, 2485.98 ABŞ dolları cərimə borcu olmaqla cəmi 10267.64 ABŞ dolları kredit borcunun, 026R********** saylı kredit razılaşması üzrə 18628 ABŞ dolları məbləğində əsas borc, 4918.72 ABŞ dolları məbləğində faiz borcu və 7443.02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 30989.74 ABŞ dolları kredit borcunun və 26R000002528 saylı kredit razılaşması üzrə 5809.85 ABŞ dolları məbləğində əsas borc, 1604.84 ABŞ dolları məbləğində faiz borcu, 2628.76 ABŞ dolları cərimə borcu olmaqla cəmi 10043.45 ABŞ dolları kredit borcunun ümumilikdə hər üç kredit razılaşması üzrə 51300.83 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış sahsinə açıq hərracdan satılması, həmin qeyriyaşayış binası satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 24.08.2012-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 17.05.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 32000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa 18.02.2014-cü il tarixli 026R00004635 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 1.8333 faiz olmaqla 36 ay müddətinə 13.000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa 31.10.2014-cü il tarixli 26R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 27.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 24.08.2012-ci il tarixdə bağlanmış 26M000000273 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə İddiaçı QSC arasında 24.08.2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya hər üç kredit razılaşması üzrə cəmi 51.300 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC-dən kredit razılaşmalarına əsasən kredit götürmüşdür. ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə yüksəldiyinə görə banka olan borcunu qaytara bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. Cavabdeh2 izhat verərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan qeyri yaşayış sahəsini bank qarşısında yüklü etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 24.08.2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 24.08.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 24.08.2012- il tarixdə kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.05.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 32.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.02.2014-cü il tarixli 026R00004635 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 13.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.10.2014-cü il tarixli 26R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 36 ay müddətinə 27.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.03.2017-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 14.03.2017-ci il tarixə İddiaçı QSC-26R000004635 saylı kredit razılaşması üzrə 6132.66 ABŞ dolları məbləğində əsas borc, 1649 ABŞ dolları məbləğində faiz borcu, 2485.98 ABŞ dolları cərimə borcu olmaqla cəmi 10267.64 ABŞ dolları kredit borcu, 026R********** saylı kredit razılaşması üzrə 18628 ABŞ dolları məbləğində əsas borc, 4918.72 ABŞ dolları məbləğində faiz borcu və 7443.02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 30989.74 ABŞ dolları kredit borcu və 26R000002528 saylı kredit razılaşması üzrə 5809.85 ABŞ dolları məbləğində əsas borc, 1604.84 ABŞ dolları məbləğində faiz borcu, 2628.76 ABŞ dolları cərimə borcu olmaqla cəmi 10043.45 ABŞ dolları kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 24.08.2012-ci il tarixdə bağlanmış 26M000000273 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, cavabdeh X3 məxsus Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ərizələr Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmetləri olan daşınmaz əmlaklaraa tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 10 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 kredit razılaşmaları üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “xxxx” MMC tərəfindən verilmiş 10.10.2017-ci il tarixli 92 saylı rəydən görünür ki, Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 170.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 15.03.2019-cu il tarixli L-P-Y-04/14 saylı rəydən görünür ki, Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 175.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 21.05.2019-cu il tarixli rəyindən görünür ki, Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 86.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 02.08.2019-cu il tarixli 21-19 saylı rəydən görünür ki, Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 170.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş 02.08.2019-cu il tarixli 21-19 saylı rəydən görünür ki, Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 170.000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 09.09.2020-ci il tarixli **********92 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair rəydən görünür ki, , Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 130.000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli **********61 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair rəydən görünür ki, , Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin bazar dəyəri 130.000 manat və likvid dəyəri 120.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 22.05.2020-ci il tarixli 9/71 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka 17.05.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşması üzrə 5809.85 ABŞ dolları əsas kredit borcu, 1604.84 ABŞ dolları faiz borcu, 18.02.2014-cü il tarixli 026R00004635 saylı kredit razılaşması üzrə 6132.66 ABŞ dolları əsas kredit borcu, 1649 ABŞ dolları faiz borcu 31.10.2014-cü il tarixli 26R********** saylı kredit razılaşması üzrə 18628 ABŞ dolları əsas kredit borcu, 4918.72 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış ekspertizaların xərci 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 17.05.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşması üzrə 2628.76 ABŞ dolları, 18.02.2014-cü il tarixli 026R00004635 saylı kredit razılaşması üzrə 2485.98 ABŞ dolları və 31.10.2014-cü il tarixli 26R********** saylı kredit razılaşması üzrə 7443.02 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşmaları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 17.05.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşması üzrə 8.76 ABŞ dolları, 18.02.2014-cü il tarixli 026R00004635 saylı kredit razılaşması üzrə 5.98 ABŞ dolları və 31.10.2014-cü il tarixli 26R********** saylı kredit razılaşması üzrə 3.02 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 100 manat ekspertiza xərci Cavabdeh1 aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Salmanov Şahin Adil oğlundan müştərək qaydada 26R000004635 saylı kredit razılaşması üzrə 6132.66 ABŞ dolları məbləğində əsas borc, 1649 ABŞ dolları məbləğində faiz borcu, 5.98 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7787.64 ABŞ dolları kredit borcu, 026R********** saylı kredit razılaşması üzrə 18628 ABŞ dolları məbləğində əsas borc, 4918.72 ABŞ dolları məbləğində faiz borcu və 3.02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 23549.74 ABŞ dolları kredit borcu və 26R000002528 saylı kredit razılaşması üzrə 5809.85 ABŞ dolları məbləğində əsas borc, 1604.84 ABŞ dolları məbləğində faiz borcu, 8.76 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7423.45 ABŞ dolları kredit borcunun ümumilikdə hər üç razılaşma üzrə 38760.83 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 130.000 manat, likvid dəyəri 120.000 manat məbləğində müəyyən edilməli, qeyriyaşayış sahəsi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Salmanov Şahin Adil oğlundan müştərək qaydada 26R000004635 saylı kredit razılaşması üzrə 6132.66 ABŞ dolları məbləğində əsas borc, 1649 ABŞ dolları məbləğində faiz borcu, 5.98 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7787.64 ABŞ dolları kredit borcu, 026R********** saylı kredit razılaşması üzrə 18628 ABŞ dolları məbləğində əsas borc, 4918.72 ABŞ dolları məbləğində faiz borcu və 3.02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 23549.74 ABŞ dolları kredit borcu və 26R000002528 saylı kredit razılaşması üzrə 5809.85 ABŞ dolları məbləğində əsas borc, 1604.84 ABŞ dolları məbləğində faiz borcu, 8.76 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7423.45 ABŞ dolları kredit borcu, ümumilikdə hər üç razılaşma üzrə 38760.83 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqıtutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Salmanov Şahin Adil oğluna məxsus Ucar şəhəri Heydər Əliyev küçəsi 2 ünvanda yerləşən 226.2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilsin, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 130.000 manat, likvid dəyəri isə 120.000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin. Qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar