Məhkəmə qərarları › İş №2(046)-12/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-12/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-12/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh1 qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə onun və 1/8 hissəsinə 31 oktyabr 2011 -ci il tarixdə doğulmuş oğlu X5, ünvan 4ı mənzilin 1/16 hissəsinə onun və 1/16 hissəsinə 31 oktyabr 2011 -ci il tarixdə doğulmuş oğlu X5 miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, X4ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə iddiaçının 31 oktyabr 2011-ci il tarixdə doğulmuş oğlu X5 miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları:

1. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 08 iyul 2010-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə cavabdeh X10 oğlu X29 ilə ailə qurmuşdur. Vüsal Musayevlə birgə nikahlarından 31 oktyabr 2011-ci il tarixdə Məhəmmədsəid adlı oğlu doğulmuşdur. Vüsal Musayev və atası X1 idarə etdiyi minik avtomobilii ilə 01 dekabr 2012-ci il tarixdə Bakı şəhərindən Göyçay rayonuna gələrkən Kürdəmir rayonu ərazisində avtomobil qəzası baş vermiş, qəza nəticəsində həm Vüsal Musayev, həm də Əfqan Musayev hadisə yerində həlak olmuşlar. X4 vəfat edərkən ondan ünvan 1 ünvanında fərdi yaşayış evi və cavabdeh Şərqiyyə Musayeva ilə birgə nikah dövründə aldığı ünvan 2 ünvanda mənzil miras qalmışdır. X16 üzrə birinci növbə vərəsələri arvadı X17, oğlu X29, oğlu Cavabdeh1 və qızı X22r. Qanun üzrə birinci növbə vərəsə X23 ölümündən sonra mərhum miras qoyanın digər qanun üzrə birinci növbə vərəsələrlə birlikdə mirasa faktiki sahiblənmiş və 03 oktyabr 2016-cı il tarixə kimi azyaşlı oğlu ilə birlikdə miras evdə yaşamışdır. Miras qoyanın qızı Güney Musayevanın ona qardaşı Cavabdeh1 qazancı ilə dolandığını dəfələrlə bildirib psixoloji təsir etdiyindən mərhum ərinin ailəsi ilə birlikdə yaşaya bilməmişdir və 2016-cı ildə miras evi tərk etməyə məcbur olmuşdur. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən qanun üzrə birinci növbə vərəsə olan cavabdehlər mirasın bölüşdürülməsi üçün notariat orqanına gəlməmişlər və notarius ona eyni tələblə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu səbəbdən də miras payının tanınması tələbinə dair iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin etirazları: Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, X4 vəfat etdiyi tarixə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və cavabdeh X17 ilə birgə nikah dövründə aldığı ünvan 4ı mənzil miras qalmışdır. X2 birinci növbəli vərəsəsi arvadı X17, oğlu X29, oğlu Cavabdeh1 və qızı X22r. İddia tələbi qismən əsaslı və qanuni hesab etdiyi üçün iddianı da qismən qəbul edir. İddiaçı işin faktiki halları barədə göstərdiklərinin rəsmi sübutlarla təsdiq edilən məlumatları mübahisə doğurmur. Cavabdeh X10 oğlu X29 və əri X15 faciəli şəkildə vəfat etmiş və onların vəfatından sonra ona ən yaxın nəvəsi 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X6r. İddiaçı özünün, valideynlərinin, yaxud başqa şəxslərin təkidi ilə 03 oktyabr 2016-cı il tarixdə yaşadığı evdən çıxmış və Göyçay rayonunun Ləkçıplaq kəndində olan valideynlərinə məxsus evə köçmüşdür. Həmin tarixə kimi İddiaçı istər X17, istərsə də Cavabdeh1 və X27 tərəfindən “gözün üstə qaşın var deyən olmamışdır”. Hətta Məhəmmədsəidlə görüşmək üçün dəfələrlə cəhd etsələr də iddiaçı buna etiraz etmişdir. Miras qalmış əmlakın kütləsinə aid əmlaklar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və ünvan 3 mənzilin ½ hissələridir. Həmin əmlakları X4 ilə arvadı X17 birgə nikah dövründə əldə etdikləri üçün həmin fərdi yaşayış evi ilə mənzilinin ½ hissəsi X7r. Birinci növbəli vərəsə miras qoyanın arvadı X17, oğlu Cavabdeh1, qızı X27 və 31 oktyabr 2011-ci il tarixdə doğulmuş nəvəsi, İddiaçı himayəsində olan X6r. Ona görə də mirasın kütləsinə aid ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və ünvan 4ı mənzilin 1/8 hissəsinə 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X5 payının tanınmasına etiraz etmir. Hər evdən 1/8 hissəsinin real bölgüsü mümkün deyil. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə ünvan 4ı mənzildən həm sahəsinə həm həyatyanı torpaq sahəsi olması. Həmdə dəyərinə görə üstündür. X17 mərhum oğlu Vüsalın qoxusunu nəvəsi Məhəmmədsəiddən alır. Ona görə də 31 oktyabr 2011-ci il tarixdə doğulmuş X5 payının toplamaq yolu ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/8 hissəsi həcmdə tanınmasına etiraz etmir. İddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçməsinə, həmin evdən bütünlüklə istifadə etməsinə etiraz etmir. X17 hətta payına düşən hissəsini nəvəsi Məhəmmədsəiddə vəsiyyət edəcəyini istisna etmir. Odur ki, iddianın qismən təmin edilməsini qəbul edir və mirasın kütləsinə aid ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin 2/8 hissəsinə X5 vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:

Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,Göyçay şəhəri H.Əliyev prospekti dalan 4,ev 7 X24 məxsus olmasına baxmayaraq,həmin ev sökülərək yenidən tikilmişdir.Həmin ev isə X15 ilə X10 birgə nikah dövründə onların vəsaiti hesabına yenidən tikilmişdir.Ona görə də həmin ev birgə nikah dövründə tikildiyindən ər-arvadın ümumi əmlakı olduğuna görə həmin əmlakın yarısı X12 məxsus hesab edilməlidir.Qeyd olunanları nəzərə alıb iddianın qismən ,yəni evin 1/2 hissəsinə münasibətdə iddiaçının oğlunun miras payının tanınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1,mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X27, Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Nümayəndələrin izahatlarını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh1 ünvan 5 ünvanda yerləşən miras əmlak üzərində tam həcmdə payı müəyyən edilmişdir. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-449/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 54,9 kv.m, yaşayış sahəsi 34,2 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilin X8 miras qalmış ½ hissəsinə Cavabdeh2, Cavabdeh1, X18 və X5 hər birinin ¼ miras payı müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbcayn Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-449/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Heydər Əliyev prospekti, 6, 4-cü dalanda istifadədə olan 0,0414 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2-ci mərtəbəsində yerləşən 134,3 kv.m ümumi, 34,2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əməlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 10 yanvar 2025-ci il tarixli arayışından görünür ki,X11 mülkiyyətinə verilmiş **********13-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evinin ünvanı naturada Göyçay şəhəri H.Əliyev prospekti dalan 4,ev 6-dır.Fərdi yaşayış evinin qeydiyyata alınması üçün təqdim edilmiş ilkin sənədlərdə əmlakın ünvanı Göyçay şəhəri H.Əliyev prospekti dalan 4,ev 7 kimi qeyd olunmasına baxmayaraq xx.xx.2011-ci il tarixdə ********** nömrəli ərizəyə əsasən qeydiyyat aparılan zaman yaşayış evinin ünvanı naturaya uyğun H.Əliyev prospekti dalan 4 ev 6 kimi qeyd olunmuşdur.Qeyd olunanları nəzərə alaraq həmin ünvanda yerləşən ev 6 ilə 7 eyni evdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X11 X19 ilə nikahları 29 avqust 1979-cu ildə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2012-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Sevinc Vəkil qızı ilə 08 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2011-ci il təvəllüdlü X5 atası X20,anası İddiaçıdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı X21 və Cavabdeh1 ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ,lakin miras qəbul edilənədək ölərsə,mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər.Əgər bu müddət üç aydan azdırsa,üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə,lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə,onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına,vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür,bu şərtlə ki,vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 -ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi:

İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki,miras əmlaka X11 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmış Göyçay şəhəri Heydər Əliyev prospekti,dalan 4,ev 6 daxildir.Miras qoyan X15 ilə cavabdeh X17 29 avqust 1979-cu ildə nikaha daxil olmuşlar,onların birgə nikahından Cavabdeh1,Güney Musayeva və Vüsal Musayev adlı üç övladı doğulmuşdur.Miras qoyanın oğlu X29 ilə İddiaçı xx.xx.2010-cu ildə nikaha daxil olmuşlar,birgə nikahdan xx.xx.2011-ci ildə Məhəmmədsəid adlı övladları doğulmuşdur.Miras qoyan X15 ilə oğlu X29 xx.xx.2012-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki,»Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.»…»mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.»…»Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.»…»miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir.»…»vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə nəzərə alır ki,miras qoyan X15 ilə oğlu X29 avtomobil qəzası nəticəsində eyni anda xx.xx.2012-ci ildə ölmüşlər və belə olan halda irsi transmissiyyanın tətbiqi istisna olunur.Bununla yanaşı məhkəmə qeyd edir ki,mərhum X23 İddiaçı ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədsəid Musayev miras əmlakdan ölmüş atası Vüsal Musayevə çatası paydan bərabər miras almaq hüququna malikdir.Odur ki,X8 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti,dalan 4,ev 7 miras əmlak qismində 4 vərəsə-arvadı X17,oğlu Cavabdeh1,qızı X27 və ölmüş X26 çatası pay üzrə oğlu X14 arasında bərabər şəkildə bölüşdürülməli,onların hər birinin həmin əmlakda 1/4 miras payı müəyyən edilməlidir.Məhkəmə bu nəticəyə gələrkən eyni tərəflər arasında X8 miras qalmış digər Göyçay şəhəri Atatürk küçəsi 12 saylı evin 31№-li mənzilinə dair miras payının müəyyən edilməsinə dair qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(107)-449/2024-cü il tarixli qətnamənsinin olmasını da nəzərə almışdır. O ki qaldı, Göyçay şəhəri Heydər Əliyev prospekti,dalan 4,7 saylı evin sökülərək cavabdeh X10 X4 ilə birgə nikah dövründə ümumi vəsait hesabına inşa edildiyinə görə onların ümumi əmlak hesab edilməsi barədə cavabdehin dəlilinə,məhkəmə cavabdeh X10 istinad etdiyi halın təsdiqi kimi qanunla müəyyən edilmiş qaydada hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə alıb,cavabdehin bu dəlilini qəbul etməmiş və nəzərə almamışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər X9 və Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. X8 miras qalmış Göyçay şəhəri, H.Əliyev prospekti dalan 4, 7 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş oğlu X5 miras payı müəyyən edilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər X9 və Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar